Məhkəmə qərarları › İş №2(002)-113/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-113/2022

19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-113/2022 19.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ X4 İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan yol nəqliyyat hadisəsi zamanı ona vurmuş olduğu 5030 (beş min otuz manat) məbləğində ziyan pulunun ödənilməmiş olan 3610 manat məbləğində hissəsinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Mercedess Atecgo 1523” markalı,**-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci ilin oktyabr ayından ona məxsusdur.07.05.2021-ci il tarixdə 60 km/saat sürətlə Şirvan şəhəri, 1 May küçəsi,Sabirabad rayonu istiqamətində hərəkətdə olarkən həmin yola “MAZ” markalı bir avtomaşın daxil olmuşdur.Əyləcdən istifadə edərək,avtomobili dayandırmaq istəsə də hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin sol ön hissəsi “MAZ” markalı bir avtomaşının sağ ön hissəsi ilə toqquşmuşdur. Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi,polis kapitanı X1 icraatında olan HKQ-1/892 nömrəli materialı üzrə araşdırmanın nəticəsi olaraq,qəbul etmiş olduğu 06.06.2021- ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında”Qərarı ilə müəyyən olunmuşdur kihadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki,hadisə yeri,yaşayış məntəqəsi daxilindəddir. Məhkəmə-tibb ekspertizasının rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində mənim almış olduğum xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Araşdırma materialına əlavə edilmiş 14 may 2021-ci il tarixli rəy aktından görünür ki,”Mercedess Atecgo 1523”markalı,**- XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan ümumilikə 5030 manat təşkil edir. Onu da əlavə edim ki, cavabdeh tərəfindən 1420 manat məbləğində pul ehtiyat hissələri alınması üçün, 120 manat da xəstəxana xərclərinin ödənilməsi üçün ona pul ödənilmişdir. Eyni zamanda aparılmış istintaqla müəyyən edilmişdir ki,sürücü Cavabdeh əməlində onun yol-nəqliyyat hadisəsi zamanı almış olduğum xəsarət sağlamlığa yüngül zərərvurmaya aid olduğu ücün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir,lakin yol-nəqliyyat hadisəsi zamanı yol hərəkəti qaydalarını pozaraq,zərərçəkmiş şəxs kimi onun sağlamlığına yüngül zərər vurulduğu üçün Cavabdeh əməlində AR İXM-in 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində də inzibati qaydada tədbir görülməsindən ötrü Qərarın surəti Şirvan şəhər DYPB-ə göndərilmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun olaraq izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdeh tərəfindən ona vurulmuş ziyanın 1540 manat məbləğinin ödənildiyini, qalan məbləğin isə indiyədək ödənilmədiyini, ekspert rəyi ilə razı olduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək,iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya maddi ziyan vurulsa da, həmin vurulmuş ziyanın məbləğinin 2500 manat olduğunu, həmin məbləği də iddiaçıya ödədiyini, usta, təmir xərcləri, ehtiyat hissələrinin alınması hamısını özünün etdiyini, bütün lazım olan xərci çəkdiyini, ona görə də indi heç bir ziyanın məbləğini ödəməli olmadığını, ekspert rəyi ilə razı olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.06.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd olunması barədə qərarın məzmunundan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanılmaısnın rədd olunması, onun əməlində İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri vardır, bu səbəbdə də onun barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır, həmçinin, həmin Qərarda 14 may 2021-ci il tarixli rəy aktında Mersedes Ateco 1523 markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan ümumilikdə 5030 manat olduğu qeyd edilmişdir. İş materialalrında olan 14.05.2021-ci il tarixli Şirvan “AMS və Ticarət” müəssisəsi tərəfindən verilmiş rəy aktının məzmunundan görünür ki, Mersedes Ateco 1523 markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş maddi ziyan 5030 manat təşkil edir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2021-ci il tarixli, 9/7712 nömrəli rəyinin məzmunundan görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtomotoservis və Ticarət” müəssisəsinin 14.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 1999-cu il buraxılışlı “Mersedes Ateco 1523” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4630 manat məbləğində olduğu müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində təşkil olunmuşdur. İş materiallarından görünür ki, Mersedes Ateco 1523” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzalı vəziyyətinə və zədələnmiş hissələrinə dair fotoşəkillər əlavə olunmuşdur. Göründüyü kimi, tərəflər arasında əmlaka vurulmuş ziyanın ödənilməsi ilə bağlı mübahisəli hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törətmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Mercedess Atecgo 1523” markalı,**-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan vurulmuş, cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi qismində 1540 manat məbləğində ödəniş edilmişdir. Bu halda, məhkəmə iddiaçıya məxsus əmlaka cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulması halının işin mübahisəsiz halı olduğunu əsas götürərək, hesab edir ki, iddiaçı cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iddiaçı ona məxsus əmlaka cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində 5030 manat məbləğində maddi ziyan vurulduğunu, cavabdeh tərəfindən ona 1540 manat məbləğində pul vəsaiti öədnildiyini, qlana məbləğin isə ödənilmədiyini əsas gətirərək, iddia tələbinin əsası kimi qeyd eidlən hallara istinad etmişdir. Cavabdeh isə iddiaçıya məxsus əmlaka vurulmuş ziyanın məbləğinin 2500 manat məbləğdə olduğunu, həmin pul vəsaitinin isə onun tərəfindən ödənildiyini bildirərək, iddia tələbinə etirazı qeyd edilən hallarla əsaslandırmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı tərəfindən ona məxsus avtombilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı sübut qismində 14.05.2021-ci il tarixli qüsur aktına istinad etmişdir. Məhkəmə qeyd edilən aktla bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə həmin aktı əsli deyil, kserosurəti təqdim edildiyindən, həmin aktın mötəbərliyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlaka vurulmuş ziyanın məbləğinin 2500 manat olması və həmin pul vəsaitinin onun tərəfindən ödənilməsi hallarına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən qeyd olunan həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Mercedess Atecgo 1523” markalı,**-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər ekspert rəyi əsasında 4630 manat məbləğində olduğu qeyd edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləği məhz müvafiq ekspert rəyi əsasında müəyyən eidlməlidir. Ona görə də məhkəmə iş üzrə müvafiq ekspert rəyini əsas götürərək, habelə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 1540 manat məbləğində pul vəsaitini nəzərə alaraq, hesab edir ki, iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 3090 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qeyd eidlən hissədə təmin eidlməli, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunmalı,cavabdehdən iddiaçıya məxsus nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi olaraq 3090 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli,iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid eidlməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh iddiaçıya məxsus avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 3090 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar