Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1146/2020 18.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızınınsədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehqarşı borc tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnaməçıxarılmasınıxahişetmişdir. İddiaçı iddiaərizəsinionunlaəsaslandırmışdırki, o, Cavabdeh ilə qonşu olmaqla münasibətlərimiz yaxsı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh ona bildirmişdir ki, maşını xarab olmuş, ailə vəziyyəti olduqca pisdir, uşağına dərman almağa pulu yoxdur. Bütün bu probemlərini həll etmək üçün ona 5000 ABŞ dolları pul lazımdır, may ayına kimi həmin pulu qaytaracaqdır. o, cavabdehə inandığı üçün və düşdüyü vəziyyətə nəzərə alaraq ona 5000 ABŞ dolları pulu verməyə razılaşmışdır. xx xxxxxx 2019-cu il tarixdə X2 iştirakı ilə akt tərtib etmişlər və o 5000 ABŞ dollarını Natiqə borc olaraq vermiş, Natiq həmin pulu xx.xx.2019-cu il tarixdə qaytarmağı öhdəsinə götürməklə bu barədə tərtib edilmiş akta imza etmişdir. Həmin vaxtdan xeyli müddət keçsə də, cavabdeh müxtəlif bəhanələrlə ona ödəməli olduğu pulu verməkdən imtina edir. Qeyd olunan halların nzəər alınaraq, iddianın təmin eidlməsi barədə əqtnamə çıxarılmaısnı məhkəmədn xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçın izahatını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid X4 məhkəmə iclasında ifadə verərək, öz ifadəsində iddiaçının dostu olduğunu, hər iki tərəfi tanıdığını, iddiaçının pulu onun yanında cavabdehə verdiyini, cavabdeh də həmin pulu qaytaracağını bildirdiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş aktda qeyd olunmuşdur ki “ Biz aşağıda imza edənlər bu aktı bağlayırıq ondan ötəri ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixində X2 iştirakı ilə İddiaçı xx.xx.2019-cu il tarixdə qaytarmaq şərti ilə 5000 ABŞ borc aldı. Aktın həqiqiliyini öz imzamızla təsdiq edirik. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sübut etmə yükü məhz iddiaçının üzərinə düşür. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində Cavabdeh 5000 ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq verdiyini əsas gəitərək, həmin məbləğdə pulun ödənilməsini tələb etmiş ki, həmin halı da məhz iddiaçı sübut etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 5000 ABŞ dolları məbləğində borc pul verdiyini, cavabdehin həmin pul məbləğini geri qaytarmadığını əsas gətirərək, belə bir iddia tələbi irəli sürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qeyd olunan məbləğdə pul vəsaitinin borc verilməsinə dair sübut qismində əl ilə yazılmış kağız və şahid ifadəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçı tərəfin sübut qismində təqdim etdiyi aktla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, həmin akt lazımi qaydada təsdiq olunmamış, habelə həmin sənədin məhz cavabdeh tərəfindən yazıldığını da müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarından görünür ki, iddiaçınn hazırki iş üzrə təqdim etdiyi sübut mülki prosessual qanunvericiliyin tələbi baxımından sübut qismində qəbul edilə bilməz. Çünki, cavabdehə qarşı irəli sürülmüş borc tələbinə dair sübut qismində çıxış edən akt lazımi qaydada təqsdiq olunmamışdır. Ona görə də məhkəmə tərəfindən həmin sübutun əsasında iddia tələbinin əsaslılığını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə iddiaçı tərəfindən sübut qismində şahid ifadəsi təqdim edilmişdir ki, məhkəmə hesab edir ki, qeyd olunan sübut vasitəsi hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad olunan halların sübut edilməsi üçün mötəbər və kifayət hesab edilə bilməz. belə ki, məhkəmə iclaısnda şahid qismində ifadə vermiş şəxsin iddiaçının dostu olması halı həmin şahid ifadəsinin mötəbərliyini şübhə altına alınmasına əsas verir. İddiaçı tərəfindən isə cavabdehə qeyd olunan məbləğdə pul vəsaitinin verilməsinə dair başqa heç bir mötəbər sübutu məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, o cavabdehə etibar etdiyindən borc verdiklərini rəsmiləşdirmədiklərinə görə, habelə borc verdiklərini görən şəxslər də olmadığından həmin halı təsdiq edən hər hansı başqa sübutları (sənəd və ya şahid ifadələrini) məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarilə, məhkəmə araşdırması zamanı, təqdim olunmuş əl ilə yazılmış akt və yeganə şahid ifadəsi qismində çıxış edən sübutun həqiqiliyini və mötəbərliyini isə müəyyən etmək mümkün olmamışdır. Belə ki, sübutların mötəbərliyi keyfiyyətli məlumat mənbəyindən əldə olunması, habelə işdə olan başqa bir neçə sübutla müqayisə edilməklə yoxlanıla bilər. Hazırki halda isə məhkəmə hesab edir ki, iş üzrə sübut qismində çıxış edən şahid ifadəsini mötəbər sübut qismində qiymətləndirilə bilməz. Həmçinin, sübutların tam qiymətləndirilməsi işdə olan sübutların bütün məcmusunun qiymətləndirilməsini ehtiva edir. Sübutların tam qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Demək olar ki, sübutlar o vaxt kifayət hesab olunur ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Sübutların kifayətliliyi məhz iş üzrə mühüm olan halların sübut olunmasını ehtiva edir. Göründüyü kimi, iddiaçı irəli sürdükləri iddia tələbinin əsasını və hallarını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də məhkəmə araşdırması zamanı tərəflər arasında borc müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətlərinin mövcudluğunu müəyyən etmək, habelə iddiaçının cavabdehə həmin məbləğdə borc pul vəsaitinin verdiyini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı, X6 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. .Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1146/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1146/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver