Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1160/2023 13.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı istehsalat qəzası nəticəsində həlak olmuş ödənclərin verilməsi üzrə iddia ərizəsini nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı, mərhum X1 dəyən zərərin hesablanması və hər ay onun uşaqlarına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsinin tələblərinə əsasən, iddia ərizəsində ərizənin verildiyi iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. İddia ərizəsinin məzmunundan aydın olur ki, hazırkı mülki iş üzrə iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən edilmiş forma və məzmunda tərtib edilməmişdir. Belə ki, iddiaçı iddianın qiymətini müəyyən etməmiş, iddia ərizəsində tələbini istehsalat qəzası nəticəsində mərhum yoldaşı X1 dəymiş zərərin məhkəmə tərəfindən hesablanaraq cavabdehdən tutulmasını xahiş etmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş qaydada iddianın dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilmədiyindən (elektron məhkəmə sistemində sorğu nəticəsində iddiaçının məcburi köçkün statusunun olması müəyyən edilmişdir) iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldıqda dövlət rüsumunun qaytarılmasına zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.1 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddiaçının həyat yoldaşı, mərhum X1 dəyən zərərin hesablanması və hər ay uşaqlarına ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-1160/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1160/2023
13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver