Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1163/2025 16.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi ilə, Cavadeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyana görə pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Baş Dövlət Yol Polisi İdarəsini Ekoloji Nəzarət Bölməsinin 049277 saylı arayışına əsasən, xx.xx.2024-cü il tarixli saat 18:30-da Bakı-Qazax yolunda **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes Benz E220” markalı avtomobilə arxa hissə, qabaq hissə və nömrə nişanlarına ziyan dəymişdir.
2. Paşa Sığorta” ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsaəsn, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes Benz E220” markalı avtomobilə 2218 manat ehtiyat hissələri və 1710 manat usta xərci çəkilməklə, ümumilikdə 3928 manat xərc çəkilmişdir.
3. Mercedes Benz E220 markalı ** GB *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər barədə müstəqil qiymətləndirici tərəfindən (VÖEN 2********) verilmiş akta əsasən, həmin avtomobilə qeyd dilən hadisə nəticəsində dəymiş zərərin ümumi məblği 4499 manat təşkil etmişdir.
İddia tələbi
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idarə etdiyi **- GB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” E270 CDİ minik markalı avtomaşına dəymiş 1872 manat maddi ziyanın və ödənilmiş 49 manat dövlət rüsumunun, cəmi 1921 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, **-GB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” E270 CDİ minik markalı avtomaşın mülkiyyət hüquqi ilə ona məxsusdur. 27 dekabr 2024-cü ildə idarə etdiyi avtomaşınla Bakı-Qazax avtomagistralının “Sədərək” Bazarı hissəsindən keçən zaman Cavabdeh idarə etdiyi **-SD-*** dövlət qeydiyyat nişanlı, X1 minik markalı avtomaşınla toqquşmuşdur. Baş verən avtoqəza cavabdehin günahı üzündən yaranmış və hadisənin cavabdehin günahı nəticəsində əmələ gəldiyi Baş Dövlət Yol Polisi İdarəsini Ekoloji Nəzarət Bölməsinin 049277 saylı arayışı təsdiq edir. Baş vermiş qəza səbəbindən idarə etdiyi avtomaşının arxa və qabaq hissələri, nömrə nişanının yerləşdiyi hissə əzilərək sıradan çıxmışdır. Cavabdehin avtomaşını "xxxx" ASC tərəfindən icbari sığorta olunmuşdur. "xxxx" ASC tərəfindən avtomaşınına dəymiş zərər xx.xx.2025-ci ildə qiymətlənmiş və yekun zərər məbləği 3928 manat müəyyən edilmişdir. Halbuki dəyən zərərin aradan qaldırılmasına görə 4500 manat sərf etmişdir. "xxxx" ASC tərəfindən avtomaşınına dəyən zərərə görə cəmi 2628.29 manat ödəniş edilmişdir. Yuxarıda qeyd etdiyi kimi avtomaşına dəyən zərər 4500 manat təşkil etmiş, "xxxx" ASC tərəfindən yalnız dəyən zərər 2628.29 manat qarşılanmışdır. Avtomaşının tam saz vəziyyətdə gətirilməsi üçün əlavə olaraq 1872 manat pul sərf etmişdir. Dəfələrlə cavabdehdən həmin məbləği tələb etsə də, o bundan imtina etmişdir.Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 925.1, 926.1, 927.1 və 1096.1-ci maddələrinə istinad etmişdir.
7. İddia ərizəsinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək bildirdi ki, ekspert rəyi ilə razı deyildir. Avtomobilin sadəcə rənglənməsi qalıb, qalan işlər görülüb buda 4500 manatdan çox təşkil edib. Hadisə onun təqsiri olmayıb, cavabdeh 3 maşını əzib. İddianın təmin edilməsini xahiş edir.
9. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
10. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmişdir.
Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
13. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun:
36. Yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.
81. Bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. b) Əsaslandırma
14. İddia əsaslıdır.
15. İşin faktiki halları bundan ibarətdir ki, İddiaçı məxsus **-GB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E270 CDİ” minik markalı avtomobilə cavabdeh tərəfindən ziyan vurulmuşdur.
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.
17. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: zərərçəkənə ziyan vurulmasına gətirib çıxaran əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması və təqsir.
18. Məhkəmə hesab edir ki, zərərçəkənə ziyan vurulmasına gətirib çıxaran əməl, həmin əməlin hüquqazidd olması və cavabdehin təqsiri sübut edilmişdir.
19. Zərərin məbləğinə gəldikdə, məhkəmə araşdırması zamanı Cavabdeh dəymiş ziyanın məbləğini mübahisələndirdiyindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
20. "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2025-ci il tarixli AE 04-131/25 nömrəli ekspert rəyindən görünür ki, 1) Cavabdeh Bəylər oğlunun idarə etdiyi **-SD-*** dövlət qeydiyyat nişanlı X1 minik markalı avtomaşınla toqquşma nəticəsində buraxılış ili 1999-cu il olan “Mercedes Benz” E270 CDİ markalı **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 4675 manat. 4) Cavabdeh Bəylər oğlunun idarə etdiyi **- SD-*** dövlət qeydiyyat nişanlı X1 minik markalı avtomaşınla toqquşma nəticəsində buraxılış ili 1999-cu il olan “Mercedes Benz” E270 CDİ markalı **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin təmiri üçün pul tələb olunan pul 4225 manat. 5) Cavabdeh Bəylər oğlunun idarə etdiyi **-SD-*** dövlət qeydiyyat nişanlı X1 minik markalı avtomaşınla toqquşma nəticəsində buraxılış ili 1999-cu il olan “Mercedes Benz” E270 CDİ markalı **-GB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədəli olan hissələri dəyəri 3175 manat təşkil edir.
21. Məhkəmə ekspert rəyini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, ekspertiza rəyində avtomobilə dəymiş zərərin ümumi məbləği (4675 manat) və sığorta ödənişi nəzərə alındıqda (2628,29 manat) nəzərə alındıqda, iddiaçıya iddia tələbi həddində (1872 manat) iddianın təmin edilməsi üçün əsaslar olması aydın olur.
Məhkəmə xərcləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
23. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddianın qiymətinə uyğun olaraq iddiaçının ödəməli olduğu dövlət rüsumu 39 manat olmalı idi.
24. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılmalı, 39 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, Eyni zamanda ekspertiza xərci olan 200 manat cavabdehdən tutulmaldır.
Nəticə
25. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı idarə etdiyi **-GB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” E270 CDİ minik markalı avtomobilə dəymiş 1872 manat maddi zərər məbləğinin 39 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
26. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı idarə etdiyi **-GB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” E270 CDİ minik markalı avtomobilə dəymiş 1872 manat maddi zərər məbləği və 39 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının ümumi dəyəri olan 200 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəf Cavabdeh tutularaq "xxxx" MMC-in hesabına (VÖEN: **********, Hesab № AZN: AZ74AİİB400600F**********112, Bank: "xxxx" ASC Mərkəzi filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialının kodu: **********; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. İş üzrə artıq ödənilmiş 10 manat dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 14221104, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: İddiaçı, FİN: xxxxxxx) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qətnamə ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova