Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1167/2024 17.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 adlı bir övladı doğulmuşdur (xx.xx.2019-ci il tarixdə verilmiş AZ-İV 245984 nömrəli doğum haqqında şəhadətnamə).
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(008)- 10795/2017 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 136.4 manat sabit pul məbləğində aliment və ya hər ay 30 manat məbləğində tibbi xərc tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbi
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(008)-10795/2017 saylı qətnaməsi ilə 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X8 hər ay 136.4 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq, 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin və hər ay 100 manat tibbi xərcin, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o iş üzrə Cavabdeh ilə 2014-cü il tarixdə qeydiyyat orqanlarında nikahı qeyd etdirmədən ümumi təsərrüfat aparmaqla və birgə yaşamaqla nikaha daxil olmuşdur. Onların faktiki ailə münasibətlərindən 05 sentyabr 2015-ci il təvəllüdlü X5 doğulub. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün Cavabdeh qarşı "atalığın müəyyən edilməsi və aliment tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(008)-10795/2017 saylı qətnaməsi ilə Cavabdeh qarşı "atalığın müəyyən edilməsi və aliment tələbinə dair" iddia ərizəsi qismən təmin edilərək xx xxxx 1991-ci tarixdə Xanlar rayonunda anadan olmuş Cavabdeh 05 sentyabr 2015-ci il tarixdə Bakıda anadan olmuş X1 atası olmasının müəyyən edilməsi, 05 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 oktyabr 2017-ci il tarixdən hesablanaraq hər ay 136.4 (yüz otuz altı manat qırx qəpik) manat sabit pul məbləğində alimentin və 30 (otuz) manat tibbi xərcin Cavabdeh alınaraq ona ödənilməsi qət edilib. Aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(008)- 10795/2017 saylı qətnaməsi ilə 05 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 136.4 (yüz otuz altı manat qırx qəpik) manat məbləğində tutulan alimentin və 30 (otuz) manat tibbi xərcin miqdarı artırılaraq, 05 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və 100 (yüz) manat tibbi xərcin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Bundan başqa, cavabdehlərin hər ay 100 (yüz) manat tibbi xərcin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Belə ki, oğlu X6 "aşağı ətrafların parezi, sağ topuqda ekvinovariz deformasiyası, xayaların dəqiqləşdirilməmiş enməmiş diaqnozu qoyulmuş və o, birinci qrup əlildir. X3 11 yanvar 2024-cü il tarixli fakturasından göründüyü kimi, X6 "sidik kisəsi-sidik axarı refilqukusu ilə bağlı uropaliya" diaqnozu ilə əməliyyat olunub. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi X6 daim həkim müayinəsinə və müalicəsinə ehtiyacı var. Odur ki, məhkəmənin 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş tibbi xərcin miqdarını artıraraq cavabdehdən hər ay 100 (yüz) manat alaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikasında 2023-cü il üçün “X7” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.
6. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianı müdafiə etmiş və bir uşağının olduğunu, uşağının xəstə olması ilə bağlı sənədləri iş materiallarına əlavə etdiyini, lakin cavabdehin də maddi vəziyyətinin nəzərə alınaraq tələb etdiyi 100 manat əlavə xərcin tutulmaması halında, yaşayış minimumu miqdarında alimentin tutulmasını bildirərək iddianın təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, halhazırda fəhlə işlədiyini və yenidən evləndiyini bildirmişdir. Alimentin tələb olunan məbləğini ödəməyə maddi imkanının çatmadığını bildirmişdir. Məhkəmənin mövqeyi: a)İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyası:
9. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
10. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiya:
11. 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:
12. 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
13. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
14. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
15. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
16. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
17. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
18. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
19. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
20. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
22. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
23. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
26. İddia qismən təmin edilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, məhkəmə qətnaməsi əsasında tərəflərin birgə nikahından doğulmuş İbrahim Yusubovun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə bir uşağa görə 136.4 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşağın gündəlik xərcinin artmasın, yaşayış minimumu məbləğinin artmasını, uşağın xərclərinin gün-gündən artmasını əsas götürərək alimentin artırılması tələbi irəli sürmüşdür.
28. Yuxarıda sadalanan milli və beynəlxalq hüquq normalarının tələbinə əsasən, valideynlər uşağın saxlanmasına borcludurlar. Ailə qanunvericiliyi alimentin məbləğinin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.
29. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
31. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Bu hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
32. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, indiki halda aliment öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin maddi vəziyyətində hər hansı mənfi dəyişikliyin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti ödəyir. Məhkəmə onu da qeyd edir ki, yalnız yaşayış minimumu məbləğinin artması halı alimentin miqdarının artırılması üçün mütləq əsas qismində çıxış etməsə də, tərəflərin birgə nikahından doğulmuş uşağın hər gün artan xərcləri, təhsili və digər əsaslar birlikdə qiymətləndirildikdə aliment miqdarının artırılması üçün əsasların yaranması aydın olur.
33. Göstərilənlərə əsasən, məhkəmə 2024-cü il üçün ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğunu, uşağın üstün mənafeyini və onu təminat səviyyəsini əsas götürərək, uşağın əvvəlki təminat səviyyəsinin indiki halda müvafiq qanunla uşaqlar üçün müəyyən edilmiş ölkə üzrə yaşayış minimum məbləği ilə müqayisə edərək, bu fərqin uşağın təminat səviyyəsinə əhəmiyyətli dərəcədə təsirinin olması halını, habelə uşağın böyüdülməsi və saxlanması ilə əlaqədar daim artan normal qidalanması, geyimi, təhsili, sağlamlığının qorunması və sair tələbatlarının ödənilməsinin təmin edilməsi zərurətini, cavabdehin stabil qazancının olması halının müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
34. İddia tələbinin uşağın saxlanması üçün 100 manat tibbi xərcin cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə cavabdehin stabil qazancının olmamasını, tərəflərin bildirdiyinə görə fəhlə işləməsini, yeni ailə quraraq iki övladının düyaya gəlməsini, iddiaçının 100 manat tibbi xərci cavabdehin ödəmək imkanının olmaması halında həmin hissədə iddia tələbinin təmin olunmamasına etiraz etmədiyini bildirməsini və tərəflərin hər ikisinin maddi və ailə vəziyyəti birlikdə nəzərə alaraq hesab edir ki, hazırkı halda 100 manat tibbi xərcin cavadehdən tutulması hissəsində iddia tələbinin təmin olunmaması birgə nikahdan doğulmuş uşağın üstün mənafeyinə zidd olmamaqla hər iki tərəfin maraqları arasında olan tarazlığı qoruyur. Məhkəmə xərcləri
35. İddiaçı ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
37. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
38. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
39. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 48.2 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edilməsini əsas götürərək qeyd edir ki, iş üzrə ödənilməli olan 48.2 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir.
40. Bundan əlavə, iddiaçı tələbində 100 manat dövlət rüsumunun (50 manat mediyasiya xərci, 50 manat iddia ərizəsi verilərkən ödənilmiş rüsum) cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
41. Məhkəmə bununla bağlı qeyd edir ki, “Mediasiya haqqında” Qanunun 36.1-ci maddəsində göstərilir ki, mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri.
42. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
43. İşə əlavə edilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməmişdir.
44. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi halı hazırkı işdə baş verdiyindən qeyd edilən Qanunun 36.5-ci maddəsinə əsasən, cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcini ona ödəməli və iddia həmin hissədə təmin edilməlidir.
45. Məhkəmə iddia ərizəsi verilərkən ödənilmiş 40 manat dövlət rüsumu ilə bağlı qeyd edir ki, qanunvericiliklə aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduğu halda iddiaçı tərəfindən rüsum pul ödənilmişdir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.
47. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının 5.1.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.
48. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, artıq ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Nəticə
49. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırlaraq, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş ödənilməli olan 48.2 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməli, mediasiya xərclərini ödəməklə bağlı 50 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
50. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(008)- 10795/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq 05 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməli olan 48.2 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Mediasiya ilə bağlı İddiaçı çəkdiyi xərcin əvəzi olaraq 50 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi:**********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: İddiaçı, FİN xxxxxxx) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova