Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1180/2020 31.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlək vəziyyətdə olmayan avadanlıqlardan birinə görə ödənilmiş 2.200 ABŞ dollarının və bir-birindən asılı olan istifadə etməyi qeyr-mümkün olan digər işlək vəziyyətdəki avadanlıqlara və xərclərə görə ümumilikdə ödənilmiş 5250 ABŞ dollar məbləğində maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin fevral ayında dost münasibətində olduğu İran vətəndaşı olan xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh ilə Astara rayonunda çörək sexi açmaq məqsədi ilə onun çörək sexi avadanlıqlarının satışı ilə məşğul olan tanışı və ya şəxsi tapmaq barəsində telefon vasitəsi ilə əlaqə saxlamışdır. Müəyyən müddət keçdikdən sonra Shapour Reza ilə telefonla əlaqə saxlayaraq ona çörək sexi avadanlığı satışı ilə məşğul olan şəxsi tapdığını və hazırda həmin şəxsdə avadanlıqların olduğunu bildirərək bunun üçün ona 4000 min ABŞ dolları göndərməyini bildirmişdir. O, cavabdehdən avadanlığın işlək vəziyyətini soruşduqda ona işlək vəziyyətdə və istismara tam yararlı olduğunu bildirmişdir. o, cavadehlə razılaşaraq və onunla dost münasibəti olduğundan 4000 min ABŞ dollarını İran İslam Respublikasına özüylə apararaq və onun dediyi Həsən Murad adlı şəxsə verərək Shapour Rezanın hesabına köçürülməsi barədə ondan qəbz almışdır. 4000 min ABŞ dolları Shapour Rezaya çatdıqdan sonra o bir-birindən asılı olan 3-hissədən ibarət sex avadanlığını iran islam Respublikasından Astara rayon Gömrük Postu vasitəsi ilə ona göndərmişdir. O, həmin avadanlıqları gömrükdə qəbul etdikdən sonra Shapour Reza özü Astara rayonuna gələrək avadanlıqların gətirilməsində görə sərf olunmuş yol xərcinə görə əlavə 250 ABŞ dollarının da verilməsini tələb etmiş və o da həmin pulu cavabdehə ödəyib. Bununla bağlı onun avtomobil xərci və gömrük rüsumu 1000 ABŞ dolları təşkil etmiş, ümumilikdə avadanlıqlara görə 5250 ABŞ dollar xərci çıxmışdır. Sonradan avadanlıqları özünə məxsus binada yerləşdirdikdən sonra çalışdırmağa başlamış, həmin vaxt avadanlıqlardan birinin işlək vəziyyətdə olmadığı aşkar edilmişdir. Bununla bağlı o, Shapour Rezaya zəng edərək avadanlığın işləmədiyini bildirmişdir. Shapour Reza isə narahat olmamağı və tezliklə zavoddan nümayəndənin göndərəcəyini bildirmişdir. Xeyli müddət keçdikdən sonra o, Shapour Rezayla əlaqə saxlayaraq dost münasibətlərinin korlanmamasını, avadanlığın geri götürməsini yada usta (nümayəndə) göndərilməsini tələb etmişdir. Müəyyən müddət keçdikdən sonra zavoddan 3 nümayəndə (usta) gələrək avadanlığı yoxlayaraq nasaz olduğunu, istismara yaramadığını və işlək vəziyyətə gətirilməsi mümkün olmadığını bildirərək bu barədə xx.xx.2019cu il tarixli fars dilinə yazılmış akt tərtib etdilər. Bundan sonra nümayəndələrdən biri avadanlığın nasaz vəziyyətdə olması barədə məlumat vermək məqsədi ilə Shapour Rezaya zəng etdi, lakin Shapour Reza telefona cavab verməyərək məcbur qalıb whatsapp vasitəsi ilə səsli mesaj göndərdilər. Bundan sonra o, özündə mütəmadi olaraq Shapour Rezaya zəng etmiş, o isə zənglərinə cavab verməyərək onunla əlaqə saxlamaqdan yayınmışıdr. O da məcbur qalıb ona whatsapp vasitəsi ilə səsli mesajlar göndərmişdir. Lakin, Shapour Reza hər dəfəsində səsli mesajlarını oxumuş, lakin ona cavab verməmişdir. O, bildirir ki, bir-birindən asılı vəziyyətdə olan avadanlıqlardan birinin işləməməsi digər işlək vəziyyətdə olan avadanlıqların istifadəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, hazırda bir-birindən asılı olan avadanlıqlardan birinin işləməməsi işlək vəziyyətdə olan digər avadanlıqlardan istifadə etmək hüququnu məhdudlaşdırır. İndiki halda işlək vəziyyətdə olan digər avanadlıqlardan istifadə etmək mümkün olmadığından istifadəsində qalmasına ehtiyac duyulmur. Shapour Reza ilə dost münasibəti olduğundan etibarından sui-istifadə edərək, habelə İran vətəndaşı olduğundan və xarici vətəndaş statusundan istifadə edərək nasaz avadanlığı ona sataraq 5250 dollar məbləğində ziyan vuraraq aldatma yolu ilə pulunu mənimsəmişdir. Bu faktla bağlı o, Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun müraciəti Astara Rayon Polis Şöbəsində cinayətlər haqqında ərizələr və məlumatlar uçot kitabında 918 sayla qeydiyyata alınaraq təhqiqat aparılmağa başlanmışdır. Aparılan araşdırılma zamanı tərəfindən təqdim olunmuş sübutlar və şahid ifadələri əsasında, eyni zamanda Cavabdeh məxsus nömrə ilə əlaqə saxlanılaraq borcu etiraf etməsi ona borclu olduğunu bir daha sübut etmişdir. Təhqiqat zamanı Shapour Rezaya məxsus nömrə ilə əlaqə saxlanılmış və sonuncu onunla dost olduğunu, çörək bişirmə avadanlıqlarını alıb göndərdiyini, lakin birinin işləmədiyini, hazırda isə ona 2.200 ABŞ dollar borclu qaldığını bildirmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından və cinayət işinin başlanmasının rədd edilməsi barədə təhqiqatçı tərəfindən xx.xx.2019-ci il tarixli qərar qəbul edilərək mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlə aralarında alqı-satqı müqaviləsi ilə bağlı münasibətlərinin olmadığını, həmin məhsulları başqa iran vətəndaşından aldığını, həmin malları satan şəxslə onları məhz cavabdehin tanış etdiyini, cavabdehin icraçı qismində çıxış etdiyini, ona görə də məhz onun maddi məsuliyyət daşıdığını, məhz cavabdehin vasitəçilik etdiyini, vasitəçi olduğundan, həmin avadanlıqlarla bağlı yaranmış problemlərə görə, ona vurulmuş ziyana görə də məhz cavabdehin cavab verməli olduğunu, habelə həmin avadanlıqların pulunu da onun adına olan hesaba köçürüldüyünü, daha sonra cavabdeh özü onlara İrandan usta gətirilərək, həmin avadanlıqların təmir edilməsində köməkklik göstərdiyini, lakin avadanlığın düzəldilməsi mümkün olmamışdır, bir avadanlığın da işləməməsi bütün avadanlıqların işləməməsinə gətirib çıxardığını, bununla cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğunu bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi göndərərək, iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, Azərbaycan Respublikasında işləmiş və çoxlu tanışları vardır. İddiaçı 2015-ci ildən tanıyır. Azərbaycan Respublikasında olan dostları 2015-ci ildə ona zəng edib İddiaçı oğlunun xəstələnməsini, ona Tehranda əməliyyat üçün xəstəxana və həkim tapılmasına yardım etməyimi xahiş etdilər. Sonra iddiaçı bir müddət Tehranda onlarda qalmalı oldu və belə yaxın münasibətləri yarandı. 2017-ci ildə İddiaçı ona zəng edərək İran İslam Respublikasında çörək bişirmək üçün avadanlıqlar almağını kömək etməsini xahiş etmişdir. O, bildirmişdir ki, çörək bişirmək üçün ən yaxşısı avadanlıqları istehsal edən zavodlardan almaq yaxşıdır. Ancaq İddiaçı pulunun az olduğuna və işlənmiş avadanlıqların ucuz olması səbəbinə görə köhnə avadanlıqlar tapmağını xahiş etmişdir. O da dostluq xatirinə ona kömək etmək istəmiş və buna görə də İran İslam Respublikası üzrə populyar DİVA əlavəsi vasitəsi ilə tanış adamlara xahiş etmişdir ki, münasib çörək bişirmək üçün avadanlıqlar axtarıb tapsınlar. Özünün heç vaxtı çörək bişirmə işi ilə məşğul olmadığından tapacağı avadanlıqlara özünün gəlib baxmasına, yalnız bəyəndikdən və yoxladıqdan sonra almasını bildirmişdir. Tapşırdığı adamlar Diva əlavəsində 20-30 avadanlıq tapıb ona göstərdi. İddiaçı həmin vaxtı çörək bişirmə sexi üçün üç avadanlıq istəmişdir - xəmiri qarışdıran, xəmiri yayan və çörək bişirən. Bunların da hərəsini bir şəhərdən tapmışlar və İddiaçı da bəyənmişdir. İddiaçı qeyd olunan avadanlıqları bəyəndikdən sonra pulunu həmin adamlarada özünün ödəməsini bildirmişdir. Avadanlıqlarda birini Tehran, birini Təncan, digərini isə Kərəc şəhərindən tapmışlar. İddiaçı fars dilin bilmədiyindən, fars dilində danışa bilmədiyindən yalnız avadanlığın internet vasitəsilə axtarılıb tapılmasına və danışıqların aparılmasına kömək etmişdir. Demək olar ki, etdiyi bu yaxşılıqlarda hər hansı bir xeyiri və təmannası olmamışdır. Bundan başqa iddiaçının onun adından guya zavodda usta gətirəcəyi, avadanlıqları düzəldəcəyi barədə iddia ərizəsində yazdığı ifadələr tamamilə zəfəngiyyatdır. Belə ki, ayarı-ayrı şəxslərdən alınan avadanlıqlar üçün nə həmin avadanlıqları istehsal edən zavod (hansı zavodun istehsalı olması belə bəlli deyil), nə də şəxslər qarantiya verməyiblər. Həmin avadanlıqlar uzun müddət istehsal olunmuş avadanlıqlar olub. Buna görə də kimsə qarantiya verməsi mümükün deyil. Bundan başqa avadanlıqları satan şəxslərdə həmin avadanlıqalara görə hər hansı bir qarantiya vermədiyinə görə onlara qaytarılması da mümkün deyil. İddia ərizəsində qeyd olunan avadanlıqların təmiri üçün mütəxəssis göndərməyi də yalan xarakterli məlumatdır. O, kimisə həmin avadanlıqların təmiri və yoxlanması üçün göndərməmişdir. Bundan başqa İddiaçı tərəfindən avadanlıqlar 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Astara şəhərinə gətirildikdən sonra iki il səkkiz ay sonra ona qarşı həmin mallarda qüsurların olmasına görə iddia irəli sürməsini absurd və cəfəngiyyat hesab edir. Hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdikləri avadanlıqlarla bağlı idddia müddəti tətbiq edilməlidir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz edərək, iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, verdiyi izahatında bildirdi ki, iddianın heç bir hüquqi əsası yoxdur, iddiaçının həmin avandıqların Cavabdeh tərəfindən satılması barədə heç bir sübutu yoxdur, onlar ailəvi dost olublar, ona görə də cavabdeh iddiaçıya köməklik edib ki, İrandan həmin avadanlıqları ala bilsin, cavabdeh həmin avadanlıqları iddiaçıya satmayıb, sadəcə dost olduqlarından iddiaçıya köməklik edib, həmin avadanlıqları satan adamla tanış edibdir, onlar arasında heç bir alqı-satqı münasibətləri olmayıbdır, müvafiq cinayət işinin rədd olunması barədə qərarda cavabdehlə vatsap telefon nömrəsi ilə əlaqə saxlanıldığını, cavabdehin iddiaçıya 2200 ABŞ dolları borcunun olduğunu bildirmişlər, lakin həmin telefon nömrəsi cavabdehə aid deyil, onlar cavabdehlə ümumiyyətlə danışmayıblar, həmin vaxtı cavabdeh Azərbaycan Respublikası, Bakı şəhərində olmuşdur, necə xarici nömrə ilə danışdıqları barədə heç bir məlumatlarının olmadığını, cavabdeh iddiaçıya heç bir maddi ziyan vurmadığını bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin eidlməməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir.. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan 004639 nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamədən məlum olur ki, Cavabdeh Azizollah Bakı şəhəri, Qaradağ rayonu, Lök-batan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən çörək, bulka, qənnadı istehsalı və satışı sexinin mülkiyyətçisidir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qərardadan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İran İslam Respublikasının TRADİNG “OGHAB ASTARA” şirkətinin tapşırığına əsasən TRADİNG MEHRAN FEKRİ CO” şirkətindən ünvan 1 İddiaçı (VÖEN: **********) ünvanına xx.xx.2017-ci il tarixdə “”Çörək, bulka məmulatlarının istehsalı üçün avadanlıqlar (işlənmiş)” yükü “Astara" gömrük postuna (həmin tarixdə Astara Gömrük İdarəsi) daxil olmuş, **********0202 sorğu nömrəli bəyannamə ilə bəyan olunaraq ölkə ərazisinə buraxılmışdır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmədə tədqiq olunmuş sübutlar, tərəflərin verdiyi izahatları əsasında iddiaçı və cavabdeh arasında hər hansı alqı-satqı münasibətlərinin omadığı halı müəyyən edilmişdir, habelə bu hal aşkar olmaqla, hər iki tərəf bu halı təsdiq etməklə, qeyd edilən hal işin mübahisəsiz halı hesab edilir, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərələt və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı məhz cavabdehin vastiəçiliyi ilə tanış olduğu başqa şəxslərdən müvafiq avadanlıqları satın aldığını, həmin avadanlıqların işlək vəziyyətdə olmaması, işə yararsız olması nəticəsində ona həm avadanlıqlara görə ödənilmiş 2200 ABŞ dolları və həmin avadanlıqlarla bağlı çəkilmiş xərclərlə birlikdə ümumilikdə 5250 ABŞ dolları məbləğində ona maddi ziyan vurulduğunu, vurulmuş ziyanın məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş veridyini əsas gətirərək, iddiaçı cavabdehə qarşı iddia tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müvafiq avadanlıqların satın alınmasına görə vasitəçi olaraq cavabdehin hesabına 2200 ABŞ dolları məbləğində pul vəsaiti ödədiyini bildirsə də, həmin məbləğdə pul vəsaitinin məhz cavabdehə ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunan halla bağlı sübut qismində müvafiq fars dilində yazılmış və Azərbaycan dilinə tərcümə edilmiş yazılı kağıza və müvafiq cinayət işinin rədd olunması barədə qərara istina etmişdir. Məhkəmə qeyd olunan halın müəyyən eidlməsi ilə bağlı iddiaçının təqdim etdiyti yazılı sübutla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçının qeyd olunan halın təsdiq olunması ilə bağlı sübut qismində istinad etdiyi yazılı kağız lazımi qaydada təsdiq olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmçinin, həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Göründüyü kimi, iddiaçının hazırki iş üzrə sübut qismində təqdim etdiyi yazılı kağız qanunvericiliklə müəyyən eidlmiş qaydada təsdiq olunmadığından mülki prosessual qanunvericiliyin tələbi baxımından mötəbər sübut qismində qəbul edilə bilməz. Həmçinin, məhkəmə iş üzrə qeyd olunan halın təsdiq olunması ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi digər sübut növü ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclaısnda cavabdeh tərəfin veridyi izahatından aydın olur ki, həmin qərarda cavabdehlə müvafiq nömrə ilə əlaqə saxlanıldığı bildirilsə də, həmin nömrənin cavabdehə aid olmadığını, habelə həmin nömrənin xarici nömrə olduğu halda, cavabdehin həmin vaxtı Bakı şəhərində olduğunu, onların kiminlə danışdığını bilmədiklərini, cavabdehin həmin nömrə ilə heç bir əlaqəsinin olmadığını bildirmiş, iddiaçı isə qeyd olunan haların təsdiq olunmasına dair digər hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş digər sənədlərin məzmununda cavabdehə aid heç bir məlumat aşkar eidlməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçının müvafiq avadanlıqların satın alnmasına görə vasitəçi olaraq məhz cavabdehə 2200 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi halı öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi müvafiq avadanlıqlara görə ödənilmiş pul vəsaitinin tutulması hissəsində əsassız olmaqla, təmin eidlməməlidir. Məhkəmə iddia tələbinin digər avadanlıqlara və xərclərə görə (yol xərci, avtomobil xərci, gömrük rüsumu ) pul vəsaitinin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin eidlməməlidir. Belə ki, iddiaçı məhz cavabdehin hərəkətləri nəticəsində ona digər avadanlıqlara və xərclərə görə ümumilikdə 5250 ABŞ dolları məbləğində maddi ziyan vurulduğunu bildirsə də, ona həmin məbləğdə maddi ziyanın vurulması, həmin vurulmuş ziyanın məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, habelə vurulmuş maddi ziyanla cavabdehin qanunsuz hərəkətləri nəticəsində səbəbli əlaqənin olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçıya qeyd olunan məbləğdə maddi ziyanın vurulması, həmin məbləğdə maddi ziyanın məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, habelə onlar arasında səbəbli əlaqəanin olması halını müəyyən etmək mümkün olmamışdır. Göründüy kimi, hazırki işdə yuxarıda qeyd olunan müvafiq normanın dizpozitiv şərtləri mövcud deyildir.Ona görə də məhkəmə qeyd olunan halları əsas gətirərək, hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə bağlı məhkəmə onu bildirir ki, hazirki işdə tərəflər arasında alqı-satqı müqaviləsinin olduğu sübuta yetirilmədiyi üçün iddia müddətinin tətbiqi ilə bağlı verilmiş ərizəni əsassız hesab edərək, hesab edir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin özünün mövcud olması, onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin dilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə qeyd olunan mülki prosessual qanunvericiliyin normalarını əhbər tutaraq, habelə iddia tələbinin rədd olunmasını əsas götürərək, hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli və iddia tələbi dövlət rüsumunun tutulması hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. X5 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1180/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1180/2020
31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver