Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1184/2022 18.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş iş üzrə icraatın təzələnməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat əsas borcun,31.07.2021-ci il tarixli müqavilələrin rəsmiləşdirilməsi üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və məhkəmə xərclərinə görə 30 manat dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinin dqəqiləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, ərizədə müqavilənin rəsmiləşdirilməsi sözünün dövlət rüsumu kimi nəzərə alınmasını xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Cavabdeh ilə 31 iyul 2021-ci il tarixdə notariat qaydasında borc müqaviləsi (kredit müqaviləsi) bağlayaraq 20000 manat krediti 5 ay müddətində qaytarmaq şərti ilə vermişdir.Cavabdeh həmin kredit müqaviləsi üzrə borcunu qaytarmaqdan boyun qaçırır.Müqavilənin icra olunması üçün müəyyən olunmuş vaxtın tamam olmasına baxmayaraq cavabdeh onu aldadır,müxtəlif bəhanələrlə vəd verərək vaxtı uzadır və ona olan iyirmi min manatı isə bugünədək qaytarmamışdır.Eyni zamanda 31 iyul 2021-ci il tarixli kredit müqavilələrinin 4-cü bəndinin tələbinə görə bu müqavilələrinin rəsmiləşdirilməsinə görə xərcləri cavabdeh ödəməli olduğu halda cavabdehin həmin zaman pulu olmadığından arasında olan razılaşmaya görə(cavabdehin sonradan həmin pulu ona qaytarmaq şərti ilə) tərəfindən həmin müqavilələrin rəsmiləşdirilməsi üçün 100 manat pul ödəmiş və hesab edir ki,həmin məbləğ də cavabdehdən alınaraq ona verilməlidir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında onu təhdid etdiyinibilirərək, bu halların nəzərə alıanraq,iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 31.07.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh faizsiz 20000 manat məbləğində pul vəsaitini borc vermiş, borcalan həmin pul vəsaitini 31.12.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.Borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi üzrə 20000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən notarius deposit hesabına təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 31.07.2021-ci il tarixli kredit müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən, iddiaçı 20000 manat məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə 31.12.2021-ci il tarixədək həmin borcu borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri öhdəliyin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında aldığı borc məbləği həddində onun məsuliyyəti yaranmışdır. Həmçinin, tərəflər arasında bağlanılmış kredit müqviləsinin 6-cı bəndinə əsasən borc üzrə öhdəliyin icrası borc sənədinin üzərində edilmiş qeydlə təsdiq edilməlidir. Lakin məhkəmə araşdırması zamanı borcun tam və ya hissə-hissə ödənilməsinə dair hər hansın qeydin aparılması halı müəyyən edilməmiş, habelə cavabdeh tərəfində də məhkəməyə həmin halla bağlı heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 130 manat məbləğində dövlət rüsumu ödənilmiş və buna dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 130 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 31.07.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 20000 manat borc pul vəsaiti və ödənilmiş 130 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınun xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 31.07.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 20000 manat borc pul vəsaiti və ödənilmiş 130 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1184/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1184/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver