Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1189/2020 03.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı kredit müqaviləsi üzrə pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı kredit müqaviləsi üzrə 365,95 manat əsas borc, 31,34 manat faiz borcu, 55,13 manat cərimə olmaqla, cəmi 452,42 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına: komp-1 ədəd (çəkisi-7,2 qram, əyarı-583), üzük-2 ədəd (çəkisi-6,5 qr, əyarı-583) yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı kreit müqaviləsi üzrə 452,42 manat borcunun və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, tutmanın Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı X2 “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 470 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı kredit müqaviləsi üzrə 365,95 manat əsas, 31,34 manat faiz, 55,13 manat cərimə olmaqla, cəmi 452,42 manat borcu vardır. xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı X2 “Yasamal” filialına saxlanca verilmiş komp-1 ədəd (çəkisi – 7,2 qr, əyarı-583), üzük-2 ədəd (çəkisi-6,5 qr, əyarı-583) olmaqla, cəmi 13,7 qr olan qızıl-zinət əşyalarından ibarətdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı kredit müqaviləsinin 4.6cı bəndinə əsasən, müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan girova ödəniş yönəldə bilər. Qeyd olunanlara əsasən, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı X2 nümayəndəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə teleqram ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan YSLMB-5421 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı bank ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh illik 29% olmaq şərti ilə 12 ay müddətinə 470 manat məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı saxlanc girovu haqqında müqavilədən və saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı aktdan görünür ki, İddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus, komp-1 ədəd (çəkisi – 7,2 qr, əyarı-583), üzük-2 ədəd (çəkisi-6,5 qr, əyarı-583) olmaqla, cəmi 13,7 qr qızıl-zinət əşyaları girov ilə yüklü edilmişdir. İş materiallarında olan RB-02/PK-2023 saylı, xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə olan əsas borcu 365,95 manat, faiz borcu 31,34 manat, cərimə 55,13 manat olmaqla, cəmi borcu 452,42 manat təşkil edir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan aldığı kreditə görə əsas və faiz borcu məbləğlərini, gecikməyə görə cəriməni iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin o, həmin müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri cavabdehə münasibətdə əsas borc, faiz borcu hissəsində tam əsaslı, cərimə hissəsində isə qismən əsaslıdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə tərəflərin əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, həmin müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 30 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, iddianın tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi, onların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh digər əmlakına yönəldilməsi hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia qismən əsaslı hesab edilməli, tutma girov qoyulmuş komp-1 ədəd (çəkisi – 7,2 qr, əyarı-583), üzük-2 ədəd (çəkisi-6,5 qr, əyarı-583) olmaqla, cəmi 13,7 qr qızılzinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı və satışdan əldə edilmiş pul vəsaiti Cavabdeh İddiaçı X1 borcunun ödənilməsinə yönəldilməli, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Ona görə də açıq hərrac nəticəsində əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin tutulması İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, YSLMB-5421 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı X2 xeyrinə 365,95 manat əsas borc, 31,34 manat faiz borcu, 30 manat cərimə olmaqla, cəmi 427,29 manat məbləğində borc pul vəsaiti və 20 manat dövlət rüsumu tutulsun. Tutma girov qoyulmuş komp-1 ədəd (çəkisi – 7,2 qr, əyarı-583), üzük-2 ədəd (çəkisi-6,5 qr, əyarı-583) olmaqla, cəmi 13,7 qr qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın və satışdan əldə edilmiş pul vəsaiti Cavabdeh İddiaçı X1 borcunun ödənilməsinə yönəldilsin. Satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1189/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1189/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver