Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1202/2020 28.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı və X7 Cavabdeh qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və X12 Cavabdeh qarşı borc tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsinin və cavabdeh ilə X12 aralarında bağlanmış xx.xx.2015-ci il tarixli borc müqaviləsinin etibarsızlığı etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırlmışdır ki, X12 iddiaçı Cavabdeh ilə 2011-ci ildə X9 Dubay şəhərində olarkən tanış olmuşlar. Daha sonra isə onlar arasında tanışlıq yaranmış və Cavabdeh tərəfindən pul verilməklə X9 Dubay şəhərindən Bakı şəhərinə avtomobil ehtiyyat hissələri gətirərək satmaq qərarına gəlmişlər. Bundan sonra Cavabdeh ona 30.000 ABŞ dolları məbləğində pul vermiş və o da avtomobil ehtiyyat hissələri gətirərək sonuncuya vermişdir. Hər dəfəsində isə Rasim tərəfindən ona verilən əsas pulu, yəni 30.000 ABŞ dollarını ona qaytarmış, Rasim də ona qazancdan qalan pulu vermiş və yenidən əsas pulu verərək avtomobil hissələri sifariş etmişdir. Uzun müddət həmin qayda ilə işlədikdən sonra müəyyən səbəblərdən malların gətirilməsində problem yaranmış, bundan sonra Rasim ona əlavə olaraq 19.000 ABŞ dolları vermişdir ki, həmin pul hesabına mal gətirərək onun öz borcunu da ödəmiş olsun. O da hər dəfə mal gətirdikdə əsas puldan əlavə qalmış qazancdan ona çatan pulu öz borcuna görə Cavabdeh vermişdir. Daha sonra onların avtomobil ehtiyyat hissələri gətirmək işi alınmamış, bundan sonra mobil telefon gətirərək satmağa başlamışlar, ümumiyyətlə aralarında olan ticarət dövriyyəsi təxminən 50.000-55.000 ABŞ dolları arasında olmuşdur. Bundan sonra Cavabdeh ona və qardaşı Rövşənə A4 formatlı ağ kağıza imza etdirmiş, həmin kağıza niyə imza etdiklərini soruşduqda, sonuncu ona həmin kağızın aralarında olan borcla bağlı olduğunu bildirmişdir. Halbuki, həmin kağızlar boş olmuş, heç bir yazı olmamışdır. Bundan sonra gömrükdə problemlər yarandığı üçün malların gətirilməsi mümkün olmamış və o, Cavabdeh qalan borcunu tam şəkildə ödəmiş, buna sonra onlar arasında olan ticarət münasibətləri qurtarmış və 2017-ci ildən etibarən Cavabdehla münasibətləri bitmişdir. Hazırda məhkəməyə təqdim olunmuş kredit müqaviləsindəki imzalar ona məxsus deyildir, müqavilədəki yazıları o, yazmamışdır, sadəcə şəxsiyyət vəsiqəsindəki imza və yazılar ona məxsusdur. Həmçinin, qardaşı da həmin müqaviləni imzalamamışdır, çünki onun əgər iddiaçıya 60.000 ABŞ dolları borcu olmuş olsaydı, Cavabdeh 9 ay sonra qardaşı Səfərov Rövşən Elyas oğluna yenidən 60.000 ABŞ dolları borc verməzdi. Onunla Cavabdeh arasında ümumiyyətlə heç vaxt ticarət və pul münasibəti olmamışdır. O, Rasimi qardaşı Talehlə birlikdə ticarət edərkən tanımışdır. Cavabdeh heç vaxt ona pul verməmişdir. O, heç bir müqaviləyə imza etməmişdir. Sadəcə qardaşı ilə birlikdə cavabdehin ofisində olduqları zaman cavabdeh ona heç bir qeyd olmayan ağ kağıza imza etdirmişdir. Müqavilədə olan imzalar ona məxsus deyildir, oradakı yazıları o yazmamışdır. Həmçinin cavabdeh tərəfindən müqavilədə göstərilən məbləğdə pul ona verilməmişdir. Talehlə cavabdeh arasında olan ticarətlə bağlı olan pullar isə cavabdehə qaytarılmışdır. Eləcədə bu müqavilənin hansı Notariat Kontorunda bağlanması məlum deyildir. X4 iddia ərizəsini onunla əsaslandırlmışdır ki, X12 iddiaçı Cavabdeh ilə 2011-ci ildə X9 Dubay şəhərində olarkən tanış olmuşlar. Daha sonra isə onlar arasında tanışlıq yaranmış və Cavabdeh tərəfindən pul verilməklə X9 Dubay şəhərindən Bakı şəhərinə avtomobil ehtiyyat hissələri gətirərək satmaq qərarına gəlmişlər. Bundan sonra Cavabdeh ona 30.000 ABŞ dolları məbləğində pul vermiş və o da avtomobil ehtiyyat hissələri gətirərək sonuncuya vermişdir. Hər dəfəsində isə Rasim tərəfindən ona verilən əsas pulu, yəni 30.000 ABŞ dollarını ona qaytarmış, Rasim də ona qazancdan qalan pulu vermiş və yenidən əsas pulu verərək avtomobil hissələri sifariş etmişdir. Uzun müddət həmin qayda ilə işlədikdən sonra müəyyən səbəblərdən malların gətirilməsində problem yaranmış, bundan sonra Rasim ona əlavə olaraq 19.000 ABŞ dolları vermişdir ki, həmin pul hesabına mal gətirərək onun öz borcunu da ödəmiş olsun. O da hər dəfə mal gətirdikdə əsas puldan əlavə qalmış qazancdan ona çatan pulu öz borcuna görə Cavabdeh vermişdir. Daha sonra onların avtomobil ehtiyyat hissələri gətirmək işi alınmamış, bundan sonra mobil telefon gətirərək satmağa başlamışlar, ümumiyyətlə aralarında olan ticarət dövriyyəsi təxminən 50.000-55.000 ABŞ dolları arasında olmuşdur. Bundan sonra Cavabdeh ona və qardaşı Rövşənə A4 formatlı ağ kağıza imza etdirmiş, həmin kağıza niyə imza etdiklərini soruşduqda, sonuncu ona həmin kağızın aralarında olan borcla bağlı olduğunu bildirmişdir. Halbuki, həmin kağızlar boş olmuş, heç bir yazı olmamışdır. Bundan sonra gömrükdə problemlər yarandığı üçün malların gətirilməsi mümkün olmamış və o, Cavabdeh qalan borcunu tam şəkildə ödəmiş, buna sonra onlar arasında olan ticarət münasibətləri qurtarmış və 2017-ci ildən etibarən Cavabdehla münasibətləri bitmişdir. Hazırda məhkəməyə təqdim olunmuş kredit müqaviləsindəki imzalar ona məxsus deyildir, müqavilədəki yazıları o, yazmamışdır, sadəcə şəxsiyyət vəsiqəsindəki imza və yazılar ona məxsusdur. Həmçinin, qardaşı da həmin müqaviləni imzalamamışdır, çünki onun əgər iddiaçıya 60.000 ABŞ dolları borcu olmuş olsaydı, Cavabdeh 9 ay sonra qardaşı Səfərov Rövşən Elyas oğluna yenidən 60.000 ABŞ dolları borc verməzdi. Onunla Cavabdeh arasında ümumiyyətlə heç vaxt ticarət və pul münasibəti olmamışdır. O, Rasimi qardaşı Talehlə birlikdə ticarət edərkən tanımışdır. Cavabdeh heç vaxt ona pul verməmişdir. O, heç bir müqaviləyə imza etməmişdir. Sadəcə qardaşı ilə birlikdə cavabdehin ofisində olduqları zaman cavabdeh ona heç bir qeyd olmayan ağ kağıza imza etdirmişdir. Müqavilədə olan imzalar ona məxsus deyildir, oradakı yazıları o yazmamışdır. Həmçinin cavabdeh tərəfindən müqavilədə göstərilən məbləğdə pul ona verilməmişdir. Talehlə cavabdeh arasında olan ticarətlə bağlı olan pullar isə cavabdehə qaytarılmışdır. Eləcədə bu müqavilənin hansı Notariat Kontorunda bağlanması məlum deyildir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X5 ərizə yazaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili X5 izahat verərək , iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış borc müqaviləsinə dair artıq müvafiq məhkəmə qətnaməsinin olduğunu, həmin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minmədiyini, həmin mülki iş üzrə müvafiq xətşünaslıq ekspertizasının keçirildiyini, imzaların məhz iddiaçıların özlərinə məxsus olduğunu, bu halın artıq müəyyən edildiyini, bundan əlavə isə həmin müqavilələr bağlanılarkən mülki qanunvericiliyin heç bir tələbinin pozulmadığını bilirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin vəkilinin izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2015-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, borcverən Cavabdeh borcalan X10 60.000 ABŞ dolları məbləğində borc vermişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2016-cı il tarixli borc müqaviləsinin surətindən görünür ki, borcverən Cavabdeh borcalan İddiaçı 60.000 ABŞ dolları məbləğində borc vermişdir. Mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən,Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanılmışdır. İddiaçı tərəf cavabdehlə aralarında olan müqavilələrin onlar tərəfindən imza edilmədiyini əsas gətirərək, həmin müqavilələrin etibarsız hesab edilməsi tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad edilmişdir. Lakin buna baxmayaraq, məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən iddia tələbinin əsası kimi istinad olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Bununla da, tərəflər arasında mülki qanunvericiliyin şərtlərinin pozulmaqla müvafiq müqavilələrin bağlanılmasına dair hər hansı halın müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə iş materiallarında olan müvafiq məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyinə əsasən mülki işin 4-6-cı vərəqələrində Cavabdeh ilə X7 adlarında olan xx xxxxxxx 2015-ci il tarixli “Borc müqaviləsi”nin 1- 2ci vərəqələrinin aşağı sağ künclərində “S.T.elyas” yazılarının qarşılarında olan imzalar və 3-cü vərəqəsində “Borc alan” hissəsində “İmza:” qrafasında olan imza-X12 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 9-11-ci vərəqələrində Cavabdeh ilə Səfərov Rövşən Elyas oğlunun adlarında olan xx xxxx 2016-cı il tarixli borc müqaviləsinin 1-2-ci vərəqələrinin aşağı sağ hissələrində “İddiaçı” yazılarının qarşılarında olan imzalar və 3-cü vərəqəsində “ Borc alan” hissəsində “İmza:” qrafasında olan imza-İddiaçı tərəfindən icra olunmuşdur. Göründüyü kimi, hazırki işdə iddiaçı tərəf xx xxxxxxx 2015-ci il tarixli və xx xxxx 2016-cı il tarixli müqavilələrinin etibarsızlığını irəli sürsə də, bunu təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.Bütün bu halları əsas götürərək, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X13 Məhkəməsi "X3rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar SəfərovTalehElyasoğlununvə İddiaçı Cavabdeh qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1və İddiaçı Cavabdeh qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1202/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1202/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver