Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1202/2021 04.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun mağazasına gələrək mobil telefon almaq istədiyini bildirmiş, 19 avqust 2020-ci ildə onunla alğı-satqı müqaviləsi bağlanılmış və Samsung Galaxy A70 markalı telefon təhvil verilmişdir. Malın dəyəri 1032,00 manat təşkil etmişdir. Müqavilənin bağlandığı 19.08.2020-ci il tarixdə cavabdeh ilkin olaraq 180,00 manat və 14.09.2020-ci ildə 71,00 manat ödəniş etmişdir. Onun aylıq ödənişi 71,00 manat təşkil etmişdir. Lakin cavabdeh tərəfindən 251,00 manatdan əlavə olaraq ona heç bir məbləğ ödənilməmiş, beləliklə 781,00 manat borcu qalmışdır. Müqavilənin bağlandığı tarixdən etibarən 6 aydır ki, cavabdeh ödəniş etmir. Bununla əlaqədar cavabdeh əsas borc məbləği ilə yanaşı dəbbə pulu olaraq 70,00 manat dəbbə pulu ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq bu günə kimi ödəniş etməmişdir. Cavabdeh tərəfindən borc məbləği bu günə qədər ona ödənilmir. Cavabdeh borcun qaytarılması ilə bağlı onun tələblərinə məhəl qoymur, hər dəfə bir bəhanə gətirərək borcu qaytarmaqdan yayınır. Göstərilənləri nəzərə alaraq, 19.08.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 781,00 manat əsas borc, 70,00 manat dəbbə pulu, 30,00 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. 0Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş nisyə alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 19 avqust 2020-ci il tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1- ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.s və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər.Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, Cavabdeh Ürqənd oğlu 19 avqust 2020-ci il tarixdə İddiaçı ilə nisyə alğı-satqı müqaviləsi bağlayaraq ondan mobil telefon almışdır. Həmin malın dəyəri 1032,00 manat təşkil etmiş, lakin cavabdeh tərəfindən 251,00 manatdan əlavə olaraq iddiaçıya heç bir ödəniş edilməmişdir. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh Ürqənd oğlundan 19 avqust 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən 781,00 manat əsas borc, 10,00 manat dəbbə pulu və 30,00 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 10,00 manat məbləğində cərimə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borc ilə yanaşı, 10,00 manat məbləğində dəbbə pulunun tutulması İddiaçı dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19.08.2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh 781,00 manat əsas və 10,00 manat dəbbə pulu olmaqla, cəmi 791,00 manat borc və 30,00 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Haki̇ m: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1202/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1202/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver