Məhkəmə qərarları › İş №2(002)-1203/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1203/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1203/2020 08.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli borc müqaviləsinin etibarsızlığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin ünvanına ərizə göndərərək 2(002)-1202/2020 saylı və 2(002)-1203/2020 saylı mülki işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmənin icraatında olan 2(002)-1202/2020 saylı digər mülki iş üzrə iddiaçı Səfərov Rövşən Elyas oğlunun Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsinin etibarsızlığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi və bir biri ilə bağlı olan iddia tələbləri ilə əlaqədar iki iş olduğundan, 2(002)-1203/2020 və 2(002)- 1202/2020 saylı mülki işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 169, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə 2(002)-1203/2020 nömrəli mülki iş iddiaçı Səfərov Rövşən Elyas oğlunun Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə 2(002)-1202/2020 saylı mülki işlə bir icraatda birləşdirilsin. Birləşmiş mülki işə 2(002)-1202 / 2020 nömrəsi verilsin. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar