Məhkəmə qərarları › İş №2(002)-1205/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1205/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1205/2020 10.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı X2 Cavabdeh qarşıkredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girovpredmetinə yönəldilməsitələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı X4 Cavabdeh qarşıkredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girovpredmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 853F18 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 7657,36 ABŞ dolları, faiz borcu üzrə 3897,72 ABŞ dolları, cərimə borcu üzrə 3555,20 ABŞ dolları, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən illik 5% ilə hesablanan faiz borcu üzrə 903,12 ABŞ dolları olmaqla, cəmi 16013,40 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın girov predmeti olan “SUBARU FORESTER” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, universal tipli, ban: JF1SG5LE58G148476, mühərrik: 261959, boz gümüş metal rəngli minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçı təşkilata olan ümumi borc məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 izahat verərək bildirdi ki, İddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 853F18 saylı kredit müqaviləsinə əsasən Cavabdeh “SUBARU FORESTER” markalı minik avtomobilinin alınması məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 21% olmaqla 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən kreditin son ödənilmə tarixi xx.xx.2017-ci il tarixinə təyin edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-ML-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, universal tipli, ban: JF1SG5LE58G148476, mühərrik: 261959, boz gümüş metal rəngli, “SUBARU FORESTER” markalı minik avtomobili barəsində xx xxxx 2012-ci il tarixli, 853F18 saylı girov müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Eyni zamanda qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməmiş və Fərmanla müəyyən edilmiş icra müddəti 31.2.2019-cu il tarixində bitmişdir. 853F18 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 7657,36 ABŞ dolları, faiz borcu üzrə 3897,72 ABŞ dolları, cərimə borcu üzrə 3555,20 ABŞ dolları, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən illik 5% ilə hesablanan faiz borcu üzrə 903,12 ABŞ dolları olmaqla, cəmi 16013,40 ABŞ dolları borc öhdəliyi yaranmışdır. Tərəflər arasında mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı təşkilat tərəfindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması üçün tədbir görüıməmişdir. Buna görə də iddiaçı təşkilat məhkəməyə müraciət etmişdir və hazırda iddia tələbinin təmin edilməsini xahiş edir. Eyni zamanda, cavabdehin izahatı ilə bağlı bildirir ki, 2015-ci ildə cavabdehin avtomobili banka təhvil vermək üçün gətirdiyini xatırlayır, lakin həmin vaxt onun avtomobili rəsmi aktla təhvil almaq və müqaviləyə xitam vermək səlahiyyəti olmamışdır, sənədləşməni cavabdeh özü rəhbər şəxslərlə həyata keçirməli idi. Buna baxmayaraq, icra qaydasında girov predmeti olan avtomobilin tapılmasına hər cür yardım etməyə çalışacaqdır. Hazırda iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı bankla onun arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 853F18 saylı kredit müqaviləsinə əsasən ona “SUBARU FORESTER” markalı minik avtomobilinin alınması məqsədi ilə 36 (otuz altı) ay müddətinə illik 21% olmaqla 12000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq onun mülkiyyətində olan **-ML-*** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı, universal tipli, ban: JF1SG5LE58G148476, mühərrik: 261959, boz gümüş metal rəngli, “SUBARU FORESTER” markalı minik avtomobili barəsində xx xxxx 2012-ci il tarixli, 853F18 saylı girov müqaviləsi bağlanmışdır. 2015-ci ildə banka gedib krediti ödəyə bilməyəcəyini bank əməkdaşlarına bildirmiş, onlar avtomobilin təhvil verilməsini tələb etmiş və gələcəkdə heç bir problemin olmayacağını bildirmişlər. O, avtomobili banka təhvil vermiş, lakin səhlənkarlıq edərək avtomobili heç bir akt tərtib edilmədən, arayış almadan və müqaviləyə xitam verilmədən əvəzsiz olaraq təhvil vermişdir. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin edilməməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2012-ci il tarixli, 853F18 saylı kredit müqaviləsindən görünür ki, hazırda ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 853F18 saylı kredit müqaviləsinə əsasən, cavabdehə iddiaçı təşkilat tərəfindən 36 ay müddətinə illik21% ödəmək şərtilə12000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 853F18 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditin son ödənilmə tarixi xx.xx.2017-ci il tarixinə təyin edilmişdir İş materiallarında olan xx xxxx 2012-cü il tarixli, 853F18 saylı girov müqaviləsindən görünür ki, xx xxxx 2012-ci il tarixli, 853F18 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, İddiaçı ASC ilə Cavabdeh arasında girov müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Cavabdeh özünə məxsus “SUBARU FORESTER” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan AB No 810831 saylı X1 Şəhadətnaməsinin surətindən görünür ki, “SUBARU FORESTER” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********165 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə əsas borcu 7657,36 ABŞ dolları, faiz borcu 3897,72 ABŞ dolları, cərimə borcu 3555,20 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 903,12 ABŞ dolları olmaqla, cəmi borcu 16013,40 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət X7 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, DİN-in Baş Dövlət X6 Qeydiyyat-imtahan idarəsinin kompyuter uçot bazasına görə “SUBARU FORESTER” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınaraq ipoteka müqaviləsi əsasında İddiaçı X2 18 saylı fillialının xeyrinə yüklü edilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə əsas borc, faiz borcu, habelə müqavilə müddətindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini, cərimənin ABŞ dolları ilə hesablandığını nəzərə alaraq, mövcud müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 50 ABŞ dolları həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə eyni zamanda iddia tələbinin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməli, cavabdehdən tutulmalı olan məbləğ avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 853F18 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 7657,36 ABŞ dolları əsas borc, 3897,72 ABŞ dolları faiz borcu, 903,12 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra illik beş faizlə hesablanmış faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 12508,2 ABŞ dolları (on iki min beş yüz səkkiz ABŞ dolları iyirmi sent) məbləğində borc pul vəsaiti (Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan, İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş “SUBARU FORESTER” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı (2007-ci il buraxılışlı, universal tipli, ban: JF1SG5LE58G148476, mühərrik: 261959, boz gümüş metal rəngli) avtomobilə yönəldilsin və yuxarıda qeyd olunan tutulmalı məbləğ həmin avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar