Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1209/2024 09.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Əliyeva(Nadirova) Sevinc Nizami qızının nümayəndəsi (atası) X2 Cavabdeh iştirakları ilə İddiaçı Əliyeva(Nadirova) Sevinc Nizami qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Əliyeva(Nadirova) Sevinc Nizami qızı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 sentyabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 60 manatın tutularaq mənə verilməsi haqqında qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əliyeva(Nadirova) Sevinc Nizami qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-2551/2016 saylı 02 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aramızda olan nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan 05 sentyabr 2015-ci il təvəllüdlü X3 onun yanında saxlanılması, 07 aprel 2016-cı il tarixdən başlayaraq 05 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün Cavabdeh hər ay 117 manat manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-7106/2016 saylı 28 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək Cavabdeh 04 oktyabr 2016-cı il tarixdən başlayaraq 05 sentyabr 2015-ci ildə doğulmuş X3 üç yaşına çatanadək saxlanılması üçün əlavə olaraq hər ay 50 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-1297/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixindən başlayaraq 05 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh Astara rayonu, Şiyəkəran kəndində yaşayır. Qətnamələrə əsasən verilmiş hər üç icra sənədi Astara rayon İcra Şöbəsinə icra üçün göndərilmişdir. Borclu 07 aprel 2016-cı il tarixdən başlayaraq hər ay 117 manat, 04 oktyabr 2016-cı il tarixdən isə əlavə olaraq 50 manat ödəməli olduğu halda alimenti kəsirlə, kefi istədiyi vaxt göndərir. Cavabdeh 117 manat hesabı ilə yaranmış 7722 manatdan müəyyən qədər ödəmiş, 4700 manat borcu qalmışdır. Qaradağ rayon məhkəməsinin 2(002)- 7106/2016 saylı 28 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən qət edilmiş 50 manat aliment pulunu isə ümumiyyətlə ödəməmişdir Cavabdehin ödəməli olduğu 170 manat uşağın xərclərim qarşılamağa kifayət etmir. Qaradağ rayon məhkəməsinin 2(002)- 1297/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulan 170 manat aliment artırılaraq cavabdehdən hər ay 235 manat aliment tutlmalıdır. Cavabdeh mediasıya təklifində göstərilənlərlə razı olmadığına görə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/10/2024- 0052 saylı xx.xx.2024 cü il tarixli arayış verilmişdir. Həmin arayışı iddia ərizəsinə əlavə etmişdir. İddiaçı Əliyeva(Nadirova) Sevinc Nizami qızının nümayəndəsi (atası) X5 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında isə izahatında bildirir ki, iddianı qəbul etmir, belə ki, halhazırda işləmir, ikinci dəfə evlənib , həmin nikahda iki övladı var. İddianın rədd edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən-təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2551/2016 saylı xx.xx.2016-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Məcidova (Əliyeva) Sevinc Nizami qızı arasında 01 oktyabr 2012-ci il tarixində Astara rayon Qeydiyyat şöbəsi Şiyəkəranı kənd icra nümayəndəliyində bağlanmış və 17 nömrəsi ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan 05 sentyabr 2015-ci il təvəllüdlü X3 anası Məcidova (Əliyeva) Sevinc Nizami qızının yanında saxlanması müəyyən edilməsi, 07 aprel 20 i 6-cı il tarixindən başlayaraq 05 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment tutularaq Məcidova (Əliyeva) Sevinc Nizami qızına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1297/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixindən başlayaraq 05 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. AZEMİS Elektron Məhkəmə Sistemində tərəflərin qohumluq münasbətləri ilə bağlı verilmiş sorğudan görünür ki, 05 sentyabr 2015-ci il təvəllüdlü X3 atası Cavabdehdur, anası Əliyeva (Nadirova) Sevinc Nizami qızıdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkməyə İddiaçı ona qarşı “alimentin artırılması tələbinə dair etiraz ərizəsi gəndərərk bildirmişdir ki, mülki iş üzrə iddia tələbini qəbul etmir və aşağıda qeyd etdiyi əsaslara görə iddiaya etiraz edir. Əvvəla onu məhkəməyə bildirir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1297/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsilə alimentin miqdarı 170 manat müəyyən edildikdən sonra ailəsində dəyişiklik olsa da maddi vəziyyətində hər hansi dəyişiklik olmamışdır. Atası və anası yataq xəstəsi olduqları üçün onlara xidmət edir. İş olmadığı üçün işləmir. Buna baxmayaraq xəstə atasının pensiyasından xx.xx.2016-ci ildə 100 manat, xx.xx.2016-ci ildə 100 manat, xx.xx.2016-ci ildə 100 manat, xx.xx.2016-cı ildə 100 rnanat, xx.xx.2016-ci ildə 100 manat, xx.xx.2016-ci ildə 100 manat və xx.xx.2016-ci ildə 100 manat cəmi 2016-ciildə 700 manat: xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci ildə 100 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 200 manat xx.xx.2017-ci il tarixdə 200 manat və xx.xx.2017-ci il tarixdə 200 manat cəmi 2017-ci ildə 1200 manat; xx.xx.2018-ci il tarixdə 200 manat, xx.xx.2018-ci ildə 200 manat, xx.xx.2018-ci ildə 200 manat, xx.xx.2018-ci ildə 200 manat və xx.xx.2018-ciildə 200 manat 2018-ci ildə cəmi 1000 manat; xx.xx.2019-cü il tarixdə 200 manat; xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2019-cü il tarixdə 200 manat, xx.xx.2019-cu ildə 200 manat, xx.xx.2019-cü il tarixdə 200 manat və xx.xx.2019-cü il də 200 manat cəmi 2019cü il tarixdə 1600 manat: xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci il tairxdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat xx.xx.2020-ci il tarixdə 200 manat cəmi 2020-ci ildə 800 manat, xx.xx.2021-ci il 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci ildə 200 manat cəmi 2021-ci ildə 600 manat; xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat cəmi 2022-ci ildə 1800 manat xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə -400 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü i[ - 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, 3108.2023-cü ildə il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat cəmi 2023-cü il tarixdə 2600 manat; xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 200 manat cəmi 2024-cü il mart ayına kimi olan müddətdə 400 manat aliment hesabına İddiaçı aliment pulu poçt vasitəsilə ödənilmişdir.Qeyd etdiyi kimi valideynləri yataq xəstəsi olduqları üçün onları baxımsız qoyub başqa yerə gedə bilmir. Hətta fərdi əməklə məşğul ola bilməmişdir. Buna baxmayaraq valideynlərinin pensiya pulundan 2016-ci ilin iyul ayından 2024-cü ilin mart ayına kimi olan müddət üçün cəmi 10700 manat aliment pulu iddiaçıya uşağın saxlanılması üçün ödəmişdir. Ödəniş qəbzləri ondadır, tələb olunarsa təqdim edə bilər. O, öz valideynlik hüquqlarını həyata keçirmə bilmir, buna iddiaçı imkan vermir. Hətta uşağı ilə ünsiyyətinə imkan vermir. Uşağının sağ olmasını belə bilmir. Ödədiyi aliment pullarını hara sərf etdiyini belə bilmir. Uşağı 8 yaşın içindədir. Onun məktəbdə oxuyub-oxumamasını barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflərin bir övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə nikahdan bir övladlarının olması, uşaqların iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (bir uşağa görə 170 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, həmçinin hər iki tərəfin maddi vəziyyətini, uşaqları saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 05 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1297/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh iddiaçı Əliyeva(Nadirova) Sevinc Nizami qızının xeyrinə hər ay bir uşağa görə 225 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 60(almış) manat məbləğində mediasiya xərcinin tələbinə dair məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsini nəzərə alaraq, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30(otuz) manat məbləğində məhkəmə xərci Cavabdeh Əliyeva(Nadirova) Sevinc Nizami qızının xeyrinə tutulmalıdır Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1297/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh iddiaçı Əliyeva(Nadirova) Sevinc Nizami qızının xeyrinə 05 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşağa görə 225(iki yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30(otuz) manat məbləğində mediasiya xərci Cavabdeh Əliyeva(Nadirova) Sevinc Nizami qızının xeyrinə tutulmalıdır İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1209/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1209/2024
09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver