Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1211/2021 19.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı Əlizaman qızının nümayəndəsi X2, Cavadeh Cavabdeh iştirakı ilə, İddiaçı Əlizaman qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan hər iki uşaqlarının saxlanılması üçün cavabdehdən hər uşağa görə hər ay üçün 175 manat olmaqla, 350 manat və X3 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 100 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Əlizaman qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(002)-1350/2020 saylı qətnaməsi ilə 09.07.2015-ci il təvəllüdlü X4 və 22.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir ay bir uşağa görə 135 manat, iki uşağa görə cəmi 270 manat, 22.08.2019-cu il təvəllüdlü X3 üç yaşı tamam olanadək 30 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən kifayət qədər vaxt keçmiş, uşaqların tələbatları artmışdır. Hazırda bir uşağın yaşayış munimumu 175 manat müəyyən edilmişdir. Cavabdeh müəyyən gəlirə malik olsa da uşağına heç bir maddi yardım göstərməmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh qızı ilə birgə yaşayan zaman işləmirdi, hazırda eşitdiyinə görə dəmir sexində fəhlə işləyir. Cavabdeh iddianı qəbul etmədiyini, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsinixahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(002)-1350/2020 saylı qətnaməsi ilə İddiaçı Əlizaman qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 09.07.2015-ci il təvəllüdlü X4 və 22.08.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20 may 2020-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 135 manat iki uşağa görə cəmi 270 manat sabit pul məbləğində aliment, 22.08.2019-cu il təvəllüdlü X3 3 (üç) yaşı tamam olanadək 30 manat sabit pul məbləğində aliment Cavabdeh iddiaçı İsmayılova Zeynəb Əlzaman qızının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, həmin nikahdan 2 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması, onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, onun normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini təsbit edən 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə işin hallarını, iddiaçının işləməməsini, yetkinlik yaşına çatmayan uşaqların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin ediməli, 09 iyul 2015-ci-il təvəllüdlü X4 və 22 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2020ci il tarixli, 2(002)-1350/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 150 olmaqla, ümumilikdə iki uşağa görə 300 manat sabit pul məbləğində aliment, bundan başqa 22 avqust 2019-cu il təvəllüdlü X1 üçün uşağa qulluq və sair xərclərlə bağlı 3 yaşına çatanadək sabit məbləğdə 50 manat aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı bildirir ki, iddiaçı cavabdehdən daha artıq aliment tutulmasını xahiş etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən maddənin tələbinə əsasən iddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əlizaman qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilsin. 09 iyul 2015-ci-il təvəllüdlü X4 və 22 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2020ci il tarixli, 2(002)-1350/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 150 olmaqla, ümumilikdə iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulsun. 22 avqust 2019-cu il təvəllüdlü X1 üçün uşağa qulluq və sair xərclərlə bağlı 3 yaşına çatanadək Cavabdeh sabit məbləğdə 50 manat məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-1211/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1211/2021
19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver