Məhkəmə qərarları › İş №2(002)-1215/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1215/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1215/2025 02.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakrı ilə, İddiaçı Cavabdeh Nəriman oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Nəriman oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nəriman oğlundan 1000 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəxsi evini təmir etdirirdi. Təmir işləri vaxtı 6 ədəd qapı, 100 metr plintus və 6 qapı haşiyələrinin düzəldilməsinə ehtiyac yaranmışdır. Qapıların hündürlükləri ölçüdən kənara çıxdığı üçün qapıları düzəltdirmək qərarına gəldi. Bunun üçün bir neçə tanışdan soruşdu və internetdə axtarış etdi. Qarşına avropa qapıları adlı səhifə çıxdı. Qeyd olunan nömrə ilə əlaqə saxladı və əvvəllər tanımadığı Cavabdeh adlı şəxslə danışdı. Hansı işləri gördüklərini soruşdu. Başladı Azərbaycanda ən yaxşı qapıları onlar istehsal edirlər. Hal-Hazıda Qazax rayonu 2-ci Şıxlı kəndinin məktəblərinin qapı və pəncərələrini onlar düzəldir. (Tenderi udmuşuq). Danışığı əsasında təklif etdi ki, adam göndərək qapı ölçülərini götürsün. xx.xx.2024-cü il tarixində 2 nəfər zəng elədi qapı ölçüləri götürmək üçün gəlmiş dilər. Ölçüləri götürüb getdilər. O, isə xx.xx.2024 tarixində Cavabdeh zəng edib qapı düzəltmək üçün üz-üzə görüşüb və danışmağı dedi. Həmin gün onun İşlədiyi Qaradağ rayonu, Sanqaçal qəsəbəsindəki sexinə getdi. Bu vaxtı ona bir neçə qapı göstərdi və bundan əlavə telefonda şəkillər göstərdi. Onlar vaxtı, 6 ədəd qapı, 100 metr plintus və 6 qapı haşiyələrinin düzəldilməsi üçün 3000 (üç min) manata və bu işlərin xx.xx.2024 tarixində hazırlayıb yerində quraşdırılıb təhvil verməsinə razılaşdılar. Ancaq o, dedi ki, o, tələsdirmir, ona işləri xx.xx.2024-cü il tarixində təhvil ver. Bu işlərin görülməsi üçün əvvəlcədən 1000 (bir min) manat beh verdi (telefonla video çəkilişi etdi), işlər müəyyən qədər görüldükdən sonra xx.xx.2024 tarixində işlərə baxıb, rəng işləri üçün əlavə 500 (beş yüz manat verəcək) və işin sonunda qalan 1500 (bir min beş yüz) manatı verəcəkdi. xx.xx.2024 tarixində zəng etdim telefona cavab vermədi, ya da telefonu söndürdü. Bir neçə gündən sonra xx.xx.2024 tarixində işlədiyi sexə getdi, tapa bilmədi, gözlədi gəldi. İşlərinin bir az çox olduğu üçün onun işinə hələ başlamadığını dedi. Sabah başlayacağına söz verdi. Bir neçə gün sonra zəng etdi, onun İşlərinə başladığını soruşdu, artıq işə başladığını dedi və xx.xx.2024 tarixində qapıları quraşdırmağa gələcəyini dedi. Həmin gün tezdən onun işlədiyi sexə getdi və tapa bilmədi. Telefonu da sönlü idi. Yenə gözləməli oldu. Orada olan özünü usta kimi təqdim edən şəxsdən soruşdu (adı Famil) onun sifariş verdiyi qapı, plintus və qapı haşiyələri barədə soruşdu. Dedi elə bir iş görmür o. Artıq onu aldatdığını bildi. Bir neçə saatdan sonra Cavabdeh gəldi. Soruşdu ki, hansıdır onun qapıları, başladı yenə yalan danışmağa, bəhanələr gətirməyə və əlavə pul istəməyə. Bu zaman başqa bir nəfər də gəldi. Həmin şəxsi də aldadıb 2400 manat pulunu alıb ona da iş görməmişdir. Artıq bunun yalan danışdığını təsdiqləndi və onun 1000 manat pulunun geri qaytarılmasını tələb etdi. Bir neçə dəfə ona kart at indi atır və ya sabah atır karta və s. yalanlar danışdı. Bir neçə dəfə həyat yoldaşı ilə getdi, gah gizləndi axırda tapıldı. Pulu xx.xx.2024 tarixinə verəcəyini dedi (Telefonla video çəkliş etmişdir). Həm tarixdə yenə telefonu söndürdü və cavab vermədi. Ödədiyi 1000 manatı qaytarmadı. Bu səbəbdən, Qaradağ RPİ-nə şikayət ərizəsi ilə müraciət etdi. Qaradğ RPİ-nə Cavabdeh dəvət edildi, sonuncunun izahatı alındı və ondan 1000 manat pulun alındığını etiraf etdi. Lakin Qaradağ RPİ-nin müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixində cinayət işiinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi. Sözügedən qərarda mübahisənin mülki xarakterli olduğu və məhkəməyə müraciət etməli olduğum qeyd edilmişdir.Cavabdeh Nəriman oğlu özgənin vəsaitini qanunsuz özündə saxlamaqla ona maddi ziyan vurmuşdur. Buna görə də məcburiyyət qarşısında qalıb hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmiş və hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Qeyd olunanları ümumiləşdirərək, Cavabdeh Nəriman oğlundan ona verdiyi 1.000 (bir min) manat pulunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, 6 qapı düzəltməsi və digər işlər üçün cavabdehə 1000 manat beh verdi. Pulun qalanını isə iş görəndən sonra verəcəkdi. Lakin 15-20 gün sonra cavabdeh gah telefonu qaldırmadı, gah yalan danışdı, gördü ki, artiq ona yalanlar danışmağa başladı. Cavabdehin yanına gedəndə o, 6 fərqli qapı göstərdi, amma o, onları sifariş etməmişdi. O an başqa biri gəldi ki, ona da cavabdeh 8 qapı üçün mart ayından 3000 manat barədə yalan danışıb. Cavabdehə 1000 manatı videogörüntü ilə vermişdir. Cavabdehin sexi var, görmüşdür.Polis əməkdaşlarına şikayət etdi, dedilər ki, onun başqalarına da elə borcu var. Cavabdeh Nəriman oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan Musayev X1 Respubl DİN-nin 102 xidmətinə və Qaradağ RPi-nin 11-ci PB-nə ərizə ilə müraciət edərək, 2024-cü ilin avqust ayının 31-də Qaradağ rayonu, Sangaçal qəsəbəsində, yaşayan Cavabdeh adlı qapı pəncərə ustasına 1000 manat qapı düzəltməsi üçün pul verməsini, Elvinin isə nə qapılan hazırlamasını, nə də 1000 manat pulunu geri qaytarmasını bildirmişdir.İzahatı alınan İddiaçı ərizəsi məzmunlu izahat verərək ərizədə göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.Aparılan araşdırma zamanı izahatı alınan Cavabdeh Nəriman oğlu izahatında bildirmişdir ki, öz həyətində təmir sexi var və orada qapı və pəncərə hazırlayıb satışı ilə məşğul olur. 2024-Avqust ayının 31-də vətəndaş İddiaçı 6 ədəd ev qapısı düzəltmək üçün 1000 manat pul almışdır. Lakin qapıları hazır edə bilmədiyindən Şakirin pulunu qaytara bilməmiş və ondan aldığı pula dəzgahın təmiri üçün xərclədiyini bildirmişdir. İddiaçı vətəndaş Cavabdeh Nəriman oğlundan şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və ərizəçiyə mülki qaydada şikayət etmək hüquqi izah edilmişdir. Eyni zamanda təqdim olunmuş videogörüntüdə pulu qaytaracağına cavabdeh söz verir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. https://e-qanun.az/framework/46944 Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki hallarından və işin materillarından göründüyü kimi, iddiaçı cavabdehə müəyyən xidmət müqabilində beh olaraq pul vermiş, cavabdeh isə razılaşdırılmış müddət ərzində həmin xidməti(tapşırığı) yerinə yetirəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi tam və vaxtında icra etməmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 1000 manat borc pulunu tələb edir, cavabdeh isə məhkəmə iclasları barəsində məlumatlı olsa da məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibət bildirməmişdir. İddiaçı iddia tələbini iş materiallarına əlavə etdiyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin qərarında qeyd edildiyi kimi cavabdehin borcunu etiraf etməsi ilə və qeyd olunan məbləğin cavabdehə verilməsini əks etdirən videosu(flaşkartda) ilə əsaslandırmışdır. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, Qaradağ RPİnin 11-ci Polis Bölməsində cavabdehin iddia tələbini etiraf etməsini və iddiaçının izahatlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmiş və hal-hazırda iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Nəriman oğlundan 1000 manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Nəriman oğlundan 1000(bir min) manat və 30(otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar