Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1217/2020 08.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X5 Cavabdeh qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 720 manat məbləğində təbiətə dəymiş ziyanın alınıb X4 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərək bildirdi ki, xx xxxx 2019-cu il tarixdə keçirilən reyd zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Qaradağ rayonu, “Qarabağ” restoranının arxasında bir ədəd diametri 12 sm olan köküstə yaş tut ağacı qanunsuz olaraq kəsilmişdir. Həmin ağacın qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 720 manat məbləğində ziyan vurulmuşdur. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X4 üzrə Dövlət Fondunun hesabına ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın 4.1-ci bəndinə əsasən, bu Qaydanın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən, yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq X4 üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən, yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. xx.xx.2019-cu il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan və törətdiyi əmələ görə cərimə olunan Cavabdeh tərəfindən 720 manat məbləğində ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməmişdir. Halbuki, əməlin törədildiyini cavabdeh özü də yazılı izahatında etiraf etmişdir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Hazırda iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, o, aldığı torpaq sahəsində hasar çəkən zaman orada olan ağac kötüyü ona maneçilik yaradırdı. Həmin ağac ondan əvvəl kəsilmişdir. O, yalnız sonradan kötüyü oradan çıxarmışdır. Hadisə ilə bağlı xx.xx.2019-cu il tarixdə izahat yazarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 əməkdaşları ona kömək edəcəklərini bildirdilər. Sonradan icra məmuru onun 2200 manat cərimə edildiyini bildirmiş, həmin vaxt başı qarışıq olduğundan inzibati qərardan şikayət verə bilməmiş və cərimə ondan tutulduqdan sonra problemin həll olunduğunu fikirləşmişdir. Lakin iddiaçı ona qarşı ziyan tələbi barədə ayrıca iddia qaldırmışdır. Hazırda iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X5 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 52215 saylı aktın surətindən görünür ki, İdarənin xx.xx.2019-cu il tarixli, BD 036 saylı Sərəncamına əsasən işçi qrupu tərəfindən Qaradağ rayonu xidməti ərazisi üzrə “X4” haqqında Azərbaycan Respublikasının Qanununun, “İstehsalat və məişət tullantıları” haqqında Azərbaycan Respublikasının Qanununun və “Yaşıllıqların mühafizəsi” haqqında Azərbaycan Respublikasının Qanununun və digər qanunvericilik aktlarının icrasına nəzarət məqsədilə keçirilən reyd zamanı Qaradağ rayonu, Sahil qəsəbəsində “Qaradağ” restoranının arxa hissəsində Cavabdeh məxsus evin tikintisi zamanı həyətin hasarının çəkilişinə maneə olduğu üçün bir ədəd diametri 12 sm olan köküstə yaş tut ağacının yan səthindən 10 sm hündürlükdə kəsilərək məhv edilməsi faktı aşkar edilmişdir. Həmin faktla bağlı araşdırma aparılan zaman Cavabdeh yazılı izahat verərək hasar tikintisi zamanı bünövrəyə düşdüyü üçün ağacın tərəfindən kəsildiyini bildirmişdir. Bununla da “X7mayan ağac kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydaları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 173 saylı Qərarının tələblərinin pozulması müəyyən edilmişdir. İş materiallarında olan olan xx.xx.2019-cu il tarixli yazılı izahatın surətindən görünür ki, Cavabdeh özünə məxsus olan torpaq sahəsində evin tikintisi və kənar hasarların çəkilişi zamanı bir ədəd 17 sm diametrli ağacı yan hasarların çəkilişinə mane olduğu üçün çıxardığını, səhvini başa düşdüyünü qeyd etmişdir. İş materiallarında olan MN No ******* saylı xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 2200 cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan məsləhətçi-müfəttiş V.Əşrəfov tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli, 52215 saylı akta əsasən yaşıllıqlara dəymiş ziyanın hesablanması cədvəlinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli Qərarına əsasən, 12 sm enində olan 1 ədəd tut ağacının qanunsuz kəsilməsi, götürülməsi və məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan 720 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X5 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, 1 ədəd tut ağacının məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyan 720 manat təşkil edir, həmin məbləğin müvafiq hesaba ödənilməsi tələb edilmişdir. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara, o cümlədən xx.xx.2019-cu il tarixli 52215 saylı akta, cavabdehin xx.xx.2019-cu il tarixli yazılı izahatına, MN No ******* saylı xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara, xx xxxx 2019-cu il tarixli, 52215 saylı akta əsasən yaşıllıqlara dəymiş ziyanın hesablanması cədvəlinə əsasən müəyyən olunur ki, yazılı izahatında ağacın çıxarıldığını etiraf etmiş və qüvvədə olan inzibati xəta haqqında qərara əsasən tənbeh edilmiş cavabdeh tərəfindən təbiətə 720 manat məbləğində maddi ziyan vurulmuşdur, ona görə də həmin ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi barədə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 78-ci maddəsinə əsasən, ətraf mühitin qorunması hər bir şəxsin borcudur. “X4” haqqında Azərbaycan Respublikasının Qanununun 71.2.9-cu maddəsinə əsasən, X4 sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək X4 sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının hüququdur. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən, X4 haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Həmin Qanunun 79.2-ci maddəsinə əsasən, X4 haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan zərərin ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş məzənnələr və metodlarla hesablanma qaydalarına uyğun könüllü və ya məhkəmənin qərarı əsasında, bu hallar olmadıqda isə itkilər nəzərə alınmaqla, ətraf mühitin pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən, bu Qaydanın 3-cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən, yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və ya hüquqi şəxslər tərəfindən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4 üzrə dövlət fondu haqqında Əsasnamə”yə uyğun olaraq X4 üzrə dövlət fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən, yaşıllıqlara dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 720 (yeddi yüz iyirmi) manat məbləğində pul tutularaq X4 üzrə Dövlət Fondunun hesabına ödənilsin: Büdcə təsnifatının kodu: 142582, büdcə səviyyəsinin kodu: 3, Dövlət Xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, BİK: CTREAZ22, hesab: AZ67CTRE********************, VÖEN: **********. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1217/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1217/2020
08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver