Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1218/2020 08.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 Cavabdeh qarşı iddiaçının ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X5 Cavabdeh qarşı iddiaçının ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müra-ciət edərək, təbiətə vurulmuş 360 manat məbləğində ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsi O.Şabanov küçəsi ünvanında etibarnamə ilə idarə etdiyi “Kia Magentis” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədərək 1 ədəd diametri 10 sm olan köküstə yaş Sərv ağacı qanunsuz olaraq məhv etmişdir. Ziyan X4 üzrə Dövlət Fonduna ödənilməlidir. Qanunveriliciyə əsasən iddia təmin edilməlidir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X2 nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli 11 saylı Regional Ekologiya və X2 aktından görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsi O.Şabanov küçəsi ünvanında etibarnamə ilə idarə etdiyi “Kia Magentis” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədərək 1 ədəd diametri 10 sm olan köküstə yaş Sərv ağacı qanunsuz olaraq məhv etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli akta əsasən ağac, kol və yaşıllıqlara ziyanın hesablanması cədvəlinin surətindən görünür ki, ümumi ziyanın məbləği 360 manat olaraq hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmiş, daha sonra həmin maddə ilə Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmiş, həmçinin şam ağacını sındıraraq maddi ziyan vurulması qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş iddiadan görünür ki, 11 saylı Regional Ekologiya və X5 pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla, inzibati tənbeh vermə haqqında qərar, iş materiallarına əlavə edilmiş sənədlər, fotoşəkillərlə müəyyən edilmişdir ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsi O.Şabanov küçəsi ünvanında etibarnamə ilə idarə etdiyi “Kia Magentis” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törədərək 1 ədəd diametri 10 sm olan köküstə yaş Sərv ağacını məhv etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 421 nömrəli qərarına əsasən müəyyən edilən ziyanın miqdarı 360 manat ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır (1-ci bənd). Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır (2-ci bənd). Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz (3-cü bənd). X4 haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını araşdıraraq iş üzrə sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyana görə 360 manat məbləğində pul tutularaq X4 üzrə Dövlət Fonduna ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyana görə 360 (üç yüz altmış) manat məbləğində pul tutularaq X4 üzrə Dövlət Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1218/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1218/2020
08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver