Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1265/2022 27.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı və onun vəkilinin, Cavabdeh X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evdə yaşamağa yaradılmış maneənin aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evdə yaşamağa yaradılmış maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birlikdə Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,1-ci massiv,4-cü küçə,ev 76B ünvanında yerləşən fərdi yaşayış evində yaşamağına cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Cəbrayıl rayon qeydiyyat şöbəsində 146 saylı nikahları qeydə alınmışdır.Birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir.Cavabdeh nikahının pozulması ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və Qaradağ Rayon Məhkəməsinin 16 mart 2022-ci il qətnaməsi ilə nikahları pozulmuşdur.O İddiaçı Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,1-ci massiv,4-cü küçədə yerləşən 76B saylı fərdi yaşayış evinə gəlin gəlmişdir.Həmin fərdi yaşayış evi özbaşına tikili olmuş və yaşamağa yararsız bir vəziyyətdə olmuşdur.O gəlin gəldikdən sonra işləyərək aldığı məvaciblə evi təmir etdirmiş və evi yaşamalı hala gəlmişdir.Hazırda isə cavabdeh onu və övladlarını həmin evdən zorla qovub çıxartmaq istəyir.Bir sözlə cavabdeh onun övladları ilə birlikdə həmin evdə yaşamağına hər vəchlə maneçilik törədir və ona hədə qorxu gələrək evdən çıxıb getməyinə nail olmaq istəyir.Cavabdeh qədər onun da həmin evdə yaşamaq hüququ vardır. Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,1-ci massiv,4-cü küçədə yerləşən 76B saylı fərdi yaşayış evində yaşamağına cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında özünün Azərsuda işlədiyini,cavabdehlə faktiki 2008-ci ildə, rəsmi 2010-cu ildə evləndiklərini, iki uşağının olduğunu, hazırda həmin evdə yaşadıqlarını, cavabdeh və ailəsinin ona orada yaşamağa imkan vermədiyini, iki uşaqla gedib çöldə qalmalı olmadığını, ya orada ona şərait yaradılsın, uşaqları ilə birgə yaşasın, ya da ona ayrıca ev alıb versin ki, o uşaqları ilə yaşamağa yeri olsun, həmin torpq sahəsi də ərinin olduğunu, evi də o həmin yerə gəlin gələndə evin tam hazır olmadığını, 2008-2010-cu ildə hazır olduğunu, o da işləyib həmin evin təmir-tikintisinə kömək etdiyini, ev tam hazır deyildi, tam hazır 2008-ci ildə tikdiklərini, evin tikintisinə onun da payının olduğunu,həmin evin torpaq sahəi Baxşəliyeva Gülnarənin adına olsa da, o torpağı ərinə satıbdır, həmin torpaq sahəsi də, ev də ərinindir, ona görə də indi o onlara mane yaradır, həmin mane aradn qaldırılsın, o uşaqları ilə o evdə yaşamağa davam etsin, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında tərəflərin 2008-ci ildə evləndiklərini,2010-cu ildə rəsmi nikaha daxil olduqlarını, iki uşaqlarının olduğunu, hazırda da həmin ünvanda yaşadıqlarını,həmin torpaq sahəsini cavabdeh Baxşəliyeva Gülnarədən satın alıb, bu hala dair sübut qimsində etibarnamə də vardır, iddiaçı həmin evə gəlin gəlibdir, gəlin gəldikdə ev tam hazır olmayıb, birlikdə işləyib evi hazır ediblər, evə dair heç bir sənəd yoxdur, kommunal xərclər cavabdehin adınadır, kompensasiya məbləği ilə bağlı tərəflər arasında heç bir razılaşma olmayıb, ailə münaqişəli ailə kimi qeydə alınıb, qadına qarşı zorakılıq olmuşdur, bununla bağlı mürcaiətlər də vardır, evə dair başqa sübutlarının olmadığını bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X10 məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, öz etirazını onunla əsaslandırmışdır ki, iddianı qəbul etmədiyini,iddiaçı ilə 2010-cu ildə ailə həytaı qurdiuğunu, iddiaçının həmin evə gəlin gəldiyini, artıq o hazır evə köçdüyünü, lakin həmin ev də, torpaq da Bax.əliyeva gülnarəyə məxsus olmuşdur, onlara yaşamaq üçün verildiyini,həmin ünvanda yerləşən torpaq sahəsi Qaradağ RİHB-in 01 iyul 2000-ci il tarixli,501 nömrəli sərəncamı ilə qohumunun hazırda Bakı şəhəri,Sahil qəsəbəsi,V.Əsgərov küçəsi,ev 1a,mənzil 56-da yaşayan Maraqlı şəxs verilmişdir.X4 həmin ünvanda sənədsiz ev tikmişdir. Cəbrayıl rayonundan məcburi köçkün olduğundan və başqa yaşayış yeri olmadığından qohumu Gülnarə xanım həmin ünvandakı qanunsuz tikilini müvəqqəti olaraq ona və valideynlərinə vermişdir.Hazırda həmin ünvanda o valideynləri və iddiaçı yaşayırlar.Ona da yaşamağa heç bir maneçilik törətməmişlər. Sadəcə hamısının həmin ünvanda yaşamağı qeyri-mümkündür, söz söhbətlər, mübahisələr olur. Hazırda Gülnarə xanım həmin torpağa və tikiliyə ehtiyacının olduğunu bildirməklə onlara oranın boşaldılmasını tələb edir. Həmin ev də torpaq sahəsi, də ona məxsus deyildir,uşalarına xatirinə 25000 manat kompensasiya verə bilrədiki, onlar özlərinə yaşayış şəraiti qursunlar, iddiaçı isə həmin halla razı deyil, istəyir ona 40000 manatlıq ev alıb versin, o pulu hardan tapıb ev almalıdır,ədlətli işə baxılmasını istəyərək, evin 2003-2008-ci illər ərzində tikildiyini və iddiaçının həmin evə gəldiyini və evin təmirində iştirak etmədiyini,iddiaçı ilə birlikdə yaşamaq istəmədiyini,əmək haqqının 80%-ni aliment ödədiyini iddiaçının tələbi olan evi almağa gücü çatmadığını bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq,o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunveiciliyin tələbinə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümükün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki,iş materialalrında olan nikah haqqında şəhadətnamənin məzmunundan aydın olur ki, Cavabdeh ilə İddiaçı aarsında xx.xx.2010-cu il tarixdə 146№ ilə nikah qedyi bağlanılmışdır. İş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixdə X9 anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır,xx.xx.2010-cu il atrxidə X8 anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-676/2022 saylı qətnaməsinin sürətindən görünür ki, Cəbrayıl rayon Qeydiyyat Şöbəsi tərəfindən Cavabdeh ilə İddiaçı arasında 23 aprel 2010-cu il tarixdə 146 saylı akt ilə icra edilmiş nikhaın pozulması,tərəflərin birgə nikahından olan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X8 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Qaradağ Rayonu İcra Hakimiyyəti Başçısının 01 iyul 2000-ci il tarixli 501 №li Sərəncamının məzmunundan aydın olur ki, Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün X2 adına 300,0 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan AR-İ №046113 saylı xx.xx.2008-ci il tarixli etibarnamənin məzmunundan aydın olur ki, X4 tərəfindən Cavabdeh adına Lökbatan qəsəbəsində 300,0 kv.m sahəsi olan torpaq shaəsində tikinti işlərinin aparılması, tikintini başa çatdırmağı, torpağı özəlləşdirməyi, kadastr planı almağı, Azərbaycan Respublikası DƏDRXdə onu təmsil etməyi, torpağa və evə dair çıxarış almağı, satmağı, bağışlamağı və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün işləri aparmağı etibar etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə ilk növbədə müəyyən edilməli olan hal iddiaçının belə bir tələb irəli sürməkdə (həmin yaşayış sahəsi ilə bağlı) subyektiv hüququnun olub-olmaması ilə bağlı haldır. Bunun üçün ilk öncə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsindən istifadə hüququnun olub-olmaması halı müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər 2010-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki yetkinlik yaşına çatmayan övladları vardır, müvafiq məhkəmə qətnaməsi əsasında tərəflər aarsında bağlanılmış nikah pozulmuş, uşaqların iddiaçı analarının himayəsində saxlanılması qərara alınmış, tərəflər hazırda mübahisə predmeti olan yaşayış sahəsində yaşayırlar. İddiaçı qeyd edilən mübahisə predmeti olan yaşayış sahəsinin cavabdeh (keçmiş əri) ilə birgə 2008-2010-ci ildə tikdiklərini, həmin evdə yaşamaq hüquqlarının olduğunu, cavabdehin isə onlara yaşamağa şərait yaratmadıqlarını əsas gətirərək,belə bir iddia tələbini irəli sürmüşdür.Cavabdeh tərəf isə iddia tələbinə etirazını həmin torpaq sahəsi və evin X3 aid olması, evin 2003-2008-ci illərdə tikildiyini, onun tərəfindən məcburi köçkün olduqlarından o evdə müvəqqəti olaraq yaşamağa icazə verilməsi, həmin evin iddiaçı gəlin gəldikdə artıq hazır ollması,heç özünün həmin evə dair hüququnun olmaması halları ilə əsaslandırmışdır. Məhkəmədə tədqiq eidlmiş sənədlər əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün müvafiq Sərəncam əsasında X1 istifadəsinə verilmiş, X4 tərəfindən isə cavabdehə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi və ona dair sənədlər alması ilə bağlı xx.xx.2008-ci il tarixli etibarnamə verilmişdir. İddiaçı qeyd eidlən torpaq sahəsi və həmin topaq sahəsində inşa eidlmiş fərdi yaşayış evinin cavabdehə məxsus olduğunu, həmin evi birlikdə tikdirdiklərini bildirsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı yeganə sübut qimsində qeyd eidlən etibarnaməyə istinad edilmişdir. Məhkəmə qeyd eidlən sübut vasitəsilə bağlı onu qeyd edir ki, qeyd edilən sənəd (etibarnamə) daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququnu təsdiq etmir. Belə ki, qnaunvericiliyin tələbinə əsasən daşınmaz əmlaka dair sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İnidki halda isə mübahisə predmeti olan yaşayış sahəsi və ya torpaq shaəsinə dair iddiaçı və ya cavabdehin adına hər hansı notarial təsdiq olunmuş müqavilə bağlanılması və onların adına həmin əmlaka dair hüququn dövlət qeydiyyatına alınması halı aşkar edilməmişdir. Eyni zamanda məhkəmə onu qeyd edir ki, mübahisə predmeti olan torpaq shaəsinin fərdi yaşayış evinin tikintisi üçün maraqlı şəxs X2 adına ayrılmasına dair müvafiq sənəd olduğundan, qeyd edilən tikili özbaşına tikili qismində də çıxış etmir. Həmçinin, iddiaçı həmin yaşayış sahəsinin cavabdehlə birlikdə öz vəsiati hesabına tikdiyini qeyd etsə də, həmin hala dair də heç bir sbütu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan yaşayış sahəsinin iddiaçı və ya cavabdehə məxsus olması, həmin yaşayış sahəsinin iddiaçı və cavabdeh tərəfindən öz vəsaitləri hesabına tikilməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının həmin yaşayış sahəsinə dair iddia tələbinin irəli sürülməsi ilə bağlı subyektiv hüququ mövcud olmamışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, mübahisə predmeti olan yaşayış sahəsi hətta cavabdeh tərəfindən tikilmiş olsaydı belə (hansıki həmin hal iş üzrə öz təsdiqini tapmamışdır), iddiaçı həmin yaşayış sahəsinin 2008-2010-ci ildə tikilməsi halına istinad etdiyindən,evin birgə nikah dövründə tikilməsi və ya iddiaçının vəsaiti hesabına tikilməsi halına dair heç bir sübut təqdim edilmədiyindən, tərəflər arasında rəsmi nikah 2010-cu ildə bağlandığından, müvafiq məhkəmə qətnaməsi əsaəsnda rəsmi nikah pozulduğundan, bununla da ailə münasibətlərinə xitam verildiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından da iddiaçının həmin yaşayış sahəsinə dair istifadə hüququ mövcud olmayacaqdır. Belə ki, məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evdə yaşamağa yaradılmış maneənin aradan qaldırılması» iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş 50 manat məbləğin dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1265/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1265/2022
27.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver