Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1268/2025 28.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47,500 manat məbləğində borc pulun, eləcə də 240 manat dövlət rüsumunun müştərək qaydada tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Gürcüstan Respublikasının vətəndaşı olaraq onlar (o, həyat yoldaşı və iki oğlu ilǝ birlikdə) 2001-ci ildə Azərbaycan Respblikasına köçdülər və burada əvvəla müxtəlif yerlərdə kirayadədə yaşadılar. Sonra, 2004-cü ildə o ailəsi üçün Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi Yeri Yaşayış massivində 5 otaqlı fərdi yaşayış evi tikmişdi. xx.xx.2012-ci il tarixdə oğlu X15 cavabdeh (xalası qızı) Cavabdeh Sadiq qızı ilə nigahsız ailə qurdu və onun tikdiyi həmin fərdi yaşayış evində, onlarla və qardaşı X20, eləcə də, onun ailəsi ilə birlikdə, yaşamağa başlamışdılar. xx.xx.2013-cü ildə oğlu Zöhrab Poladovun Cavabdeh oğlu Niad Poladov və xx.xx.2015-ci ildə oğlu İddiaçı anadan oldular. Bir müddət keçəndən sonra, Cavabdeh onlarla birgə yaşamaq istəmədi və anası X2 təkidi ilə ayrıca yaşamaq üçün ona ev tikməyi ondan qətiyyətlə tələb etdi. Onun və anası X2 onlara göstərdiyi bu qəti tələbinə görə, o məcbur olub həmin evi 35.000 (otuz beş min) manata satdı. Onlar Gürcüstan Respublikasının vətəndaşı olduğuna görə həmin evin kommunal (işıq, qazı və su) xərcləri bizim adına deyil, Cavabdeh adına olduğuna görə, alqısatqı müqaviləsi zamanı razılıq vermək üçün, onların hər ikisinin tələbi ilə, o Cavabdeh 17.500 (on yeddi min beş yüz) manat pul (yəni evin yarı məbləğini) verdi. Bundan əlavə, cavabdehǝ ayrıca yaşamaq üçün Bakı şəhəri, Qaradağ rayonu, 320 nömrəli tam orta məktəbin yaxınlığında, 1-ci yaşayış massivi, küçə 15, dalan 1 ünvandan 10.000 (on min) manat nağdı pula təxminən 2 sot torpaq sahəsi əldə etdi və orada, 20.000 (iyirmi min) manat vəsait xərcləyərək, ümumlikdə 90,2 kv.metr sahədən ibarət olan, 1 mərtəbəli fərdi yaşayış evi tikdi və yaşamaq üçün hazır vəziyyətdə olan həmin evə oğlunu və cavabdehi yerləşdirdi. Gürcüstan Respublikasının vətəndaşı olduğuna görə, bu evi də, o öz adıma özəlləşdirə bilməmişdi. Sahiblik hüququ ilə ona məxsus olan həmin evdə, oğlu Zöhrab Poladov və Cavabdeh ilə bir müddət yaşadıqdan sonra, onların münasibətləri pozulmuş və oğlunun Cavabdeh ilə birgə yaşamağı mümkün olmamışdır. Bu səbəbdən oğlu X19 Respublikasına geri qayıtmağa məcbur olmuşdur. Lakin, onun və oğlu Asif Poladov tərəfindən, Zörab Poladovun övladlarına daimi olaraq diqqət yetirilmiş və onların yeməkləri və geyimləri təmin olunmuşdur. Bunlardan başqa, 6 nəfər qonşularının və Qaradağ rayon Müşfiqabad Bələdiyyəsinin rəsmi nümayəndələrinin iştirakı ilə, Cavabdeh, onun anası Təbrik Babayeva və onun arasında, oğlunun uşaqlara verəcək aliment əvəzinə, həmin evin Cavabdeh birdəfəlik verilməsinə (əvəz edilməsinə) dair, razılıq əldə edilmiş və bu barədə rəsmi saziş bağlanmışdır. Bildirir ki, bu razılıq (saziş) Qaradağ rayon Müşfiqabad Bələdiyyəsi tərəfindən tərtib və təsdiq, eləcə də, 6 nəfər qonşuların imzası ilə təsdiq olunmuşdur. (Həmin Sazişin surəti əlavə dilir). Lakin, buna baxmayaraq, sonra Cavabdeh Sadiq qızı bizi aldatmış və üzərinə götürdüyü həmin öhdəliyi pozmuşdur. Uşaqların saxlanılması üçün oğlum Zöhrab Poladova qarşı aliment tələbi üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh tərəfindən oğlu Zöhrab Poladova qarşı verdiyi əsassız şikayətlərinə görə, Qaradağ Rayon İcra Şöbəsi tərəfindən oğlu Zöhrab Poladov barəsində heç bir əsas olmadan ədalətsiz xəbərdarlıq edilmiş, hətta, alimentin ödǝdiyi halda barəsində cinayət işi başlamaq üçün qanunsuz olaraq təqdimat da, verilmişdir. Beləliklə, onu aldadan Cavabdeh, ondan əvvəla 17.500 (on yeddi min beş yüz) manat pulunu, sonra, 10.000 (on min manata) əldə etdiyi torpağı və orada 20.000 (iyirmi min) manata tikdiyi evi və ümumillikdə 47.500 (qırx yeddi min beş yüz) manat dəyərində vəsaitimi ələ keçirmişdir. Göründüyü kimi, ondan hər ay aliment üzrə 508 manat pul alan, bundan əlavə, özünün əmək haqqını alan və uşaqlara verilən sosial yardımı əldə edən Cavabdeh, həmin aliment üzrə yaranmış borcun əvəzinə onunla razılaşdığı sazişi və üzərinə ötürdüyü öhdəliyi də ciddi pozmuş və onun tikdiyi həmin evi də ələ keçirtmişdir. O isə, hazırda övladları ilə 7 nəfər olmaqla, kirayədə yaşayır və oğlunun hər ay cavabdehǝ 508 manat alimentini ödəmək üçün, məcbur olub fərdi əmək fəaliyyəti (dülgərlik) ilə məşqul olur. Belə ki, Qaradağ rayon Müşfiqabad Bələdiyyəsi tərəfindən 27 may 2024-cü il tarixdə tərtib olunmuş və 6 nəfər şəxslər tərəfindən imzalanmış aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, 320 nömrəli tam orta məktəbin yaxınlığında, 1-ci yaşayış massivi, küçə 15, dalan 1 ünvanda yerləşən fərdi yaşayış evinin o- idddiaçı İddiaçı tərəfindən tikildiyi göstərilmişdir. Eləcə də, əvvəla tərəfindən oradan torpaq sahəsi əldə edildiyi, sonra orada bünövrə töküldüyü, evin tikildiyi, dam örtüyün qoyulub yaşamaq üçün evin hazır vəziyyətdə gətirildiyi göstərilmişdir. Eyni zamanda, həmin evin yalnız daxili görüntüsünün və torpağın hasarının X4 tərəfindən təmin edilməsi bildirilmişdir. (Həmin aktın sürəti əlavə edilir). Bundan başqa, Qaradağ rayon Müşfiqabad Bələdiyyəsi tərəfindən tərtib olunmuş və 6 nəfər tərəfindən imza edilərək verilmiş digər aktdan da, görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, 320 nömrəli tam orta məktəbin yaxınlığında, 1-ci yaşayış massivi, küçə 15, dalan 1 ünvanda o - İddiaçı tərəfindən əvvəl nəğd pula torpaq sahəsinin edildiyi, sonra həmin fərdi yaşayış evin tərəfimdən tikildiyi və yaşamaq üçün hazırda vəziyyətə gətirilərək, onun Cavabdeh Sadiq qızına verildiyi, eləcə də, sonar həmin evin oğlu Zöhrab Poladovun aliment üzrə yaranmış borcla əvəz edilməsi barədə, onun və Cavabdeh arasında razılığa gəlməsi, göstərilmişdir. (Bu aktın da sürəti əlavə edilir). Bunlardan başqa, iddia ərizəsində qeyd olunmuş tələbini təsdiq edən halların hamısı- 6 nəfər qonşuların (X13, X5, X16, X9, X10, X6) məhkəməyə göndərdiyi yazılı izahatlarında göstərilmiş və öz əksini tapmışdır. (Həmin izahatların sürəti də əlavə edilir). Bundan başqa, Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-966/2024 saylı həmin qətnaməsindən görünür ki, cavabdehin anası X4, ona məxsus olan 35 min manata satdığım həmin evdən, 17.500 manat ondan pul aldığını etiraf etmişdir.
3. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4, 152.2, 152.3, 153, 154, 158.1, 159, 161, 164.1, 164.2, 165.1, 385.1, 425.1, 448.1, 442, 448.2, 740-ci maddələrinə istinad etmişdir.
İddiaya etiraz
4. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının iddiası əsasszdır və təmin edilə bilməz. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23.072024-cü il tarixli, 2(002)-966/2024 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23.072024-cü il tarixli, 2(002)-966/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin saylı qətnaməsi dəyişdirilmədən xx.xx.2024-cü il tarixli, 2(002)-966/2024 saxlanılmışdır. Bu məhkəmə aktlar ilə iddiaçının istinad etdiyi dəlllərin əsassızlığı müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəf onun aliment məbləğindən imtina etmədiyinə görə hazırkı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin evin kimin tərəfindən inşa olunması barədə Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsində müvafiq olaraq məlumat olmasa da, 2017-ci ildən həmin fərdi yaşayış evində Cavabdeh, İddiaçı və X11 yaşamaları aşkar edilmiş, qeyd edilən evin qaz sayğacı Cavabdeh adına quraşdırılmış və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmış, bir sözlə, İddiaçı həmin evin tikintisi üçün nə Cavabdeh, nə də X3 öz vəsaiti hesabına pul verməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Bundan başqa, X4 mübahisəli evi özü tikmiş, İddiaçı ona məxsus evi 34.000 manata satmış, pulunu Təbrikə vermişdir. Evi isə 17.000 manata tikilib. Torpaq sahəsi isə ona məxsus olmuşdur. İddiaçı tərəfindən ona hər hansı pul vəsaiti ödənilməmişdir.
5. Cavabdeh etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 76.1, 77, 216.1, 217, 223.3, 82.3-cü maddələrinə əsaslanmışdır.
6. Qarşılıqlı iddia ərizəsi verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək, bildirdi ki, torpaq sahəsini qeyri-rəsmi özü almış və evi də o tikdirmişdir. Cavabdeh onu əvvəlki mənzilini satmağa məcbur etdi. O, beşotaqlı evi 35,000 manata satdı və pulun yarısını Babayev Təbrikə verdi. Ona qalan 17,500 manatdan 10,000 manatını həmin torpaq sahəsini aldı, sonra ev tikdi. Torpağın alqı-satqısı rəsmiləşdirilməmişdir. Evi tikmək üçün Gürcüstan banklarından özü, həyat yoldaşının və oğlunun adından kredit götürdü. Evin memarı evin çertyojunu çəkdi, evin fundamentini atdı, daha sonra evi tikdirdi. Bütün bunlar 2018-ci ildə baş verib. Cavabdeh oğlu ilə evli olub, onlar bir müddət evdə yaşadılar, lakin daha sonra ayrıldılar. Evi onlara, nəvələrinə vermişdi. 2023-cü ilin noyabr ayında Təbrik oğlunu alimentə görə tutdurdu. Bu səbəbdən indi evdən çıxarma və pul tələbləri ilə məhkəməyə müraciət edir. İndi özü kirayədə yaşayır. O və ailəsi Gürcüstan Respublikasının vətəndaşları olduğuna görə evin kommunal ödənişləri cavabdehin adına olub. Evi 2017-ci ildə tikdirmişdi, cavabdeh və anası evə suvaq çəkib, bünovrəsindən tavanına qədər isə evi o, tikmişdir. Bunu təsdiq edən şahidlər mövcuddur. Cavabdeh həmin evi ələ keçirmişdir. Cavabdeh ümumilikdə 47500 (17500+10000+20000) manat pulunu ələ keçirib. Cavabdeh bununla bərabər oğlundan aliment də tələb edir. Cavabdehdən 47500 manat pulumu geri tələb edir. Cavabdeh Təbrik həm həyat yoldaşının bacısıdır, həm də oğlunun qaynanasıdır. Kəmalə oğlu Zöhrabın həyat yoldaşı olub. Onlar arasında faktiki nikah münasibəti olub. Xarici ölkə vətəndaşı olduğuna görə burada torpaq sahəsi sahibi ola bilmir. Torpaq sahəsini Coşqundan almışdır. Həmin sahənin sənədi yoxdur. Həmin sahədə iki ev tikdi. Evləri qardaşı və oğulları tikdi. Evlərin ikisi də eyni proyekt üzrə, eyni tikinti materiallarından tikilib. Evlərin uzunluğu 11 metr, eni 8 metrdir. Evlərin mətbəxini, hamamını, sanitar qovşağını tikmişdi. Evə divar çəkmişdi, pəncərə-qapı, damını, mayakını qoymuşdu. Evlərin divarları mişar daşından, yuxarısı isə kərpicdən tikilib. Evin millərini atmışdı. Evin döşəməsi yox idi. Satdığı evə çöl qapısı qoymuşdu. Digər evə çöl qapısı qoymamışdı. Evlərə çöldən, içəridən suvaq vurmuşdu. Evlərin tikintisinin 70 faizini özü görüb. Torpaq sahəsinin alınmasına və evlərin tikilməsinə 50000 manatdan çox xərc çıxdı. Evlərin ikisini də öz pulu hesabına tikmişdir. Evlərin arasında bir metr məsafə var. Evlərin tikilməsinə görə başqa şəxslərdən borc almışdı. Borcunu ödəmək üçün evlərdən birini 12500 manata 2018-ci ildə Rüfətə satdı. Rüfət də evi Faiqə satdı. Digər evə Kəmalə köçməyib. Borcunu ödəmək üçün Ukraynaya işləməyə getdi. O Ukraynada olan zaman cavabdehlər evə girib orada yaşamağa başlayıblar. Bunu sonralar öyrənmişdir. Cavabdeh evə girməyə imkan vermədiyinə görə evin içərisinin hansı vəziyyətdə olduğunu bilmir. Cavabdehlərə evdə yaşamağa icazə verməmişdir.
8. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdehin yaşadığı, mübahisəli ev məhz Zöhrab və Kəmalənin yaşaması üçün tikilmişdir. Sonradan boşanıblar, aliment borcu yığılıb, cavabdeh aliment tələb etdiyi üçün iddiaçı indi evin pulunu istəyir.
9. Cavabdehin nümayəndəsi (anası) X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı 35.000 manata satdığı iddia edilən Müşfiqabad qəsəbəsindəki beş otaqlı ev onun qızı Kəmalənin adına olub, Ədalətin yox. Həmin evi onun vəfat edən həyat yoldaşı 2007-ci ildə tikdirmişdi, həmin ev böyük olub. Qızı Kəmalə 2012-ci ildə iddiaçının oğlu ilə ailə qurub, 2016-cı ildə ayrılıb. Ailə qurandan sonra Müşfiqabad qəsəbəsindəki evdə, Ədalətin ailəsi ilə birlikdə yaşamışdır. Həmin vaxt iddiaçı ailəsi ilə birlikdə Xırdalanda qalırdı, onların özünə aid evi yox idi. Bu səbəbdən, iddiaçı və ailəsi də həmin evə gəldilər. Həmin evdə qızı, iddiaçı, həyat yoldaşı, oğulları, gəlini və uşağı yaşayırdı. Kəmaləni öz evində İddiaçı və ailəsi yola vermədi, iddiaçının oğlu qızını döyürdü. Kəmalə öz evindən getməyə məcbur oldu. Narazılıq olduğundan İddiaçı həmin evi sataraq, əldə edilən məbləğin yarısını, yəni 17,500 manatı ona vermişdir. O həmin məbləğlə torpaq sahəsi alıb ev tikdirmişdir. Torpağın və evin sənədləri yoxdur. Ev özbaşına tikilidir. Torpaq sahəsinin bələdiyyə sənədi var. Evi o tikdirmişdir. Qızı iki uşağı ilə birlikdə hazırda həmin evdə yaşayır. İddiaçının tikdirdiyi ev həmin evin yanındakı evdir, hansı ki, sonradan üçüncü şəxsə satılmışdır. İddiaçı evin yanında eyni ev tikib, həmin ev ona aid olub. İki evin eyni olmasının səbəbi odur ki, evlərin tikildiyi ərazi geniş olmayıb, ona görə də, evlər oxşar formada tikilib. Müşfiqabad qəsəbəsində yerləşən evin satışından əldə edilən məbləğin 17,500 manatını Ədalət ona vermiş, o da həmin pulla Pirəkəşkül qəsəbəsində qızı üçün ev tikdirmişdir. Sonradan həmin evi də sataraq, hazırda mübahisə predmeti olan Qaradağ rayonunda yerləşən evi tikdirmişdir. Bundan sonra iddiaçı həm onun qızına, həm də öz oğluna nəzarət etmək üçün gəlib qızının evinin yanında ev tikdi, lakin həmin evi tikib qurtara bilmədi və evi satıb getdi. Evlərin eyni proyektdə yerləşməsinin səbəbi evlərin yerləşdiyi sahənin dar olması və yola yaxın olmasıdır. Orada 2 ev olub, bir evi o, digər evi isə iddiaçı tikdirmişdi. 320 nömrəli məktəbin yaxınlığında yerləşən evi o tikdirmiş, həmin evdə indi də tikinti gedir. İddiaçının oğlu Zöhrab qızına aliment ödəmədiyinə görə həbs edilib, iddiaçı da oğlu həbs edildiyinə görə qızına qarşı hazırkı iddiaları qaldırır. Hazırda mübahisələndirilən evi o özü qızı Kəmalə və nəvələri üçün tikmiş, iddiaçı həmin evin tikintisində ona köməklik etməmişdir. Evin tikintisində ustaları qul bazarından özü gətirmişdir. Evlərin eyni proyektdə tikilməsinin səbəbi odur ki, həmin evlərin tikildiyi sahə balacadır, ona görə evlər eyni proyektdə tikilib. Evin tikinti materiallarını qəsəbədə yerləşən tikinti materialları mağazasından özü almışdır. İddiaçının oğlu Asif ona deyirdi ki, evi tik, sonra ev onun olacaq. Hər iki ev arasında hasar var. Əgər iddiaçının bildirdiyi kimi onlar evə icazəsiz girmişdilərsə, o zaman niyə bu vaxta qədər iddiaçı evdən çıxmağını tələb etmirdi.
Prosesin digər iştirakçılarının ifadələri
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, iddiaçı onun ögey qardaşıdır, cavabdeh tərəfi də tanıyır. Bu ailənin bərpası üçün çox çalışsa da, alınmayıb. Mübahisəli evin tikintisini İddiaçı həyata keçirmişdir, xərcləri iddiaçı çəkmişdir. Ev Qaradağ rayonu 320 nömrəli məktəbə yaxındır. Həmin yerə daş gətirən kamazı da görmüş, 5 maşın daş tökülmüşdür. Evin bünövrəsini qoyan adamı da tanıyır. Ədalət evi oğlu Zöhrab və gəlini Kəmalə üçün tikirdirmişdir, onların ailəsinin yaşaması üçün. Ədalət evin bünpvrəsini, damını, qapısını qoyub, Kəmalə isə suvaq, kafel, hasar çəkib, təmir edib.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadə verərək ifadə verərək bildirdi ki, Ədalətlə illərdir tanışdır. Yoldaş kimi tikintidə Ədalətə kömək etmiş, yeri qazıb beton tökmüşdür. Ədalət evin damına qədər tikdirmiş, təmirini isə başqa adam eləmişdir. Həmin ev məktəblə üzbəüzdür, yaxınlığında idman kompleksi var. Ədalət evi övladının ailəsinə tikirdi.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadə verərək bildirdi ki, Ədalət iki ev tikdirirdi, iki oğlu var idi. Hərəsini bir oğlunun ailəsi üçün. Həmin əraziyə 5 maşın daş gətirilib. Həmin ev Müşfiqabad qəsəbəsində yerləşir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, iddiaçını tanıyır, cavabdehi tanımır. Müşfiqabad qəsəbəsində yerləşən iki evin tikintisi üçün yük maşını ilə tikinti materialları gətirmişdir. İddiaçı iki oğlu olduğuna görə, iki ev tikdirirdi. Evin tikildiyi torpaq sahəsi də yadındadır. Evlər eyni vaxtda tikilib. Evlər ilk olaraq daşla tikilib, daha sonra kərpiclə tikilib. Tikinti materiallarını Müşfiqabad qəsəbəsində yerləşən tikinti materialları mağazasından almışlar.
Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.1 Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2 Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 673.1 Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı: 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 5.4. E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən, əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. 5.5. Nəzərə alınmalıdır ki, hər hansı müqavilə üzrə sübutetmə şərti olaraq yazılı forma tələbi heç də həmin əqdin mütləq şəkildə “müqavilə” adlanan sənədlə rəsmiləşdirilməli olmasını deyil, belə əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün həmin əqdin mövcudluğunun müxtəlif sənədlər, o cümlədən bank hesabına köçürməni əks etdirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi təsdiq edilməli olduğunu ehtiva edir. Qeyd olunan əyani sübutlar (yazılı sənədlər və s.) işin digər halları ilə birlikdə araşdırılaraq məsələyə hüquqi qiymət verilməlidir. 5.6. Əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. 5.7. Ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər. b) Əsaslandırma
17. İddia əsassızdır.
18. Belə ki, iddiaçının oğlu X15 ilə Cavabdeh 2012-2018-ci illər ərzində faktiki nikah münasibətində olublar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-2732/2018 nömrəli qətnaməsi ilə tərəflərin yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün X7 Cavabdeh xeyrinə cəmi 308 manat alimentin tutulması qət edilmişdir.
19. X15 ilə Cavabdeh faktiki ailə münasibətləri dövründə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən torpaq sahəsində özbaşına tikili inşa edilmişdir.
20. Qaradağ rayonu, Müşfiqabad Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 18 nömrəli aktına əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən 170 m2 torpaq sahəsinin və üzərindəki 80 m2 tikintidə (şərti ünvan: YYM-1, küçə 15, ev 17, dalan 1) 2017-ci ildən Cavabdeh övladları X18 və İddiaçı ilə birlikdə yaşayırlar; Cavabdeh bələdiyyədə 2017-ci ildən X1 Sistemində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
21. İşdə olan kommunal bildirişlər; sayğacların quraşdırılma protokolları, qaz sayğaıcının istismara qəbulu haqqında Aktdan aydın olur ki, cavabeh Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən 170 m2 torpaq sahəsində inşa edilmiş 80 m2 özbaşına tikilidə (şərti ünvan: YYM-1, küçə 15, ev 17, dalan 1) yaşayır, qaz, işıq və s. kommunal xidmətlər onun adınadır və o, bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
22. İddiaçı tərəfin bildirdikləri aşağıdakı kimidir: cavabdeh onun ümumilikdə 47,500 (17,500+10,000+20,000) manat pulunu ələ keçirib. Belə ki, ilk olaraq, Müşfiqabad rayonu ərazisində başqa bir evin alqı-satqısından əldə edilən pulun yarısı 17.500 manatı cavabdehin anasına verib, 10.000 manata cavabdehin hazırda yaşadığı evin yerləşdiyi torpağını alıb; və 20.000 manatı isə həmin evin tikintisi üçün xərcləyib. Həmin pulları cavabdehdən tələb edir.
23. Cavabdeh tərəfin bildirdikləri aşağıdakı kimidir: 17.500 manat Müşfiqabad qəsəbəsindən olan, 5 otaqlı evin satışından əldə edilmiş 35.000 manatın yarısıdır. Həmin pulu İddiaçı Cavabdeh deyil, onun anası Təbrik Babayevaya verib, lakin satılan ev elə cavabdehə məxsus olduğundan həmin pul da ona məxsus olmuşdur. Cavabdehin nümayəndəsi cavabdehin yaşadığı evin torpağına iddiaçı tərəfindən 10.000 manat və evin tikintisinə 20.000 manat xərcləndiyini isə qəbul etmir.
24. Məhkəmə araşdırması nəticəsində müəyyən edilənlər aşağıdakı kimidir:
25. İlk olaraq 17,500 manat pul vəsaiti ilə bağlı hər iki tərəf həmin məbləğin Müşfiqabad qəsəbəsində yerləşən 200 m2 torpaq sahəsində inşa edilmiş, 5 otaqlı fərdi yaşayış evinin satışından əldə edilən vəsaitdən İddiaçı tərəfindən cavabdehin anası Təbrik Babayevaya verilməsini qəbul edir.
26. İş materiallarında olan, Bakı şəhər Qaradağ rayonu, Müşfiqabad qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 09 saylı, 25 sentyabr 2007-ci il tarixli Protokoldan çıxarışdan və “Torpaqların alqı-satqısına dair” 25 sentyabr 2007-ci il tarixli aktdan aydın olur ki, qeyd edilən evin yerləşdiyi 200 m2 torpaq sahəsi Cavabdeh adına ayrılmışdır. Belə olan hada, məhkəmə, həmin məbləğin tələb edilməsinin qanuni və ya müqavilə əsasını müəyyən edilməmiş hesab edir. Bununla yanaşı, iddiaçı həmin məbləği Təbrik Babayevaya verdiyini bildirsə də, iddia tələbində onu cavabdeh kimi göstərməmiş, pul tələbini 17,500 manata aid hissədə iddiaya cavab verməli olmayan şəxsdən tələb etmişdir.
27. İddiaçının tələbinin 10.000 manatla bağlı hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçı həmin məbləği cavabdehin hazırda yaşadığı evin yerləşdiyi torpaq sahəsinin almaq üçün xərclədiyini bildirsə də, bunu təsdiq edəcək hər hansı mötəbər sübutları təqdim etməmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
28. İddiaçı tərəfindən çıxış edən şahid ifadələrini və işə əlavə edilmiş İddiaçı Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə edilmiş şikayətlə əlaqədar toplanmış materialları, həmin faktın sübutu baxımdan məhkəmə mötəbər hesab etmir.
29. Belə ki, iddiaçı ilə üçüncü şəxs və ya bələdiyyə arasında həmin torpaq sahəsinin alqı-satqısı barədə razılıq olmasına, bununla bağlı iddiaçının 10.000 manat ödəniş etməsi, lakin alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməməsinə, nəticədə, cavabdehin əsassız varlanmasına dair hallar da məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Odur ki, iddia tələbi 10.000 manatın cavabdehdən tutulması hissəsində rədd edilməlidir.
30. İddia tələbinin 20.000 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir.
31. İddiaçı həmin məbləği cavabdehin yaşadığı evin tikintisinə xərclədiyini bildirmiş, bunu sübut etmək üçün şahid ifadələrinə, Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-966/2024 saylı həmin qətnaməsində əks olunan şahid ifadələrinə, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə edilmiş şikayətlə əlaqədar toplanmış materiallara, Müşfiqabad Bələdiyyəsinin 27 may 2024-cü il tarixli Aktına istinad etmişdir.
32. Məhkəmə həmin sübutları iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının Cavabdeh hazırda övladları ilə birlikdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin (şərti ünvan: YYM-1, küçə 15, ev 17, dalan 1) inşasına müəyyən vəsait xərcləməsi sübut olunur.
33. Lakin məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisəli ev iddiaçının oğlu Zöhrab Poladov ilə Cavabdeh birgə yaşaması üçün tikilmişdir. Bunu ilk növbədə iddiaçı, iddiaçının vəkili və nümayəndəsi və iddiaçı tərəfindən dəvət edilmiş şahidlər özləri ifadələrində bildirmişlər. Belə ki, iddiaçı tərəf məhkəmədə verdiyi izahatında mübahisəli fərdi yaşayış evini özü üçün deyil, oğlu və gəlinin birgə yaşaması üçün tikdiyini bildirmişdir.
34. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, tikintiyə istifadə olunan materialın alınması, işçi qüvvəsinin əməyinin ödənilməsi və digər xərclər iddiaçının oğlu Zöhrab Poladov və cavabdeh Kəmalə Bababyevanın və onların övladları Ədalət və Niadın birgə yaşamaları üçün tikilən fərdi yaşayış evinin tikintisinə hədiyyə olaraq, gələcəkdə həmin vəsaitin qaytarılması ilə bağlı hər hansı qeyd-şərt olmadan xərclənmişdir.
35. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
37. Məhkəmə hesab edir ki, hazırkı iddiaya bağışlama müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində qiymət verilməlidir. İş üzrə tədqiq edilmiş sübutlara əsasən iddiaçının oğlunun gəlini ilə birgə yaşamaları üçün fərdi yaşayış evinin tikintisinə xərclədiyi vəsaitin, o cümlədən aldığı materialın gələcəkdə qaytarmaq şərti ilə tikintiyə sərf etməsi halı sübut edilməmişdir.
38. Məhkəmə hesab edir ki, iddiaçının sonradan oğlu və gəlini arasındakı ailə münasibətlərinin pozulması, cavabdehin iddiaçının aliment tələb etməsi, həmin pul vəsaitinin geri qaytarılmasına əsas ola bilməz.
39. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsinin notariat qaydada təsdiq edildiyi halda etibarlı olması, hazırda isə tərəflər arasında belə bir müqavilənin olmaması halına da qiymət verərək qeyd edir ki, Mülki Məcəllənin 668.1.3-cü maddəsinə əsasən, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama müqaviləsi etibarlıdır.
40. İddiaçı hazırkı iş üzrə daşınmaz əmlak və ya həmin əmlaka olan hüquqları hədiyyə etməmiş, müəyyən tikinti materiallarının alınmasına və müəyyən işçi qüvvəsinin əməyinin ödənilməsinə pul vəsaiti xərcləməklə, həmin vəsait oğlunun və gəlininin birgə yaşaması üçün tikilən fərdi yaşayış evinin tikintisinə hədiyyə olaraq xərclərdir.
41. Həmin müqavilənin etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməlmişdir, eyni zamanda bağışlamadan imtina indiki iddianın predmeti deyildir.
42. Ali Məhkəmə Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 12 mart 2024-cü il tarixli Qərarının yuxarıda qeyd edilmiş bəndlərində əks oluna mövqeyə əsasən, bağışlama niyyəti güdən davranış və iradə ifadəsi mötəbər sübutlarla təsdiq olunduğu hallarda (məsələn, bağışlama müqaviləsi, doğum günü hədiyyəsi barədə iradə bəyanını təsdiq edən foto və videolar, şahid ifadələri və sair) bu cür zənginləşdirmələr işə baxılarkən bağışlama müqaviləsinin əhəmiyyətsiz olduğunun təsbit olunduğu və ya mübahisələndirmə nəticəsində etibarsızlığının müəyyən edildiyi hallar istisna olmaqla, hədiyyə kimi qiymətləndirilə bilər.
43. Odur ki, məhkəmə 20.000 manat pulun cavabdehdən tutulması hissəsində də iddia tələbini əsassız hesab edir.
Məhkəmə xərcləri
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 240 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edilmədiyindən ödənilmiş rüsum iddiaçıya aid edilməlidir.
46. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» barədə iddia tələbi rədd edilməlidir.
47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı 47,500 manat məbləğində pul vəsaitinin və 240 manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova