Məhkəmə qərarları › İş №2(002)-1270/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1270/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1270/2021 19.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdeh X2 iştirakı ilə, İddiaçı «xxxx» BOKT QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» BOKT QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli 005-NBK-0163-19 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndan müştərək qaydada əsas borc 2863.51 (iki min səkkiz yüz altmış üç manat 51 qəpik) manat, faiz borcu 535.01 (beş yüz otuz beş manat 01 qəpik ) manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 3428.92 (üç min dörd yüz iyirmi səkkiz manat, 92 qəpik) manat borcu iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» BOKT QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, bildiririk ki, Cavabdeh1 18 ay müddətinə qaytarılmaq şərti ilə 4 000 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı 'xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 09 oktyabr 2019-ci il tarixli 005- NBK-0163-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklərini lazımınca icra edə bilməməsi səbəbindən ödəniş cədvəli üzrə 2020-ci il ilin may, iyun və iyul aylarının əsas borc məbləğinin hissəsinin ödənişini ödəniş cədvəlində nəzərdə tutulmuş son ödəniş gününə keçirilməsi üçün BOKT 'xxxx” QSC-nə müraciət etmişdir. Bununla əlaqədar olaraq Cavabdeh1 ilə Bank Olmayan Kredit Təşkilatı «xxxx” QSC arasında 09 oktyabr 2019-cu il tarixli 005-NBK-0163-19 saylı Kredit Müqaviləsinə 08 may 2020-ci il tarixli 2 saylı Əlavə imzalanmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 09 oktyabr 2019-cu il tarixli 2C5-NBK-0163-19/a saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 və 09 oktyabr 2019-cu il tarixli 005-NBK-0163-19 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh3 X3 Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 zamin durmuşdur. Kredit Müqaviləsinin şərtlərinə əsasən, hal-hazırda Cavabdeh1 16.02.2021- ci il tarixə əsas borcu 2863.51 AZN (iki min səkkiz yüz altmış üç manat 51 qəpik), faiz borcu 535.01 AZN (beş yüz otuz beş manat 01 qəpik), cərimə borcu 0.00 AZN (sıfır manat 00 qəpik) olmaqla, ümumi borcu 3398.52 AZN (üç min üç yüz doxsan səkkiz manat 52 qəpik) təşkil edir ki, bu borcunda cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir.Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş 09.10.2020-ci il tarixli 11867/20, 09.10.2020-ci il tarixli 11838/20 saylı və 09.10.2020-ci il tarixli 11839/20 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Göründüyü kimi cavadehlər müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı “xxxx” Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. (Mülki Məcəllənin 421.2-ci maddəsi) Qeyd olunan halların nəzrə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia əzrisəinin məzmununa və dəlillərinə uyğun izahat verərək, ərizədə qeyd olunmuş iddia tələbini müdafiə edərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında ərizə verərək , o biri cavabdehlərin həmin borc barədə məlumatlı olduqlarını, əsas borc və faiz borcu ilə razılaşdığını bildirmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 09.10.2019-cu il tarixli, 005-NBK-0163-19 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 18 ay müddətində illik 31% dərəcəsi ilə 4000 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş 09.10.2019-cu il tarixli 005-NBK-0163-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 18 ay müddətində illik 31% dərəcəsi ilə 4000 manat məbləğində krediti 17 ay 281 AZN, 18-ci ay 276.38 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 005-NBK-0163-19 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh3 kredit xətti razılaşmaları üzrə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit xətinin məbləği 4000(dörd min) manat, kreditin müddəti 18 ay olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 005-NBK-0163-19/a saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 kredit xətti razılaşmaları üzrə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit xətinin məbləği 4000 (dörd min) manat, kreditin müddəti 18 ay olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 16.02.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 09.10.2019cu il tarixli müqaviləyə əsasən 16.02.2021-ci il tarixə 2863.01 manat əsas borc, 00.0 manat faiz borcu olmaqla, cəmi 3398.52 manat borcu vardır. İş materiallarında olan 09.10.2020-cİ il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh1, zamin Cavabdeh2 və zamin Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 3 gün müddətində “xxxx” BOKT QSC-yə tam ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, kredit məbləğini hesablanmış faizlərlə birlikdə qaytarılmasının tələb edilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zamnlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 4000 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini 18 ay müddətində ödəniş etməklə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh1 isə kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, müqavilənin şərtlərini pozmuşdur. Bununla da borc alan Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə iddiaçı bank arasında həmin öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən zaminlər kredit müqaviləsi üzrə borc öhdəliyinin lazımi qaydada və vaxtında icra edilməsinə dair əsas borclu ilə birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşlər. Ona görə də məhkəmə hesab edir ki, digər cavabdehlərin müvafiq kredit müqaviləsi üzrə borc öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə bank qarşısında əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehlər kredit borcunu iddiaçıya qaytarmalıdır. Qeyd olunan halları nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi 09 oktyabr 2019-cu il tarixli 005-NBK-0163-19 saylı Kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmiş və buna dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 09.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2863.51 manat əsas borc, 535.01 manat faiz borcu olmaqla, cəmi 3398,52 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı “xxxx” BOKT QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 09.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2863,51 manat əsas borc, 535,01 manat faiz borcu olmaqla, cəmi 3398,52 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı “xxxx” BOKT QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar