Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1270/2022 20.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6400 (altı min dörd yüz) manat əsas borcun və həmin pulun alındığı 15 avqust 2017-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək olan 4 il 7 ay müddətində 1504 (min beş yüz dörd) manat gecikdirilmiş faiz borcunun, cəmi 7904 (yeddi min doqquz yüz dörd) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, mülki iş üzrə Cavabdeh 15 avqust 2017-ci ildə onu və qohumlarını işə düzəltmək adı ilə ondan 8400 manat pul almışdır. Lakin cavabdeh iş məsələsinin həll etmədiyindən və aldığı pulları razılaşdıqları vaxtda qaytarmaqdan imtina etdiyindən, o, hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Belə ki, cavabdeh pulu 2017ci ilin dekabr ayına qədər qaytarmalı olduğu halda, bunu yerinə yetirməmiş və o, 2017-ci ilin dekabr ayının əvvəlində polisə müraciət etməyə məcbur olmuşdur. Araşdırma zamanı bir neçə dəfə polis orqanları tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sonuncu dəfə Bakı şəhəri Səbail rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi X2 tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 avqust 2018-ci il tarixli qərar qəbul edilmişdir. Polis orqanına müraciət etdikdən sonra cavabdeh ondan aldığı puldan 2000 manatını qaytarsa da, qalan 6400 manatı qaytarmaqdan bu günədək imtina etmişdir. Cavabdehdən pulu qaytarmasını dəfələrlə tələb etsə də, cavabdeh pulun qaytarılmasından imtina etmişdir. Göründüyü kimi, Cavabdeh ona 6400 (altı min dörd yüz) manat pulu qaytarmaqdan imtina etmiş və qanunsuz hərəkətlərini bu günədək davam etdirir. Ona görə də Cavabdeh 6400 (altı min dörd yüz) manat əsas pulun və həmin pulun alındığı 15 avqust 2017-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək olan 4 il 7 ay müddətində gecikməyə görə 1504 manat faiz borcunun, cəmi 7904 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Bu səbəbdən o, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X3 xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4, İddiaçı və X5 xx.xx.2017-ci il tarixdə icraata daxil olan ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış, həmin şəxslərə Cavabdeh qarşı pul iddiası ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərara əsasən, Cavabdeh izahatında İddiaçı 8400 manat borc aldığını, bu pulla kiçik biznes qutrmaq istədiyini, lakin işi alınmadığını, həmin borcdan 2000 manat qaytardığını, qalan 6400 manatı isə hissə-hissə qaytaracağını bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X1 xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı və qeyrilərinin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış, İddiaçı Cavabdeh qarşı pul iddiası ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanan xx.xx.2019-cu il tarixli, 05/7852-18 saylı məktubun surətindən görünür ki, Bakı şəhəri Səbail rayon prokurorluğundan daxil olmuş məlumatdan görünür ki, İddiaçı və qeyrilərinin Cavabdeh tərəfindən aldadılaraq işə düzəltmək adı ilə əmlaklarının ələ keçirilməsi barədə müraciəti əsasında Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmış və əməldə cinayət tərkibi olmaması əsası ilə toplanmış material üzrə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə AR CPM-nin 39.1.2-ci maddəsinə əssən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar Səbail rayon prokurorluğu tərəfindən xx.xx.2018-ci il tarixdə ləğv edilərək əlavə araşdırma aparılması üçün Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinə qaytarılmış, material üzrə araşdırma aparılaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Material üzrə əlavə araşdırma aparılaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Femida Hüquq və Konsaltinq Şirkəti MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli pul tələbinə dair pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı olan 6400 manat əsas borc, gecikməyə görə 1472 manat faiz borcu olmaqla, cəmi 7872 manat məbləğində borcun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən iddiaçı tərəfin izahatına, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlara və həmin qərarlarda cavabdeh tərəfin əks olunan izahatına əsasən müəyyən edildi ki, iddiaçı cavabdehə 8400 manat pul vermiş, həmin puldan 2000 manat cavabdeh tərəfindən ödənilmiş, lakin 6400 manat ödənilməmişdir. Ona görə də məhkəmə müəyyən edir ki, iddia tələbi 6400 manat məbləğində əsas borcun tutulması hissəsində əsaslı hesab olunaraq təmin edilməlidir. Lakin pul öhdəliyinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış faiz tələbi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının izahatına və iş materiallarında olan qərarlara əsasən öhdəliyin icrasının gecikdirilməsi 2017-ci ilin dekabr ayının əvvəlindən hesablanmalı və məhkəməyə iddia ərizəsinin daxil olduğu tarixə qədər 4 il 4 ay müddətin keçdiyi nəzərə alınmalıdır. Bu qaydada hesablanmış faiz borcu (6400x5%x4 il 4 ay=1386 manat) təşkil etdiyindən, gecikməyə görə faiz borcu tələbi qismən əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Bundan əlavə, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6400 manat məbləğində əsas borc, gecikməyə görə 1386 manat məbləğində faiz borcu olmaqla, cəmi 7786 (yeddi min yeddi yüz səksən altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 97,6 manat (doxsan yeddi manat altmış qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1270/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1270/2022
20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver