Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1279/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun vərəsədən tutulması barədə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “müqavilə üzrə borcun vərəsədən tutulması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC -nin xeyrinə 590,98 USD əsas, 59,91 USD faiz, cəmi 650,89 USD məbləğində borc və ödənilmiş 31,47 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1279/2023 saylı 12.034.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 "xxxx" Kommersiya Bankı ASC ilə bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 26% ödəmək şərti ilə 2700 USD məbləğində kredit verilmişdir. Sorğu ilə bağlı olaraq Bakı şəhəri, 45 saylı notariat ofisinin 08 fevral 2023-cü il tarixli cavab məktubuna əsasən Cavabdeh vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri 45 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən olunmasına dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdılmış işlə bağlı cavabdeh miras qalmış əmlaka vərəsəlik hüquqi əsasında sahib olub. Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdeh borcalanın vərəsəlik hüquqi əsaslıda hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Beləliklə bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüquqi vardır. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi ərizə göndərək,mülki iş üzrə məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işin iddia icraatına keçırılməsini və mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında da bildirmişdir ki,iddianı qəbul etmir, müqavilə mərhum həyat yoldaşı ilə 2013-cü il tarixdə bağlanmışdır, onun həyat yoldaşı 2014-cü il tarixdə vəfat etmişdir.Ona həyat yoldaşından miras olaraq ev qalmışdır.Lakin iddiaçı bu vaxta qədər ona borc barədə heç bir məlumat verməmişdir. Həmçinin 2013-cü ildə bağlanmış 24 aylıq müqavilə üzrə iddia müddəti 2018-ci ildə bitmiş olduğundan məhkəmədən mülki iş üzrə iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş oğlu xx.xx.2013-cü il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC-tərəfindən X4 aylıq faiz dərəcəsi 26% оlmaqla 24 ay müddətinə 2700 USD məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışın surətindən görünür ki X3 590,98 USD əsas, 59,91 USD faiz olmaqla ,cəmi 650,89 USD məbləğində bоrcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2013-cü il tarixli Kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, X5 27000 USD krediti 24 ay müddətində aylıq 146 USD olmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 667784 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-ci il tarixdə 186 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 45 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X3 ölümünüdən sonra Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət daxil olmuş, vərəsəlik işi açılmış və vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 2-V-1/28 saylı vərəsəlik işi 13/2014 nömrəli vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh - Az.R. Bakı şəh.İH,Tİ və MHQİ tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş, 213№ reyestr kitabının,31379 səhifəsi, qeydə alma 30/17337, Qeydiyyat Vəsiqəsinə əsasən miras qoyana məxsus olan Bakı şəh.Qaradağ ray.Sahil qəs.Bakı pr.60 nömrəli binada yerləşən dörd otaqlı üm.sah.kv.m.,yaş.sah.-47,29 kv.m. olan 12 nömrəli mənzil və Az.R.DİN BDYPİ QİŞ verilmiş xx.xx.2012-ci il tarixli AB №812171 X1 Şəhadətnaməsinə əsasən mirasqoyana məxsus olan, KİA RİO minik markalı, 2011 ildə buraxılmış, MühərrikN2G4EEBH443288,Ban KNADH411BB6953146,90 KP769 Qeydiyyat nişanlı Avto-maşın ibarət olan əmlak miras qalmışdır. Tətbiq edilmiş hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarından görünür ki, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından görünür ki, iddiaçı ilə X5 arasında xx.xx.2013-cü il tarixdə 24 ay müddətinə kredit xətti müqaviləsi bağlanmış, müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. X5 xx.xx.2014-ci il tarixdə vəfat etmiş və xx.xx.2014-cü il tarixdə X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi Cavabdeh (arvadı) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı bank xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə borc tələbini mərhumun vərəsəsi- Cavabdeh tələb edir. Cavabdeh isə hal-hazırda müvafiq iş üzrə iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti xx.xx.2018-ci ildə başa çatmasına baxmayaraq, iddia müddəti başa çatdıqdan xeyli müddət sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə,məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia tələbi üzrə müddət keçdiyindən, iddia tələbi rədd edilməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı hazırkı iddianı verməkdə subyektiv hüququ mövcud olsa da, iddia müddəti keçdiyindən, "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun vərəsədən tutulması”-na dair tələbi iddia müddəti tətbiq edilməklə rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-1279/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1279/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver