Məhkəmə qərarları › İş №2(002)-1279/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1279/2024

16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1279/2024 16.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahdan 15 avqust 2016-cı il tarixdə anadan olmuş Nuray və Uğur adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaı üçün Füzuli Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını artıraraq Cavabdeh bir uşağa görə 220 manat olmaqla hər ay cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-307/2024 saylı qərardadı ilə mülki işi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə həmin qərardadına əsas Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 25 yanvar 2024-cü il tarixli məktubu olmuşdur. Belə ki, həmin məktuba əsasən Fizuli rayonundan məcburi köçkün olan İddiaçı əri Cavabdeh və iki övladı ilə birgə Qaradaö rayonu, Mişfiqaabd qəsəbəsində yerləşən 3 saylı evin 31 nömrəli mənzilində müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmışdır. İş üzrə cavabdehin vəkili və nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işin aidiyyatı üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət belə əsaslandırılmışdır ki, tərəflər hər ikisinin rəsmi qeydiyyat ünvanı və faktikiy yaşayış yerləri Fizuli rayonu, Yağlıvənd kəndidir. Abşeron rayon Məhkəməsinə təqdim edilmiş arayışda göstərilən Qaradağ rayonu ərazisində yerləşən ünvana tərəflərin heç birinin aidiyyəti yoxdur. İddiaçı özü də Fizuli rayonunda yaşamaqla uşaqları orada məktəbə gedirlər. Azərbaycan Respublikası DİN- BPQMİ-in MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışa görə, İddiaçı ünvan 3-də qeydiyyatda olmaqla yaşayır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iştirak edərək iddiaçını Füzuli şəhərində yaşadığını və uşaqlarında orada məktəbə getdiyini, tərəflərin nikahın pozulması barədə mülki işidə Füzuli Rayon Məhkəməsində baxıldıını bildirərək, işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq üzrsüz səbəbdən gəlməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin fikrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır, məhkəməyə təqdim olunmuş MAPS arayışı və məktubdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Müşviqabad qəsəbə üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 19 №-li məktubundan görünür ki, İddiaçı Qaradağ rayonu, Müşviqabad qəsəbə 3 saylı evin 31 saylı mənzilində yaşaması aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçı və cavabdeh Fizuli rayonunda rəsmi qeydiyyatda olmaqla, həm də orada yaşamaları işə əlavə edimiş uşağın təhsil aldığı məktəb, yaşayış yeri barədə arayışlarla təsdiqini tapdığından, eyni zamanda tərəflərin Bakı şəhəri, Qaradağ rayonu ərazisində yaşamalarına dair heç bir sübut olmadığından və məhkəmə araşdırması ilə Abşeron Rayon Məhkəməsinin istinad etdiyi arayışda göstərilən ünvanda iddiaçının yaşamaması sorğu əsasında müəyyən edildiyindən mülki işin ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata götürülməsi müəyyən edilmişdir. Odur ki, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyi üçün hazırkı mülki iş baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 26, 35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar