Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1281/2021 08.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunuuun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,2008-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan 17.07.2009-cu il tarixdə X4 və 02.10.2012-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Lakin sonradan Cavabdeh ilə ailə münasibətləri pozulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-114/2018 saylı, 05.04.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, eyni zamanda Çingiz Mirzəxanov və Kəmalə Mirzəxanovanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, ödənilməsi barədə qətnamə çıxarılmış və qətnamə icraya yönəldilmişdir. Hal-hazırda uşaqların xərcləri artmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimum da dəyişərək artmışdır. Buna baxmayaraq cavabdeh uşaqları ilə maraqlanmır. Uşaqların bütün qayğısını iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbatı artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı mövcud iddia ərizəsi ilə məhkəyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən başlayaraq, yetkinlik yaşına çatmayan 17.07.2009-cu il tarixdə doğulmuş X10 oğlunun və 02.10.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib onun təmin edilməsi barədə qətnamə qəbul edilməsinə xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(002)-114/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə X6 arasında 10 oktyabr 2008-ci il tarixdə Qaradağ Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 756 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan 17.07.2009-cu il təvəllüdlü X3 və 02.10.2012-ci il təvəllüdlü X5 anaları X1 yanında qalmalarının müəyyən edilməsi, 02 noyabr 2017-ci il tarixdən başalayaraq, 17.07. 2009-cu il təvəllüdlü X3 və 02.10.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmalı üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, həmin nikahdan 2 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması, onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, onun normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin ediməli, 17 iyul 2009-cu il təvəllüdlü X3 və 02 oktyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(002)-114/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı bildirir ki, iddiaçı cavabdehdən daha artıq aliment tutulmasını xahiş etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən iddianın qalan hissəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilsin. 17 iyul 2009-cu il təvəllüdlü X3 və 02 oktyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 aprel 2018-ci il tarixli, 2(002)-114/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə iki uşağa görə 340 manat sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-1281/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1281/2021
08.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver