Məhkəmə qərarları › İş №2(002)-1286/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1286/2021

04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1286/2021 04.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə ilk iddiası, Cavabdeh İddiaçı qarşı aliment tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 08.06.2010-cu il təvəllüdlü X8, 10.03.2012-ci il təvəllüdlü X9 və 11.03.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində alimentin tutulması ilə yanaşı hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı aliment tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 10.03.2012-ci il təvəllüdlü X2 ondan alınıb anası İddiaçı verilənə qədər saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsi, alimentin tutulmasının əvvəlinin 21.01.2020-ci il tarixdən hesablanması, ondan iki uşağa görə qazancının və digər gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçı onun bacısıdır. İddiaçı cavabdeh ilə 01.08.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 08 iyun 2010-cu il təvəllüdlü X8, 10 mart 2012-ci il təvəllüdlü X9 və 11 mart 2019-cu il təvəllüdlü X10 adında üç uşaqları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra münasibətləri normal olsa da, sonradan tərəflər arasında yaranan fikir ayrılıqları, xasiyyətlərinin uyğun olmaması tez-tez mübahisələrə səbəb olmuş və tərəflər arasında əlaqələrin kəsilməsinə gətirib çıxarmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-81/2020 saylı, 09.01.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 01 avqust 2008-ci il tarixdə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 08 iyun 2010-cu il təvəllüdlü X3, 10 mart 2012-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 21 avqust 2019-cu il tarixdən başlayaraq 08 iyun 2010-cu il təvəllüdlü X3, 10 mart 2012-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı təqribən 260 manat təşkil etməklə uşaqların ehtiyaclarının təmin olunmasına kifayət etmir. İddiaçı himayəsində azyaşlı uşaqları olduğundan işləyə bilmir. Hazırda uşaqların xərclərinin və tələbatlarının artması, eləcə də Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqların yaşayış minimumunun 175 manat məbləğində müəyyən edilməsi səbəbindən yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqların yaşayış minimumunun 175 manat olmasını nəzərə alsaq, Cavabdeh üç uşağa görə hər ay minimum 525 manat aliment ödəməlidir, lakin cavabdeh bu məbləğin yarısını ödəməklə uşaqların saxlanmasında demək olar ki, iştirak etmir. Cavabdehin əmək haqqı barədə təqdim etdiyi arayışdan göründüyü kimi, onun aylıq qazancı dəyişkəndir, ona görə də qazancın yarısı uşaqların minimum tələbatlarını ödəmədiyindən, aylıq qazancın yarısından əlavə hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh izahatında göstərdiyi krediti tərəflər ayrıldıqdan xeyli sonra götürmüşdür, belə ki, boşanma üçün 2019-cu ilin avqust ayında məhkəməyə müraciət edilmiş, faktiki ayrılıq isə ondan xeyli əvvəl baş vermişdir. Qarşılıqlı iddia barədə isə bildirir ki, 10.03.2012-ci il təvəllüdlü uşağı cavabdeh qanunsuz olaraq özündə saxlayır, uşağın anaya verilməli olduğu və həmin uşağa görə anadan alimentin tələb edilməsinin mümkün olmadığı məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən iddiaçı ilə 01.08.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 08 iyun 2010-cu il təvəllüdlü X8, 10 mart 2012-ci il təvəllüdlü X9 və 11 mart 2019-cu il təvəllüdlü X10 adında üç uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-81/2020 saylı 09.01.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 01 avqust 2008-ci il tarixdə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 08 iyun 2010-ci il təvəllüdlü X3, 10 mart 2012-ci il təvəllüdlü X2 və 11 mart 2019cu il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 21 avqust 2019-cu il tarixdən başlayaraq 08 iyun 2010-cu il təvəllüdlü X3, 10 mart 2012-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin həmin qətnamədən sonra 21.01.2020-ci ildən 10.03.2012-ci il təvəllüdlü X9 onun yanındadır. 10.03.2012-ci il təvəllüdlü X2 onun yanında qalmasına baxmayaraq İddiaçı üç uşağa görə aliment ödəyir. Bu səbəbdən hesab edir ki, uşağın onda qaldığı gündən anaya qaytarılma tarixinə kimi hər ay iddiaçıdan 175 manat məbləğində aliment tutulmalı, habelə ondan iki uşağa görə qazancının və digər gəlirlərinin 1/3 hissəsində aliment tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı qeyd etmək istəyir ki, 2014-cü ildən operator vəzifəsində işləyir, vergi və DSMF ödənişləri tutulduqdan sonra 529 manat əmək haqqı alır, lakin hər ay əmək haqqına müxtəlif məbləğlərdə əlavələr olur və aylıq qazancı aylar üzrə fərqli olur, hər ay qazancının yarısını isə iddiaçıya ödəyir. Eyni zamanda birgə nikah dövründə 06.08.2019-cu il tarixdə bankdan 10000 manat məbləğində kredit götürmüşdur, həmin kreditə görə də aylıq ödəniş edir. Belə olan təqdirdə hər uşağa görə əlavə olaraq 100 manat alimentin tutulması tələbi tamamilə əsassızdır, belə ki, bu halda onun öz təminatı üçün ümumiyyətlə heç bir məbləğ qalmır. Həmçinin hesab edir ki, 10.03.2012-ci il təvəllüdlü X2 onun yanında qalması nəzərə alınaraq, iddiaçıya ödənilən məbləğ iki uşağa görə aylıq qazancın 1/3 hissəsi həcmində müəyyən edilməli, habelə bir uşağa görə iddiaçıdan onun xeyrinə hər ay 175 manat aliment tutulmalıdır. Əslində onun qarşılıqlı iddia vermək niyyəti olmamış, iddiaçı tərəfə alimentin artırılması tələbindən əl çəkəcəyi halda, qarşılıqlı iddiadan imtina edəcəyini bildirmiş, lakin tərəflər arasında razılaşma olmamışdır. Qeyd olunanlara əsasən, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-81/2020 saylı, 09.01.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01 avqust 2008-ci il tarixdə Qobustan rayon İcra Hakimiyyəti Başçısının Bədəlli kəndi üzrə nümayəndəliyində 07 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 08 iyun 2010-cu il təvəllüdlü X3, 10 mart 2012-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 21 avqust 2019-cu il tarixdən başlayaraq 08 iyun 2010-cu il təvəllüdlü X3, 10 mart 2012-ci il təvəllüdlü X2 və 11 mart 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ No 360490 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması 10 fevral 2020-ci il tarixində qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 581393 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 08.06.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bəhrəmova Aysunun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 861191 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 10.03.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bəhrəmli Aqşinin atası Cavabdeh, anası İddiaçıdır İş materiallarında olan AZ-İV seriyalı, 251803 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 11.03.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bəhrəmli Uğurun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-899/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, 10.03.2012-ci ildə anadan olmuş X2 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi barədə Qobustan Rayon Məhkəməsinin 2(026)-156/2020 saylı, 29 Sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-610/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsindan görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, uşaq atası ilə qanuni əsaslarla qalmır və anasına qaytarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış iş yerinə dair arayışdan görünür ki, Cavabdeh ARDNŞ-nin “Qaz İxrac İdarəsinin” X11 Kəmərləri Sahəsində əmək müqaviləsi üzrə qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işləyir və aylıq əmək haqqı 537,60 manat təşkil edir. İş materiallarında olan “Qaz İxrac İdarəsinin” X11 Kəmərləri Sahəsinin 19.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh yanvar ayında 338,47 manat, fevral ayında 264,25 manat, mart ayında 360,56 manat aliment tutulmuş, 2021-ci ilin yanvar ayı üzrə tutulmalardan sonra Cavabdeh özünə 331,68 manat, fevral ayı üzrə 265,87 manat, mart ayı üzrə 350,44 manat ödənilmişdir. İş materiallarında olan kredit üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh Azərbaycan Beynəlxalq Bankının Şamaxı filialı tərəfindən 06.08.2019-cu il tarixdə 10000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.3. üç və daha çox uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının MPM-nin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə, izahatları dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək və yuxarıda sadalanan hüquq normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşı, mənafeyi, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, tərəflərin ailə və maddi vəziyyəti, iddiaçının işləməməsi, cavabdehin aylıq qazancının dəyişkən olması və aylar üzrə məbləğləri, təyin edilmiş alimentin 2021-ci il üzrə uşaqlar üçün yaşayış minimumu normasını tam ödəməməsi, habelə 2021-ci il üzrə yaşayış minimumunun ölkə üzrə 196 manat olmaqla cavabdehə 2021-ci ildə aylıq tutulmalardan sonra ödənilən məbləğlərin həmin minimumdan orta hesabla aylıq 120 manat artıq olması (yəni ((331,68-196)+(265,87- 196)+(350,44-196))/3=120 manat) və həmin məbləğin üç azyaşlı uşağın (hər birinə 40 manat hesablanmaqla) təminatına yönəldilməsinin uşaqların və cavabdehin mənafeyi baxımından ədalətli tarazlıq yaratması, eyni zamanda iş materiallarında olan məhkəmə aktları ilə müəyyən edilən hallar, tərəflərin cavabdehin kredit götürdüyü vaxt və digər məsələlər barədə izahatları nəzərə alınaraq, ilk iddia qismən təmin edilməli, 08 iyun 2010-cu il təvəllüdlü X3, 11 mart 2019-cu il təvəllüdlü X4, 10 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində və əlavə olaraq hər ay hər uşağa görə 40 (qırx) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilməli, hazırki qətnamə üzrə alimentin hesablanması 08 iyun 2010-cu il təvəllüdlü X5, 11 mart 2019-cu il təvəllüdlü X7 münasibətdə iddia ərizəsinin verildiyi 31 mart 2021-ci il tarixdən, 10 mart 2012-ci il təvəllüdlü X6 münasibətdə isə onun faktiki iddiaçının himayəsinə verildiyi tarixdən hesablanmalıdır. Həmçinin, yuxarıda qeyd olunanlara, o cümlədən iş materialarında olan məhkəmə aktları ilə müəyyən edilən hallara (nikah pozulduqdan sonra uşaqların ananın yanında qalmasının müəyyən edilməsi, 10 mart 2012-ci il təvəllüdlü uşağın atadan alınaraq anaya verilməsi, 10 mart 2012-ci il təvəllüdlü uşağın atası ilə qanuni əsaslarla qalmaması və anasına qaytarılmalı olması hallarına) əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbləri əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. 08 iyun 2010-cu il təvəllüdlü X3, 11 mart 2019-cu il təvəllüdlü X4, 10 mart 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin yarısı məbləğində və əlavə olaraq hər ay hər uşağa görə 40 (qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Hazırki qətnamə üzrə alimentin hesablanması 08 iyun 2010-cu il təvəllüdlü X5, 11 mart 2019-cu il təvəllüdlü X7 münasibətdə 31 mart 2021-ci il tarixdən, 10 mart 2012-ci il təvəllüdlü X6 münasibətdə onun faktiki iddiaçının himayəsinə verildiyi tarixdən hesablansın. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar