Məhkəmə qərarları › İş №2(002)-1288/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1288/2023

31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1288/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)- 2430/2018 saylı qətnaməsi üzrə 21 noyabr 2012-ci il təvəllüdlü X1 və 24 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat olmaqla, iki uşağa görə cəmi 308(üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutulsun hissəsində qətnaməda dəyişdirilərək, cavabdehdən hər ay hər uşağa görə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minumumu həddində, yəni hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ Rayon Məhkəməsi (hakim Fuad Hüseynov) tərəfindən 24 avqust 2018-ci il tarixdə aliment ilə əlaqədar aşağıdakı məzmunda 2(002)-2430/2018 saylı qətnamə qəbul edilmişdir: 01 iyun 2018-ci il tarixdən başlayaraq 21 noyabr 2012-ci il təvəllüdlü X1 və 24 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla, iki uşağa görə cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2430/2018 saylı qətnaməsi ilə alimentin məbləği hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla, iki uşağa görə cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Qanununa əsasən, alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq, xx.xx.2023-cü il tarixdən etibarən hər ay 1 uşağa görə 220 manat olmaqla, iki uşağa görə cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində hesablanaraq tutulmalı olduğu halda, cavabdeh könüllü qaydada qeyd olunan aliment məbləğini, yaxud bu məbləğə yaxın həddə ödəməmişdir. Bu barədə şifahi müraciətləri olmuşdur. Uşaqlar son vaxtlarda xəstəliklərinə görə xəstəxanada müalicə almaqlarına baxmayaraq cavabdeh demək olar ki, uşaqlar ilə maraqlanmır. Buna görə də o, bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətinda qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq qeyd etdi ki, uşaqları xəstədir, qızı ürək qüsurludur, oğlu danışa bilmir, onun özü hal-hazırda işləyir, 250 manat əmək haqqı alır. Cavabdeh ikinci dəfə ailə qurub. Uşaqlara onun özü baxır, cavabdeh övladlarının ehtiyaclarını ödəmir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini, hal-hazırda evləndiyini və iki uşağa birlikdə uzağı 400 manat ödəyə biləcəyini demişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2430/2018 tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 3500 manat dəyərində qızıl komplekt, 2000 manat dəyərində qızıl sep, 189 manat dəyərində iki ədəd üzük və ya onların dəyəri alınaraq İddiaçı verilməsi, 01 iyun 2018-ci il tarixdən başlayaraq 21 noyabr 2012-ci il təvəllüdlü X1 və 24 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İİİ seriyalı № 003416 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 noyabr 2012-ci il təvəllüdlü X1 atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş AZ-İİİ seriyalı № 518912 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 mart 2015-ci il təvəllüdlü X2 atası Cavabdehdur, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. Tərəflərin iki övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki,tərəflərin iki övladlarının olması, uşağların iddiaçının yanında olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (iki uşağa görə 308 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, həmçinin hər iki tərəfin maddi vəziyyətini, uşaqları saxlamanın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21 noyabr 2012-ci il təvəllüdlü X1 və 24 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2430/2018 tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 210 manat, iki uşağa görə cəmi 420 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 noyabr 2012-ci il təvəllüdlü X1 və 24 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2430/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə 21 noyabr 2012-ci il təvəllüdlü X1 və 24 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 210(iki yüz on) manat, iki uşağa görə cəmi 420(dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar