Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1289/2023 14.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** №-li qəbzin surətindən görünür ki, Vəkil İddiaçı 120 manat dəyərində hüquqi xidmət göstərmişdir.
2. İddiaçı müraciəti ilə əlaqədar Qaradağ Rayon 10-cu Polis Bölməsində aparılan araşdırma zamanı vərəndaş Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə aşağıdakı məzmunda izahat yazılmışdır: “..özünün mütəmadi olaraq həmin şəxsdən nisyə qızıl-zinət alıb pulunu ödəmişdir. Sonuncu dəfə 2021-ci ilin iyul ayında 11600 manatlı qızıl-zinət əşyaları almış həmin qızılları Mərkəzi Univermaq təhvil götürmüşdür. Həmin puldan 2021-ci ilin avqust ayında 2000 manat 2022-ci ilin yanvar ayında isə 4000 manat vermişdir. Bugünədək həmin şəxsə 5600 manat pul verməli olduğunu, lakin hal-hazırda işdəmədiyini, müflis olduğunu, idarə etdiyi avtomobili satdığını və öz adına əmlakı olmadığını bildirmiş, işləri qaydasında düşəndə borcunu qaytaracağına söz vermişdir. İzahatı özüm yazdım, düzgündür. Düzgünlüyünü imzamla təsdiq edirəm.”
İddia tələbi
3. İddiaçı Cavabdehna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5600 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 76 manat, vəkillə bağlanmış müqaviləyə görə 250 manat, cəmi 5926 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, X1 çalışdığı qızıl dükanından 2021-ci ilin iyul ayında dəyəri 11600 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Bundan sonra 2000 manat və sonra 4000 manat ödəniş etmiş qalıb 5600 manat borc bu günədək qalmışdır. O Qaradağ Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmiş, müraciəti əsasında Qaradağ RPİ-in 10cu PB-də araşdırma aparılmış və ona bildirilmişdir ki, məhkəməyə müraciət etmək hüququ vardır. Polisdə araşdırma zamanı cavabdeh xx.xx.2022-ci il tarixli izahatında borcunun olmasını etiraf etmiş ancaq ona qarşı heç bir hüquqi tədbir görülməmişdir. Borcun ödənilməsi üçün o dəfələrlə X2 xəbərdarlıq etmiş, ancaq təəssüf olsun ki, artıq 2 ilə yaxındır ki, borc ödənilməlidir. Dəfələrlə danışıqlar edilmişdir ki, ödənişlər edilsin ancaq hər dəfəsində müxtəlif bəhanələr gətirərək ödənişlərin edilməsindən süni şəkildə yayınmağa nail olmuşdur. O məcburiyyət qarşısında qalaraq Məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 442, 4452.2.1, 442.2.2, 448.1 və 445.7-ci maddələrinə istinad etmişdir.
6. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdeh iddiaçıdan tez-tez qızılzinət əşyaları almış, müəyyən məbləği ödədikdən sonra etibar qazanmış, lakin sonradan iddiaçıdan 11600 manatlıq qızıl-zinət əşyaları alaraq onların pulunun bir hissəsini ödədikdən sonra borclu qaldığı 5600 manat pulu isə ödəməmişdir. İddiaçının bununla bağlı çoxsaylı xəbərdarlıqlarına baxmayaraq cavabdeh borcunu ödəməmiş, iddiaçı polis orqanına müraciət etmiş, nəticədə cavabdeh polis orqanında izahat yazaraq borcunu etiraf etmişdir. İddiaçının vəkili qarşı tərəfin etirafı olduğundan iddianın təmin edilməsini xahiş edərək əlavə olaraq qeyd etdi ki, tələbdə vəkilin göstərdiyi xidmətə görə 250 manat xərc göstərilsə də, əslində 120 manat hüquqi yardıma görə xərc ödənilmişdir, bununla bağlı qəbzi təqdim edərək nəzərə alınmasını xahiş edir.
8. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o polisdə izahat versə də onun hesablamalarına görə iddiaçıya 3600 manat borcu vardır. O, iddiaçıdan qızıl alış-verişi etmiş, əvvəllər borclu qalmamışdır. Lakin son dəfə 2021-ci ilin iyul ayında 11600 manatlıq qızıl-zinət əşyaları almış, bir müddət sonar müflis olduğundan Elnurəyə olan borclarını ödəyə bilməmiş, öz evini avqust ayında satmışdır. Hesab edir ki, onun iddiaçıya cəmi 3600 manat borcu vardır. Bununla bağlı sübut təqdim edəcəkdir, belə ki, borcunun nə qədər olması ilə bağlı iddiaçı ilə yazışmaları vardır həmin yazışmaları təqdim edə bilər. Cavabdeh göstərilənlərdən əlavə polis bölməsində olan izahatını heç bir təzyiq altında olmadan yazdığını, bununla bağlı ona təsir və təzyiq olmadığını bildirdi.
9. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
11. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
12. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
13. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
14. 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
15. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
16. 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.
17. 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.
18. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
24. 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
25. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
26. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
28. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
29. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
b) Əsaslandırma
36. İddia qismən əsaslıdır.
37. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə şifahi nisyə alqı-satqı müqaviləsidir və hazırkı mübahisənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600-cü maddələri təşkil edir. Çünki, iddiaçı qızıl əşyalarını cavabdehin mülkiyyətinə vermək, cavabdeh isə qızıl əşyalarının qiymətini müəyyən müddət sonra ödəmək (nisyə satış) barədə şifahi razılığa gəliblər. Odur ki, hazırkı iddia tələbi müqavilədən irəli gələn tələbdir.
38. Həmin müqavilənin mövcudluğu üçün ilk növbədə oferta və aksept (Mülki Məcəllə 405.2), ikinci növbədə, forma tələblərinə riayət edilməsi, etibarlılığı (Mülki Məcəllə 406.1, 329.1, 329.3) yoxlanılmalıdır.
39. İddiaçının qızıl satışı ilə məşğul olması işin mübahisəsiz halıdır və bu hal iddiaçının ofertası, cavabdehin iddiaçıdan 11600 manat dəyərində qızıl-zinət qəbul etməsi müvafiq olaraq etibarlı akseptdir. Göstərilənlər cavabdehin polis bölməsinə verdiyi izahatı və məhkəmə araşdırması zamanı izahatında verdiyi etirafı ilə təsdiq edilir. Bu səbəbdən, Mülki Məcəllənin 405.2-ci maddəsinə uyğun olaraq etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə Mülki Məcəllənin 324.4, 329.3-cü maddələrin tələbinə əsasən etibarlıdır, etibarsızlığa səbəb olacaq hər hansı digər faktları tərəflər təqdim etməmiş və məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında etibarlı müqavilə münasibəti mövcud olmuşdur.
40. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh 11600 manat dəyərində qızıl-zinət əşyasını İddiaçı nisyə aldığını Qaradağ Rayon 10-cu Polis Bölməsində yazaraq imzaladığı izahatı ilə etiraf etmişdir. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq cavabdeh həmin izahatı azad iradəsi ilə yazdığını və ona hər hansı təsir və təzyiq edilmədiyini bildirmişdir.
41. Məhkəmə qeyd edir ki, cavabdeh iddianı etiraf etdiyi üçün öhdəliyi icra etməklə bağlı sübutetmə yükü ona keçmiş, lakin cavabdeh qeyd edilən əşyalara görə 3600 manat borcu qaldığını bildirsə də, nisyə aldığı əşyaların pulunu qismən ödəməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir.
42. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
43. Göstərilənlər “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019cu il tarixli Qərarında da öz əksini belə tapmışdır ki, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.
44. Məhkəmə qeyd edilən halları əsas götürərək, cavabdehin iddiaçı qarşısında nisyə aldığı əşyalara görə 5600 manat məbləğində pul öhdəliyinin yaranması halı aşkar olduğundan, iddia tələbi həmin hissədətəmin edilməlidir.
Məhkəmə xərcləri
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
46. Məhkəmə tələbin iddiaçının hüquqi yardıma çəkdiyi xərclərə görə 250 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzdən aydın olur ki, iddiaçı tərəfindən Vəkil hesabına 120 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir.
47. Məhkəmə hesab edir ki, vəkilə göstərdiyi hüquqi yardıma görə çəkilən xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Hazırkı mülki iş hüquqi mahiyyət etibarı ilə mürəkkəbliyi ilə seçilmir. Eyni zamanda, məhkəmə hazırkı mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin ümumilikdə 2 məhkəmə iclasında iştirak etməsini, tələb olunan bütün sübutların iddia ərisəzinə əlavə edilməsini və onun üzərinə hər hansı sübutun təqdim edilməsi vəzifəsinin qoyulmamasını, vəkil tərəfindən hər hansı vəsatətin qaldırılmamasını və yuxarıda qeyd edilən qəbzi nəzərə alıb hesab edir ki, 120 manat vəkilin xidmətləri üçün hazırkı işdə ağlabatan məbləğ olmaqla iddia tələbi bu hissədə qismən təmin edilməli, göstərilən hüquqi yardıma görə Cavabdeh İddiaçı xeyrinə 120 manat məbləğində pul tutulmalıdır.
48. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş 76 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə
49. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehin iddiaçıdan 11600 mant dəyərində qızıl-zinət əşyalarını nisyə aldığını etiraf etməsini, sonradan həmin əşyaların və ya onların dəyərinin bir qisminin qaytarılması halını sübut edə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndan 5600 manat pul vəsaiti, 120 manat hüquqi yardıma görə çəkilən xərcin əvəzi və ödənilmiş 76 dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
50. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 5600 (beş min yaltı yüz) manat pul vəsaiti, 120 (yüz iyirmi) manat hüquqi yardıma görə çəkilən xərcin əvəzi və ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova