Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-129/2021 02.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı avtomobilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı avtomobilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 1948 manat pul alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh etibarnamə olmadan idarə etdiyi 90PR 541 dövlət nişanlı avtomobil ilə ona məxsus "KİA Optima" markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq ona zərər yetirmişdir. Hadisə baş verərkən ona məxsus avtomobili etibarnamə ilə oğlu Ruslan Məmmədov idarə etmişdir. Baş vermiş hadisə ilə bağlı dövlət yol polisi müfəttişliyinin əməkdaşı tərəfindən protokol tərtib edilmiş və müəyyən olunmuşdur ki, cavabdehin həmin avtomobiliidarə etmək üçün etibarnaməsi olmamış və qayda pozuntusu da məhz onun təqsiri üzündən törənmişdir. Ona görə də Bakı şəhər Dövlət Yol Polisinin polis kapitanı X5 tərəfindən cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə cərimə edilməsi barədə TP ******* saylı, xx.xx.2020-ci il tarixli "İnzibati tənbeh vermə haqqında" qərar qəbul edilmişdir. Cavabdeh hadisə ilə bağlı yazdığı izahatında hadisənin onun təqsiri üzündən baş verdiyini etiraf etmişdir. Hadisədən sonra o avtomobili servisə aparmışdır və servisdə onun təmirinə 6898 manat xərc çəkiləcəyi müəyyən edilmişdir. Avtomobili sığortalı olduğundan sığorta şirkəti tərəfindən ona 4950 manat sığorta vəsaiti ödənilmişdir. Lakin əlavə 1948 manat da lazımdır ki, avtomobilimin təmir xərcini tam ödəsin. Lakin cavabdeh həmin əlavə xərci könüllü olaraq ödəməkdən imtina edir. Ona görə də hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunveriliciyə əsasən iddia təmin edilməlidir. İddiaçı nümayəndəsi (oğlu) X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ekspertiza rəyində qeyd edilən məbləğlə razı deyil, belə ki, “Kia motors” tərəfindən ərtib edilmiş qüsur aktında qeyd olduğu kimi avtombilin bərpasına 6898 manat lazım olmuş, buna sübut olaraq məhkəmə təqdim edilən ödəniş qəbzindən göründüyü kimi, avtomobilin təmiri üçün lazım olan ehtiyat hissələri bir qismi üçün 6200 manat artıq onların tərəfindən “Kia motorsa” ödənilmiş, maddi imkanları kifayət etmədiyi üçün hissələri hələlik almamışlar. Cavabdeh məhkəmənin ünvanına xx.xx.2020-ci il tarixdə etiraz ərizəsi göndərərək, iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, sığorta tərəfindən iddiaçıya 4950 manat pul ödənilmişdir və yenidən ondan tələb edilməsi üçün heç bir əsas yoxdur Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində AR İXM-nin 327.1 və 332.1-ci maddələri ilə protokol tərtib edilmiş, Cavabdeh həmin maddələrlə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli 18 nömrəli “KİA MOTORS” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «Kia Optima» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinə görə cəmi 6898 manat məbləğində pul vəsaiti tələb olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AB seriyalı 806526 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Kia Optima» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/4039 nömrəli rəyindən görünür ki, «Kia Optima» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5024 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, “KİA MOTORS” Avtoservisdə ehtiyat hissələri üçün 6200 manat ödənilmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları, inzibati xəta haqqında protokol, qərar və digər sübutlarla müəyyən edilmiş işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il idarə etdiyi avtomobillə manevr etmə qaydasını pozmaqla, Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə İddiaçı maddi ziyan vurması barədə inzibati protokol tərtib edilmiş, Cavabdeh həmin maddələrlə 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə, iş üzrə tərəflər arasında mübahisələdirilməyən hal - İddiaçı mülkiyyətində olan avtomobilin zədələnməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi və həmin hadisə nəticəsində iddiaçıya maddi ziyan dəyməsi, dəymiş maddi zərərə görə iddiaçıya sığorta şirkəti tərəfindən ona 4950 manat sığorta vəsaiti ödənilməsidir. Məhkəmə qeyd edir ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati tənbeh vermə haqqında xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə sübuta yetirilir. Həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Tərəflər arasında mübahisələndirilən hal, avtomobilin təmir-bərpa işlərinə görə tələb olunan məbləğlə əlaqəlidir. Məhkəmə hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/4039 nömrəli rəyi ilə müəyyən edilən məbləğ məhkəmə tərəfindən əsas götürülə bilməz, belə ki, iş materiallarına əlavə olunan ödəniş qəbzindən göründüyü kimi, avtomobil tam təmir olunmasa da, xx.xx.2020-ci l tarixində avtomobilin qismən təmiri üçün artıq 6200 manat ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tam təmin edilməlidir. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. X6 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 1948 (min doqquz qırx səkkiz) manat pul alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 1948 (min doqquz qırx səkkiz) manat pul alınaraq İddiaçı ödənilsin. 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-129/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-129/2021
02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver