Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1292/2021 07.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02.12.2019-cu il tarixli müqavilə üzrə “Panasonic” markalı ev telefonu üçün 55 manat ödənilməmiş hissə, 5 manat cərimə, 02.12.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********30343 olan “Huawei P30 Lite” markalı telefon üçün 898 manat ödənilməmiş hissə, 89 manat cərimə, 09.01.2020-ci il tarixli müqavilə üzrə “Modem TP- LİNK”, “İP Player”, “Xiaomi” markalı qulaqlıq üçün 243 manat ödənilməmiş hissə, 24 manat cərimə, ümumilikdə 1314 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1344 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 02.12.2019-cu il, 02.12.2019-cu il və 09.01.2020-ci il tarixli müqavilələrə əsasən, “PANASONİC” markalı ev telefonu, İMEİ kodu **********30343 olan “Huawei P30 Lite” markalı telefon, “Modem TP-LİNK”, “İP Player”, “Xiaomi” markalı qulaqlıq almış və 1314 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 02.12.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 60 manat olan (12X5 manat + 0 manat ilkin ödəniş) “Panasonic” markalı ev telefonu üçün ümumilikdə, 60 manat olmaqla, ondan 55 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 manat cərimə miqdarında borc yaranmışdır. 02.12.2019cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 985 manat olan (20 ay X 40 manat + 5 manat ilkin ödəniş) İMEİ kodu **********30343 olan “Huawei P30 Lite” markalı telefon üçün ümumilikdə 987 manat olmaqla, ondan, 898 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 89 manat cərimə, 09.01.2020ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 985 manat olan (20 ay X 49 manat + 5 manat ilkin ödəniş) İMEİ kodu **********30343 olan “Huawei P30 Lite” markalı telefon üçün ümumilikdə 987 manat olmaqla, ondan 898 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 manat cərimə, olmaqla, cavabdehin cəmi ödədiyi məbləğ 92 manat təşkil edir. Bundan əlavə, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.12.2019-cu il tarixli, 01094862 №-li alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli, 01094862 №-li müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 12 ay müddətinə hissə-hissə ödəniş etmək şərti ilə, ayda 5 manat ödəməklə 60 manat məbləğində “Panasonic” markalı ev telefonu satmışdır. İş materiallarında olan 02.12.2019-cu il tarixli, 01094798 №-li alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli, 01094798 №-li müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 20 ay müddətinə hissə-hissə ödəniş etmək şərti ilə, ilkin ödəniş 49 manat, ayda 5 manat ödəməklə 985 manat məbləğində (İMEİ kodu **********30343) “Huawei P30 Lite” markalı telefon və “Power Bank Mİ” satmışdır. İş materiallarında olan 09.01.2020-ci il tarixli, 20022905 №-li alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.01.2020-ci il tarixli, 20022905 №-li müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 18 ay müddətinə hissə-hissə ödəniş etmək şərti ilə, ilkin ödəniş 0 manat, ayda 13,5 manat ödəməklə, 243 manat məbləğində “Modem TP-LİNK”, “İP Player”, “X1 Black” markalı qulaqlıq satmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, 02.12.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən “Panasonic” markalı ev telefonu üçün 55 manat məbləğində ödənilməmiş hissə, 5 manat cərimə, 02.12.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən “Huawei P30 Lite” markalı telefon və “Power Bank Mİ” üçün 898 manat məbləğində ödənilməmiş hissə, 89 manat cərimə, 09.01.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən “Modem TP-LİNK”, “İP Player”, “X1 Black” markalı qulaqlıq üçün 243 manat məbləğində ödənilməmiş hissə, 24 manat cərimə, ümumilikdə 1314 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02.12.2019-cu il tarixli, 02.12.2019-cu il tarixli, və 09.01.2020-ci il tarixli alğı-satqı müqavilələri mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alğı-satqı müqavilələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan müqavilə üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin iddiaçı qarşısında pul öhdəliyini icra etməmişdir. Buna görə də, iddiaçı "xxxx" MMC-nin əşyanın dəyərindən ödənilməmiş məbləği tələb etməsi əsaslıdır. Bundan əlavə, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də, iddiaçı "xxxx" MMC-nin müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə penyanın tutulmasını tələb etməsi əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-480, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 02.12.2019-cu tarixli müqaviləyə əsasən 55 manat məbləğində ödənilməmiş hissə, 5 manat cərimə, 02.12.2019-cu tarixli müqaviləyə əsasən 898 manat məbləğində ödənilməmiş hissə, 89 manat cərimə, 09.01.2020-ci tarixli müqaviləyə əsasən 243 manat məbləğində ödənilməmiş hissə, 24 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1344 manat pul tutularaq, iddiaçı "xxxx" MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1292/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1292/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver