Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1294/2024 01.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc olaraq verilmiş 3000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, qızı X1 27 fevral 2019-cu il tarixdə rəsmi nikah əsasında Cavabdeh ilə ailə həyatı qurmuşdur. Yaranmış ailə mühaqişəsi zəminində onlar arasında olan nikah pozulmuşdur. Bundan sonra iddiaçı qızı X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək toy vaxtı ona hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarından çəkisi 6 qram olan, 585 ǝyarlı Türkiyə istehsalı bir cüt sırğa və çəkisi 6 qram olan, 585 ayarlı Türkiyə istehsalı olan bilərziyin və ya oların dəyəri cəmi 1500 manat pulun və valideynləri tərəfindən borc olaraq verilmiş 4000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edərkən belə qənaətə gəlmişdir ki, iddiaçının nümayəndəsi İddiaçı izahat verərək cavabdehǝ 3000 manat pulu borc olaraq verdiyini bildirmişdir. Həmçinin Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi (atası) İddiaçı, iddiaçının özü və vəkilinin izahatları, eləcə də cavabdehə məxsus səs yazısından aydın olduğu kimi həmin borc məbləği cavabdehə iddiaçı tərəfindən deyil, iddiaçının valideyni tərəfindən verilmişdir. Bu səbəbdən də iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. 3000 manat borc verilməsi ilə bağlı sübut kimi təqdim etdiyi diskdə olan, "WhatsApp" sosial platforması vasitəsilə əldə edilmiş, Cavabdeh məxsus səs yazısında "anan 3000 manat pul verdi, Melisa üçün borc götürmüşdü, onda 1000 manatını yiyəsinə qaytardı, yerdə qaldı 2000 manat, sosialı da bağlatdırdınız, orda da elə 3000 manatdan çox pul idi. Nəyin pulunu verim, cibimdəki 10 qəpiyi verim? Gedin məhkəməyə ərizə verin, aliment nədir onu verəcəm" səsləndirilir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
3. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının qızı X1 27 fevral 2019-cu il tarixdə rəsmi nikah əsasında Cavabdeh ilə ailə həyatı qurmuşdur. Yaranmış ailə mühaqişəsi zəminində onlar arasında olan nikah pozulmuşdur. Bundan sonra iddiaçı qızı X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək toy vaxtı ona hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarından çəkisi 6 qram olan, 585 ǝyarlı Türkiyə istehsalı bir cüt sırğa və çəkisi 6 qram olan, 585 ayarlı Türkiyə istehsalı olan bilərziyin və ya oların dəyəri cəmi 1500 manat pulun və valideynləri tərəfindən borc olaraq verilmiş 4000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)- 213/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edərkən belə qənaətə gəlmişdir ki, iddiaçının nümayəndəsi İddiaçı izahat verərək cavabdehǝ 3000 manat pulu borc olaraq verdiyini bildirmişdir. Həmçinin Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi (atası) İddiaçı, iddiaçının özü və vəkilinin izahatları, eləcə də cavabdehə məxsus səs yazısından aydın olduğu kimi həmin borc məbləği cavabdehə iddiaçı tərəfindən deyil, iddiaçının valideyni tərəfindən verilmişdir. İddiaçı iddia ərizəsi əsassız və mülki prosessual qanunvericiliyin tələbinə uyğun olmadığından rədd edilməlidir. Çünki eyni tələb üzrə bir dəfə iddia qaldırılmışdır və buna dair Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı pul tələbinə dair hər hası iş üzrə mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi o İddiaçı rəsmi olaraq heç bir borc pul almamışdır. Qızı ilə nikahı pozulandan sonra bu ailə onu artıq dördüncü dəfədir ki, əsassız yerə ona qarşı məhkəmələrdə iddia qaldırır.
4. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
5. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh keçmiş kürəkənidir. Bu iddiadan əvvəl onun qızı cavabdehə qarşı qızıl tələbinə dair iddiası üzrə mülki işə baxılan zaman cavabdehin səs yazıları təqdim edildi, eyni zamanda cavabdehin izahatından və şahid ifadələrilə müəyyən edilmişdir ki, cavabdeh onun qızı ilə evli olduğu bütün dövr ərzində, hətta qızı övladlarını dünyaya gətirdiyi dövrdə onların ailəsindən pul tələb etmiş, daim qızına zəng edərək qızını valideynlərindən pul almağa vadar etmiş, hətta qızının qızıllarını satmaqla hədələmişdir. Cavabdehin bu hərəkətlərinə görə qızının ailəsi dağılmışdır. Hazırkı 3000 manatı da o cavabdehə vermişdi. Belə ki, cavabdeh qızı ilə birlikdə onlara qonaq gəlmiş, sürücülük vəsiqəsini onlara göstərərk bu yaxınlarda avtomobil alacağını və işlərinin yaxşılaşacağını bildirmiş və pul istəmişdir. O da yoldaşına 3000 manat gətirməsini xahiş etmiş, yoldaşı həmin pulu gətirmiş və o, pulu Cavabdeh borc vermişdir. Həmin pul məbləği sonradan ona qaytarılmamış, cavabdeh həmin pulun verilmədiyini iddia etmiş, hazırkı halda cavabdehin qızı ilə boşanmasından sonra pulun qaytarılmaması onun ailəsini əlverişsiz vəziyyətə salmışdır.
6. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ona pul verməmişdir. Avtomobil alsa idi bu gün avtomobili olardı, verdikləri məbləği qızının ailəsi üçün vermiş, həmin pul nəvəsinə xərclənmişdir. Cavabdehə heç bir borcu yoxdur, keçmiş yoldaşına alimenti çətinliklə ödəyir. Prosesin digər iştirakçılarının ifadələri
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək iddiaçının həyat yoldaşı olduğunu, 2023-cü ildə tarixi dəqiq xatırlamadığı vaxtda, keçmiş kürəkəni Cavabdeh qızı ilə onlara qonaq gəlmiş, oturduqları vaxt Anar onlara sürücülük vəsiqəsini göstərərək yeni maşın almaq istədiyini bildirmiş, bunun üçün pula ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra yoldaşı Yaşar ona içəri otaqdan pul gətirməsini söyləmiş, o da 3000 manatı gətirib yoldaşına vermiş, yoldaşı Yaşar həmin pulu Anara borc vermişdir. Anar qızları ilə evli olan zaman daima qızını narahat etmiş, pul istəmiş, qızıllarını satacağı ilə hədələmiş və qızıllarının bəzisini satmışdır. Məhkəmənin mövqeyi: a)İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
8. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
9. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
10. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
11. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
12. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
13. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
14. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
15. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
16. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
17. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
18. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
21. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
24. İddia əsaslıdır.
25. İşin halları bundan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən 3000 manat məbləğin borc verildiyini qeyd edərək həmin məbləğin geri qaytarılmasını tələb edir. Tərəflər arasında qanunla müəyyən olunmuş qaydada yazılı borc müqaviləsinin bağlanmadığı işin mübahisəsiz halıdır
26. Odur ki, məhkəmə ilk növbədə sübutetmə ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehə 3000 manat pul verməsi faktını təsdiq etmək üçün sübut qismində şahid ifadəsi və «WhatsApp» proqram təminatı vasitəsilə həyata keçirilmiş yazışmalarını təqdim etmişdir. “WhatsApp” sosial platforması vasitəsilə əldə edilmiş, Cavabdeh məxsus səs yazısında deyilir: “azırıncı dəfə oturmuşduq, maman 3000 manat pul verdi, sənə də dedim, mamana da dedim, o üç minin elə min manatını Melisa üçün borc götürmüşdüm, ondan min manatını yiyəsinə qaytardım, yerdə qaldı iki min manat, sosialı da bağlatdırdınız, orda da elə üç min manatdan çox pul idi. Nəyin pulunu verim, on qəpiyim var onu verim? Gedin məhkəməyə ərizə verin, aliment nədir onu verəcəm” səsləndirilir.
27. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş həmin sübuta qiymət verərək qeyd edir ki, həmin «Whatsapp» platforması vasitəsilə göndərilən səs yazısı birbaşa hüquqi mübahisə barəsində həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir.
28. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, Mülki Prosessual Məcəllənin 76.3cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
29. Məhkəmə «Whatsapp» platforması vasitəsilə göndərilən səs yazısına hüquqi qiymət verərək qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarındakı mövqe nəzərə alınmaqla «Whatsapp» yazışmaları, səs yazıları birbaşa hüquqi mübahisə barəsində həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir.
30. Məhkəmə onu da qeyd edir ki, cavabdeh qeyd edilən sübutun mötəbərliyini mübahisələndirməmiş, səsin özünə aid olmasını inkar etməmiş, pulun verilməsini inkar etməmiş, lakin həmin pulun uşağına ailəsinə xərcləndiyini, borc olaraq verilmədiyini bildirmiş və etirazının əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
31. Məhkəmə şahid ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, Kifayət Muradova 3000 manatın Cavabdeh verilməsinin birbaşa şahidi olduğu və hadisə ilə bağlı dolğun, digər sübutlarla uyğunluq təşkil edən ifadə verdiyi üçün həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir.
32. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən plenum qərarındakı mövqeyi nəzərə alıb, iş materiallarına əlavə edilmiş diskdə olan «Whatsapp» səs yazısına şahid ifadəsi ilə birlikdə qiymət verərək, işin hallarını nəzərə alıb hesab edir ki, iddiaçı cavabdehə 3000 manat məbləğində pul vəsaitini verməsini təsdiq etməklə bağlı üzərinə düşən sübutetmə yükünü icra etmişdir.
33. Qeyd edildiyi kim, tərəflər arasında qanunla müəyyən olunmuş qaydada yazılı borc müqaviləsinin bağlanmadığı işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
34. Mülki qanunvericilik Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdləri əhəmiyyətsiz olmaqla qanunun tələbinə görə bağlandığı andan etibarsız əqdlərə aid edir və əqd etibarsız olduğu halda əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəmək qaydasını müəyyən edir (Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş rəsmi şərhə əsasən Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
36. Məhkəmə hesab edir ki, borc müqaviləsinin lazımı forma və qaydasına riayət olunmadığı üçün, cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi ona qaytarmalı, yəni etibarsız əqd üzrə əsassız varlanma qaydaları tətbiq edilməklə iddia təmin edilməlidir. Məhkəmə xərcləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
38. Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
39. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
40. Həmin qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
41. İşdə olan sənədlərdən aydın olur ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən maddələrin tələbinə əsasən, 50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə
42. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh borclu olduğu 3000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməli və 50 manat məbləğində ödənilməmiş dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.
43. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 3000 manat pul vəsaiti tutularaq İddiaçı verilsin. İddiaçının azad edildiyi 50 dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova