Məhkəmə qərarları › İş №2(002)-13/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-13/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-13/2024 05.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Rafael oğlunun cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı öhdəliklərdən irəli gələn pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 Mahir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30 ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına xx.xx.2016-ci il tarixli, RX seriyalı, ******* nömrəli reyestrlə qeydə alınmış 10367 kv. metr qeyri-yaşayış sahəsinin, eləcə də bu sahəyə aid olan 0,6141 ha torpaq sahəsinin, o cümlədən JN6908 Kod 00200003, xx.xx.2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2,0 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metr-dən ibarət olan 3 ədəd anbar binalarının “X2” MMC-nin əməli istifadəsinə verilməsini, cavabdehlərin və üçüncü şəxslərin həmin sahələrdən çıxarılmasını, xx.xx.2019-cu il tarixdən başlayaraq-həmin sahələrin “X2” MMC-nin əməli istifadəsinə verilən günədək həmin sahələrin icarəsindən və əməli istifadəsindən əldə edilən gəlirlər müəyyənləşdirilərək ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-444/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 Mahir oğluna qarşı öhdəliklərdən irəli gələn pul tələbinə dair mülki işin icraatı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2313/2021 saylı qətnaməsi qanuni qüvvəyə minənədək dayandırılmışdır. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, 12 fevral 2020ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər “X2” MMC-yə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Ləğv prosesində olan “Bank Standart” KB və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi, İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiası və Cavabdeh2 MMC-nin İddiaçı qarşı 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması barədə müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası üzrə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxslər “X2” MMC-yə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Ləğv prosesində olan “Bank Standart” KB və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi barədə iddiası təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30 ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına xx.xx.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyriyaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə mülkiyyət hüququ və JN 6908, Kod 00200003 saylı 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə hüquqlar və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına “X2” MMC-nin istifadə hüquqları tanınmış, Cavabdeh2 MMC-nin İddiaçı qarşı 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması barədə Müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası təmin olunmamış, İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 İddiaçı xeyrinə 79271,79 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə) tutulmuş, İddiaçı pul tələbinə dair iddiasının qalan hissəsi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2313/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2n, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” X1 Əmanətlərin Sığortalanması Fondunun ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı barışıq razılaşması haqqında müqavilədən irəli gələn öhdəliyin icra edilməsi və pul tələbinə dair iddiaları təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh2, Cavabdeh1 və İddiaçı arasında bağlanmış 12 aprel 2019-cu il tarixli Barışıq razılaşması haqqında müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 4080/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2020-ci il tarixli, 2(103)-2313/2021 nömrəli qətnaməsi ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-822/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-190/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, ilk iddia Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən Cavabdeh2 MMC-nin adına xx.xx.2016-cı il tarixli, RX seriya, ******* saylı reyestrlə 22 iyul 2016-cı il tarixdə qeydə alınmış 1036,7 kv. metr qeyri-yaşayış sahəsinə və bu sahəyə aid olan 0,06141 ha torpaq sahəsinə “X2” MMC-nin mülkiyyət hüququnun tanınmasına; JN 6908, Kod 00200003 saylı 04 mart 2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə ilə Cavabdeh2 MMC-yə verilmiş 2.0 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilən hər biri 960 kv. metrdən ibarət olan 3 (üç) ədəd anbar binalarına “X2” MMC-nin istifadə hüquqlarının tanınmasına, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28- 30-cu km.də yerləşən, hər biri 960 kv.metrdən ibarət üç ədəd anbar binalarına və bu anbar binalarının yerləşdiyi, 10 may 2017-ci il tarixli 297/3288 saylı icarə müqavilələri ilə Cavabdeh2 MMC-nin istifadəsində olan torpaq sahəsinə “X2” MMC-nin istifadə hüququnun tanınmasına dair hissədə rədd edilmişdir. (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103-822/2022 saylı, 23 may 2022-ci il tarixli qərardadı ilə ilk iddia üzrə 749.657,41 ABŞ dolları məbləğində pulun tutulmasına dair iddia tələbindən imtina olunduğu üçün həmin hissədə iş üzrə icraata xitam verilmişdir). Eyni zamanda qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh2 MMC, İddiaçı və Cavabdeh1 arasında bağlanmış 12 aprel 2019-cu il tarixli “Barışıq razılaşması haqqında müqavilə” etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-20/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 822/2022 nömrəli, 23 may 2022-ci il tarixli qətnaməsi “qarşılıqlı iddianın Cavabdeh2 MMC, İddiaçı və Cavabdeh1 arasında bağlanmış 12 aprel 2019-cu il tarixli “Barışıq razılaşması haqqında müqavilə”nin borcun etirafı hissəsinin etibarsız hesab edilməsinə dair tələbinin təmin edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir. Göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-444/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki işin dayandırılmasına əsas olan səbəb aradan qalxmış, iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və Cavabdeh2 MMC heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X4 ərizə verərək işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil3 işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili X3 və Cavabdeh1 vəkili Vəkil3 izahatlarını dinləyib hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.7-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Rafael oğlunun cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı öhdəliklərdən irəli gələn pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 20 manat dövllət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar