Məhkəmə qərarları › İş №2(002)-1318/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1318/2022

05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1318/2022 05.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.500 manat pul vəsaitinin və ödənilmiş 129 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Hərbi Hospitalında tibb bacısı işləyir. 2019-cu ilin aprel ayında o kimi Ziya adlı şəxs vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur və bir ay yarım müddətində ona tibbi yardım göstərmişdir. Həmin vaxt cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini, özünün şəxsi tikinti şirkətləri olduğunu, istəyən adamlara pensiya, sosial yardım və direktoru olduğu şirkətlərə işə qəbul etdiyini demişdir. Eyni zamanda, Cavabdeh bildirmişdir ki, 12.500 manat pul versə, hər ay aldığı 160 manat məbləğində pensiyası 101 manat artırılacaq və onun oğlunu direktoru olduğu «Qlobal-15» və "xxxx" MMC-yə işə götürəcək. O da, Cavabdeh sözlərinə inanıb pulu hissə-hissə verəcəyini demişdir. İlkin olaraq 2019-cu ilin iyun ayında Cavabdeh mühasibi kimi təqdim etdiyi Şamil adlı şəxsə 1.500 manat, sonra həmin yerdə Cavabdeh sürücüsü Şamilin atası Şahinə 2.000 manat, Cavabdeh özünə isə Yasamal rayonu ərazisində kirayə qaldığı mənzildə 7.000 manat pul vermişdir. Sonuncu dəfə 2019-cu ilin iyun ayının sonlarında Binəqədi rayonu ərazisində yerləşən parkda Manafın sürücüsü Şahinə 2.000 manat pul vermişdir. Beləliklə də, Cavabdeh ümumilikdə 12.500 manat məbləğində pul vermişdir. Cavabdeh onun adına olan «Paşa Bank» kartı vermiş və artıq həmin kartla 261 manat pensiya alacağını demişdir. Cavabdeh pensiya kartına hər ay 101 manat pul köçürmüşdür. O, əvvəl pensiya kartı ilə əvvəldən aldığı 160 manatı məxaric etmişdir, bir neçə gündən sonra isə kartına 101 manat köçürülmüş, həmin pulu da məxaric etmişdir. 2 aydan sonra isə kartına əlavə 101 manat mədaxil edilməmişdir. Cavabdeh onu aldadıb pullarını ələ keçirdiyini başa düşdükdə, verdiyi pulları tələb etsə də, Cavabdeh pulu qaytarmamışdır. Daha sonra ona məlum olmuşdur ki, Cavabdeh müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin etibarından sui-istifadə edərək pullarını mənimsəmişdir. Bundan sonra onun barəsində cinayət işi açılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(004)-16/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cavabdeh Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə, əsas cəzalar qismən toplamaq yolu ilə əlavə cəzaları ilə əhatə etmək yolu ilə, Cavabdeh qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 1(004)-16/2022 saylı cinayət işi üzrə məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Cavabdeh ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona özünü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini, özünün şəxsi tikinti cəmiyyətləri olduğunu, istəyən adamlara pensiya, sosial yardım düzəltdiyini və direktoru olduğu cəmiyyətlərə işə qəbul etdiyini deyib inandıraraq, onun 160 manat pensiya aldığını bilib 12.500 manat pul versə pensiyasını 101 manat artıracağını və oğlunu direktoru olduğu şirkətə işə götürəcəyini deyərək hissə-hissə olmaqla 12.500 manat pulunu ələ keçirmişdir. Beləliklə, cavabdeh onun 12.500 manat pulunu mənimsədiyini məhkəmə iclasında verdiyi ifadəsində özü şəxsən etiraf etmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsi ilə məhkəmə iclasının vaxtı barədə məlumat verilərək, ona təqdim edilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri göndərilmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək iddia tələbi irə razılaşmadığını bildirmişdir. Məhkəmə iddiaçının nünayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-16/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək, 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə, əsas cəzalar qismən toplamaq yolu ilə əlavə cəzaları ilə əhatə etmək yolu ilə, Cavabdeh qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, cavabdeh iddiaçıya 12.500 manat maddi ziyan vurmuşdur. Bu səbəbdən, 12.500 manat maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 129 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 12.500 manat pul vəsaiti və ödənilmiş 129 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12.500 manat pul vəsaiti və ödənilmiş 129 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar