Məhkəmə qərarları › İş №2(002)-1327/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1327/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1327/2020 09.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun alınması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxx 2015-ci il tarixli 104LN.1609.190515.R.00003 saylı kredit müqaviləsi üzrə 3062.599 ABŞ dolları əsas və 39.69 ABŞ dolları faiz olmaqla, cəmi 3102.28 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 2015-ci il tarixli 104.LN.1609.190515.R.00003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 20 faizlə 36 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavə razılığa əsasən, kreditin müddəti xx xxxx 1019-cu il tarixədək artırılmış, kreditin illik faiz dərəcəsi 13,40 faizə endirilmişdir.Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir.xx.xx.2020-ci il tarixə Cavabdeh banka xx xxx 2015-ci il tarixli 04.LN. 1609.190515.R.00003 saylı kredit müqaviləsi üzrə 3062.59 ABŞ dolları əsas və 39.69 ABŞ dolları faiz olmaqla, cəmi 3102.28 ABŞ dolları borcu vardır.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə razı olduğunu bildirərək, əvvəl işlədiyini, lakin hal-hazırda işləmədiyini, ixtisara düşdüyünü, başqa banka da borcu olduğunu, bankdan ödəmə ilə bağlı güzəşt olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 104LN.1609.190515.R.00003 saylı, xx.xx.2015-ci il tarixli islehlak krediti müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 36 ay müddətində, illik 20 faiz dərəcəsi ilə 7000 ABŞ dolları məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş, Cavabdeh 1xx xxx 2015-ci il tarixli 104LN.1609.190515.R.00003 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci tarixli, 05/50 saylı maliyyə arayışdan görünür ki, Cavabdeh “İddiaçı» ASC-yə xx.xx.2020-ci il tarixə 3062.599 ABŞ dolları əsas və 39.69 ABŞ dolları faiz olmaqla, cəmi 3102.28 ABŞ dolları borcu var. İş materiallarına əlavə olunmuş xx xxx 2015-ci il tarixli 104LN.1609.190515.R.00003 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, Cavabdeh əsas borc məbləği 7000 ABŞ dolları, faiz məbləği 2365,17 ABŞ dolları olmaqla 9365.**********9 ABŞ dollarını qaytarmağına öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx xxx 2015-ci il tarixli 104LN.1609.190515.R.00003 saylı kredit müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavə razılığa əsasən, kredit müqaviləsi kreditin müddəti xx xxxx 1019-cu il tarixədək artırılmış, kreditin illik faiz dərəcəsi 13,40 faizə endirilmişdir. xx xxx 2015-ci il tarixli 104LN.1609.190515.R.00003 saylı kredit müqaviləsinə 2 saylı Əlavəli ödəniş qrafikindən görünür ki, Cavabdeh əsas məbləğ 6998.99 ABŞ dolları, faiz məbləği 5636.66 ABŞ dolları olmaqla 1362.33 ABŞ dollarını ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli xx xxx 2015-ci il tarixli 104LN.1609.190515.R.00003 saylı kredit müqaviləsinə əsasən, ABŞ dolları valyutasında ona verilmiş kreditin faiz dərəcəsinin aşağı salınmasındas və müddətinin uzadılmasında ona köməklik göstərilməsini xahiş edilir. İş materiallarında olan kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh 6321.00 ABŞ dolları məbləğində pul vəsaitini təhvil almışdır. İş materiallarına əlavə olunmuş 12.11.14-15.05.15 əhatə dövrünü əks etdirən hesabdan çıxarışdan görünür ki, Cavabdeh müəyyən ödənişlər həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 19/718 xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini “İddiaçı ASC-yə 5 gün müddətində tam ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinəuyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 7000 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini 36 ay müddətində, illik 20%-lə həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə xx xxxxx 2016-cı il tarixli 1 saylı əlavə razılığa əsasən, kreditin müddəti xx xxxx 2019-cu il tarixədək artırılmış, kreditin illik faiz dərəcəsi 13,40 faizə endirilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir.Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı qarşısınd borc öhdəliyinin olduğunu qəbul edərək, iddia tələbini etiraf etmişdir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehAğasənovaGülbuta Əhmədqızından xx xxx 2015-ciiltarixli 104LN.1609.190515.R.00003 saylı kreditmüqaviləsi üzrə yaranmış 3062.59 ABŞ dolları əsasvə 39.69 ABŞ dolları faizolmaqla, cəmi 3102.28 ABŞ dolları məbləğində borc(ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə)və ödənilmiş 30 manatməbləğində dövlətrüsumututularaqİddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxx 2015-ci il tarixli 104LN.1609.190515.R.00003 saylı kredit müqaviləsi üzrə yaranmış 3062.59 ABŞ dolları əsas və 39.69 ABŞ dolları faiz olmaqla, cəmi 3102.28 ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə)və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar