Məhkəmə qərarları › İş №2(002)-1338/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1338/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1338/2022 26.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-in xeyrinə 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 21125.05 AZN əsas borc,3289.61 AZN faiz borcu,644.53 AZN cərimə borcu və kredit müqaviləsi üzrə 18.09.2021-ci il tarixdən 31.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 561.85 AZN məbləğində əldən çıxmış fayda olmaqla,ümumilikdə cəmi 25621.04 AZN borcun və 166.86 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 17 sentyabr 2019-cu il tarixli kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 13 faizlə 24 äy müddətinə kart vasitəsilə 21400 AZN kredit götürmüşdür Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 31 mart 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 21125.05 AZN əsas borc, 3289.61 AZN faiz borcu, 2578.1 AZN cərimə borcu və kredit müqaviləsi üzrə 18.09.2021-ci il tarixdən 31.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 561.85 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 27554.61 AZN borcu vardır. Cavabdeh 17 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2578.1 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 644.53 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır..Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabeh məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini əsas borcun hissəsində qəbul etdiyini, faiz borcu hissəsində qəbul etmədiyini bidlirmiş və bu barədə yazılı ərizə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, 6-D-1-0-250-19 nömrəli, 17.09.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 24 ay müddətinə, 13 faizlə 21400 manat məbləğində pul vəsaitini kredit verməyi, borcalan Cavabdeh isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş 31.03.2022-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, ödənilməmiş əsas borc üzrə 21125.05 manat, faiz borcu üzrə 3289.61 manat, cərimə borcu üzrə 2578.1 manat,əldən çıxmış faydaya görə 561.85 manat borcu olmaqla, cəmi 2554.61 manat kredit borcunun müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 6-D-1-0-250-19 nömrəli, 17.09.2019-cu il kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh 36 ay müddətinə hər ay 226.05 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.01.2022-ci il tarixli xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəsinə götürdüyü borc məbləğini İddiaçı ASC-yə 5 iş günü ərzində ödənilməsi tələb olunmuş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 17.09.2019-cu il tarixli kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh 1 ədəd plastik kart təhvil almışdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 6-D- 1-0-250-19 nömrəli, 17.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 13 faizlə 24 ay müddətinə 21400 manat məbləğində kredit verilmişdir. Həmçinin, məhkəmə araşdırması zmanaı müəyyən edilmişdir ki, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzəriunə götürüdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Bununla da, kredit üqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə cavabdehin bank qarşısında mülki hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə iclasında cavabdeh iddia tələbinin əsas borcun tutulması hissəsində qəbul etdiyini bildirmişdir. Eyni zamnada məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən eidlmişdir ki, müqvailə üzrə qlaıq borcun məbləği əsas borc üzrə 21125,05 manat, faiz borcu üzrə 3289,61 manat təşkil edir. Həmçinin, məhkəmə cavabdehin iddia tələbinin faiz borcunun tutulması hisəsinə etirazla bağlı onu qeyd edir ki, cavabdeh tərəfindən etirazın əsasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, həmin hissədə etirazın əsaslarının müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun qaytarılması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 166.86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçı tərəfindən hesablanmış əsas borc, faiz borcu və cərimə borcunu ayrıayrılıqda nəzərdən keçirərərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21125 manat məbləğində əsas borc, 3289.61 manat məbləğində faiz borcu, 200 manat məbləğdə cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 561.85 manat məbləğində faiz borcu olmaqla,ümumilikdə olmaqla, cəmi 25176.51 manat məbləğində kredit borcu və ödənilmiş 155,53 dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25176,51 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 165,53 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar