Məhkəmə qərarları › İş №2(002)-1348/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1348/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1348/2020 07.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 Cavabdeh qarşımüqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh qarşımüqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 397-xx.xx.2016-SM0026 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 764,95 manat, faiz borcu üzrə 53,03 manat, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla 14,13 manat faiz borcu olmaqla, cəmi 832,11 manat kredit borcunun, həmçinin iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,4 manat (qırx qəpik) bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xətai filialı ilə cavabdeh X6 arasında bağlanmış 397-xx.xx.2016-SM0026 nömrəli xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən X5 illik 21 faizlə 36 ay müddətinə 5300 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinini icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilən arayışa əsasən X7 vəfat etməsi səbəbilə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarında borclunun ölümünün zaminliyin xitamına səbəb olmadığı qeyd edilmişdir. Sözügedən 397-xx.xx.2016-SM0026 nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən X3 əsas borc üzrə 764,95 manat, faiz borcu üzrə 53,03 manat, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla 14,13 manat faiz borcu olmaqla, cəmi 832,11 manat borcu vardır. Bu səbəbdən iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən borca görə zamin olmuşdur. Lakin hazırda işsizdir, adına əmlak və hər hansı gəliri yoxdur. Tələb olunan məbləği maddi imkanı olmadığı üçün birdəfəyə ödəmək imkanına malik deyil, hissə-hissə ödəyə bilər. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə, izahatları dinləyib, işdə olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, 397-xx.xx.2016-SM0026 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə X9 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 397-xx.xx.2016-SM0026 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 21 faizlə 5300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli 397-xx.xx.2016-SM0026 zaminlik müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə X9 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 397-xx.xx.2016-SM0026 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixli 397-xx.xx.2016-SM0026 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən təqdim edilmiş 375 saylı, xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx xxxxxx 2016-cı il tarixli, 397xx.xx.2016-SM0026 saylı kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixinə 764,95 manat əsas borc, 53,03 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla 14,13 manat faiz borcu olmaqla, cəmi 832,11 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, əsas borclu öldükdən sonra zaminə qarşı irəli sürülmüş hazırki iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2018-ci il tarixli Qərarına əsasən, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Məhkəmə iddianın dövlət rüsumunun və bank xidməti haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 764,95 manat, faiz borcu üzrə 53,03 manat, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu üzrə 14,13 manat olmaqla, cəmi 832,11 manat borc pul vəsaiti, habelə 30 manat dövlət rüsumu və 0,4 manat bank xidməti haqqı tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar