Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(002)-1349/2021 07.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 11, mənzil 10-da yerləşən kreditor “xxxx” MMC (Electrolux-2)-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor «xxxx” MMC (Electrolux-2) Borclu oğluna qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Borclu ilə kreditor "xxxx" MMC (Electrolux-2) arasında hissə-hissə ödənilmək şərti ilə xx.xx.2019-cu il tarixli “**********5” saylı və xx.xx.2019-cu il tarixli “**********6” saylı alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə görə, kreditor tərəfindən Borclu 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə TV AKAİ 32DM1100S2 (399,04 manat) və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə TV SKYBERG TV40 SBX-1 (599,04 manat) ümumilikdə cəmi 998,08 manat dəyərində məişət əşyaları satılmışdır. Kreditor müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Borclu üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu günədək xx.xx.2019-cu il tarixli müqavilə üzrə 129,04 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 299.04 manat əsas borc olmaqla ümumilikdə cəmi 428,08 (dörd yüz iyirmi səkkiz manat səkkiz qəpik) manat əsas borcu ödəməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmışdır. Ona görə də borcludan 428,08 (dörd yüz iyirmi səkkiz manat səkkiz qəpik) manat əsas borcun və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 40 (qırx) qəpik bank xidmət haqqının, cəmi 448,48 (dörd yüz qırx səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində borcun "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, kreditor «xxxx” MMC (Electrolux-2) ilə Borclu arasında bağlanılmış xx.xx.2019cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən TV Skyberg TV40 SBX-1 (İMEİ S**********0233) markalı məhsulu, xx xxxxxx 2019-cu il tarixli malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən TV Akai 32DM1100S2 (İMEİ ua32dm1100s**********0248) markalı məhsulu kreditor «xxxx» MMC (Electrolux-2)-dən almışdır. Borclunun ümumilikdə 448.48 manat borcu vardır. Kreditor «xxxx” MMC (Electrolux-2) tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə edilmiş sənədlərlə kreditor «xxxx» MMC (Electrolux-2)-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanılmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatında olan Borclu 428,08 (dörd yüz iyirmi səkkiz manat səkkiz qəpik) manat əsas borcun və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 40 (qırx) qəpik bank xidmət haqqının, cəmi 448,48 (dörd yüz qırx səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində borcun "xxxx" MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun bir hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1349/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(002)-1349/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver