Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1362/2025 05.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, nisyə alqı-satqı müqaviləsi üzrə “Samsung Galaxy SM-A54 Black 128 GB” modelli **********58940 İMEİ kodlu mobil telefonun ödənilməmiş 386 manat əsas borcun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə görə, kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.2.4-cü maddəsinin tələbinə əsasən, kiçik iddialara dair işlər üzrə ərizəyə tələbin əsaslığını təsdiq edən sənədlər əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinin tələbinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Tərəflər arasında bağlanmış müqavilənin 10.3-cü bəndinə əsasən, qarşılıqlı razılaşma yolu ilə həll olunmayan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Hazırkı işdə isə İddiaçı Cavabdeh ünvanladığı öhdəliklərinin icrasını gecikdirmə barədə 19 noyabr 2024-cü il tarixli pretenziya məktubu iş materiallarına əlavə olunsa da, həmin məktubun cavabdehə göndərilməsinə, cavabdeh tərəfindən qəbul edilməsinə və xəbərdarlığa cavab verilib-verilməməsinə dair hər hansı sübut (xəbərnamə, poçt qəbzi) əlavə edilməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər həlli, yəni pretenziya qaydasına riayət edilməsi öz təsdiqini tapmır. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışı imzalanmamış, tərəflər arasında imzalanmış nisyə alqı-satqı müqaviləsində “satıcı” qismində çıxış edən İddiaçı məxsus VÖEN ********** göstərilsə də, elektron məhkəmə sistemində axtarış vasitəsilə vergi ödəyicisinin həmin eyniləşdirmə nömrəsinin "xxxx" MMC adlı başqa bir hüquqi şəxsə məxsus olması müəyyən edilmişdir. Həmin hüquqi şəxsi rəhbəri də İddiaçı deyil, başqa şəxs olduğu görünür. Göstərilənlərə əsasən, iddiaçı tələbin əsaslılığını təsdiq edən mötəbər sənədləri ərizəsinə əlavə etmədiyindən məhkəmə hesab edir ki, kiçik iddialara dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası MPM-in 284.3.5-ci maddəsinə əsasən, nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Lakin məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı məcburi köçkün olması barədə vəsiqəni ərizəyə əlavə edərək dövlət rüsumu ödəməmişdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-1362/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1362/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver