Məhkəmə qərarları › İş №2(002)-1363/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1363/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1363/2023 04.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək nisyə alqı-satqı müqaviləsi üzrə “İstanbul kombi 32K modelli **********1800118 seriya nömrəli kombinin ödənilməmiş 1270 manat əsas borcunu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, həmin ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 284-3.5-ci maddəsinə görə, kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 284-3.2.4-cü maddəsinə əsasən, tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar kiçik iddialara dair ərizədə əksini tapmalıdır. Hazırkı halda kiçik iddiaya dair ərizədə Cavabdeh rəsmi qeydiyyat ünvanı kimi ünvan 1dilsə də, AZEMİS Elektron İnformasiya portalından əldə edilmiş məlumatdan görünür ki, cavabdehin rəsmi qeydiyyat ünvanı ünvan 2ədli ə/d, Əhmədli kəndidir. Bu halda məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışı və pretenziya məktubu imzalanmamış, pretenziya məktubunun cavabdehə çatdırılmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, tələbin əsaslılığını təsdiq edən mötəbər sənədlər iddia ərizəsinə əlavə edilməmişdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.4 və 284.3.5-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Məhkəmə həmçinin iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası MPM-in 284.3.5ci maddəsinə əsasən, nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Lakin məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı məcburi köçkün olması barədə vəsiqəni ərizəyə əlavə edərək dövlət rüsumu ödəməmişdir. Məhkəmə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə “İstanbul kombi 32K modelli **********1800118 seriya nömrəli kombinin ödənilməmiş 1270 manat əsas borcunu Cavabdeh alınaraq ona verilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar