Məhkəmə qərarları › İş №2(002)-1368/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1368/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1368/2021 18.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı « borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı « borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “İddiaçı “ASC-nin xeyrinə 26 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 3560.32 manat əsas borc, 746.29 manat faiz borcu, kredit müqaviləsi üzrə 26 fevral 2021-ci il tarixdən, 15 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9.45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4316.06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 26 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 25 faizlə 12 ay müddətinə 7000 manat kredit göturmüşdür, 13.05.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 26.02.2021-ci il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 26 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq,borc öhdəliyini etməmişdir. 15 mart 2021-ci ilədək Cavabdeh1 banka 26 avqust 2019 –cu il tarixli kredit müqaviləsi üzrə 3560.32 manat əsas borc, 746.29 manat faiz borcu, kredit müqaviləsi üzrə 26 fevral 2021-ci il tarixdən ,15 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9.45 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4316.06 manat borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarına əlavə olunmuş 26.08.2019-cu il tarixli 3-MZ1-1-0-540-19 nömrəli nağd pul kredit müqaviləsindən görünür ki, “İddiaçı “ASC tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə, 7000 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 3-MZ1-1-0-540-19 saylı 26.08.2019-cu il tarixli zaminlik müqavilələrinin məzmunundan görünür ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu- Cavabdeh1 ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit məbləği 7000 manat, kreditin müddəti 12 ay olduğu qeyd olunmuşdur İş materiallarına əlavə olunmuş 13.05.2020-cu il tarixli 3-MZ1-1-0-540-19 nömrəli nağd pul kredit müqaviləsinə 1 saylı Əlavə sazişin məzmununndan görünür ki, müqavilə üzrə kreditin müddəti 26.02.2021-ci il tarixədək uzadılır və kreditin illik faiz dərəcəsi 25 (iyirmi beş ) % təşkil edir. İş materiallarına əlavə olunmuş 13.05.2020-cu il tarixli 3-MZ1-1-0-540-19 nömrəli zaminlik müqaviləsinə 1 saylı Əlavə sazişin məzmunundan görünür ki, Cavabdeh2 26.08.2019-ci il tarixli kredit müqaviləsinin müddəti 26.02.2021-ci ilə qədər uzadılması ilə əlaqədar olaraq həmin vaxta kimi boclu- Cavabdeh1 ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan 26.08.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, Cavabdeh1 26.08.2019-cu il tarixli 3-MZ1-1-0-540-19 saylı müqavilə üzrə 7000 manat borcunu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan 13.05.2020-ci il tarixli 1 saylı Əlavə sazişin ödəniş cədvəlinə əsasən, Cavabdeh1 26.08.2019-cu il tarixli 3-MZ1-1-0-540-19 saylı müqavilə üzrə 3560.32 manat borcunu 9 ay müddətinə ilk 3 ayı güzəşt olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 15.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 15.03.2021-ci il tarixinə olan 3560.32 manat əsas borc, 746.29 manat faiz borcu, cəmi borcu 4306.61 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 26.08.2019-cu il tarixli məxaric qəbzin məzmunundan görünür ki, 7000 manat Cavabdeh1 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zamnlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 26.08.2019-cu il tarixli 3-MZ1-1-0- 540-19 nömrəli nağd pul kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında bağlanılmış iddiaçı bank tərəfindən cavabdehə 7000 manat məbləğində kredit 12 ay müddətinə verilmişdir. Cavabdeh isə həmin məbləğdə kredit borcunu iddiaçı banka müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən müvafiq kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin vaxtında və lazımi qaydada icra olunması üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşınmasına dair öhdəlik götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə birgə məsuliyyət daşıyaraq, kredit borcunu və borcun gecikdirilməsinə görə hesablanmış faiz borcunu iddiaçıya ödəməlidirlər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26.08.2019-cu il tarixli 3-MZ1-1-0-540-19 №-li “krediti müqaviləsi” üzrə yaranmış 3560,32 manat əsas borc, 746,29 manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 9,45 manat məbləğində faiz borcu olmaqla, cəmi 4316,06 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26.08.2019-cu il tarixli 3-MZ1-1-0-540-19 №li “krediti müqaviləsi” üzrə yaranmış 3560,32 manat əsas borc, 746,29 manat məbləğində faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 9,45 manat məbləğində faiz borcu olmaqla, cəmi 4316,06 manat məbləğində borc və ödənilmiş 30 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar