Məhkəmə qərarları › İş №2(002)-1370/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1370/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1370/2020 19.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Samsung Galaxy J5” markalı telefon üçün 136 manat ödənilməmiş hissə, 13 manat cərimə, cəmi 149 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “Samsung Galaxy A7” markalı telefon üçün 529 manat ödənilməmiş hissə, 52 manat cərimə, 581 manat, ümumilikdə 730 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 760 manat Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(002)-1370/2020 saylı qərardadı ilə sadələşdirilmiş icraat üzrə iş iddia icraatına keçirilmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə 04.08,2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung Galaxy J5 markalı telefon və Samsung Galaxy A7 markalı telefon almış və nəticədə 730 (yeddi yüz otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 651 (altı yüz əlli bir) manat (12 ay x 54 manat + 3 manat ilkin ödəniş) olan Samsung Galaxy J5 markalı telefon markalı telefon üçün 149 (yüz, qırx doqquz) manat olmaqla ondan, 136 (yüz otuz altı) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 959 (doqquz yüz əlli doqquz) manat (12 ay x 75 manat + 59 manat ilkin ödəniş) olan Samsung Galaxy A 7 markalı telefon üçün 581 (beş yüz səksən bir) manat olmaqla ondan, 529 (beş yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 945 manat təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh bir müqavilə üzrə telefon aldıqdan 5 ay sonra həmin telefonu geri qaytarmış, telefonun dəyəri müəyyən edilərək ona bildirilmişdir. Lakin bu barədə cavabdehin heç bir etirazı olmamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianın qismən qəbul edir. İddianın 04.08,2018-ci il tarixli müqavil üzrə borcu ilə razıdır, lakin digər müqavilə üzrə aldığı Samsung Galaxy A 7 markalı telefonu aldıqdan sonra pulu ödəməyə imkanı olmadığı üçün geri qaytarmış, qiymətləndirmə barədə məktub adresinə gəlsə də, ailə üzvləri aldığından məlumatı olmamışdır. Bu səbəbdən iddianın həmin hissədə rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 651 manat olan “Samsung Galaxy J5” markalı mobil telefon almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 12 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 136 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 13 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 515 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 54 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktına əsasən Cavabdeh müqavilədə göstərilən malı qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh alğı-satqı qiyməti 959 manat olan “Samsung Galaxy A7” markalı mobil telefon almışdır. Cavabdeh alınmış əşyaya görə müqavilənin şərtlərinə əsasən 12 ay müddətində ödəniş etməli idi. Həmin müqavilənin müvafiq bəndlərinə görə cavabdeh müqavilənin şərtlərini pozduqda hər gün üçün gecikdirilmiş məbləğin 1% həddində penya ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, Cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 75 manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş bildiriş və təhvil-təslim aktına əsasən Cavabdeh müqavilədə göstərilən malı qüsursuz halda təhvil almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıqdan görünür ki, «xxxxxxxxxxx» MMC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə aldığı “Samsung Galaxy A7” markalı telefonu 5 ay istifadə etdikdən sonra geri qaytarmaq və əşya 371 manat qiymətləndirilib borcundan silinərək geri alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş «xxxxxxxxxxx» MMC-nin Cavabdeh ünvanlandığı məktubun surətindən görünür ki, Cavabdeh tərəfindən müqavilənin pozduğuna görə razılıq əsasında “Samsung Galaxy A7” markalı mobil telefon 330 manat, qızıl zəmanət 41 manat dəyərində qiymətləndirilərək geri alınmışdır. 371 manat borcun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixə maliyyə və ödəniş cədvəlinə əsasən müqaviləyə müvafiq olaraq cavabdehin 529 manat borc məbləği yaranmış, iddiaçı tərəfindən həmin məbləğə müvafiq olaraq 52 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 430 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2.-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar-iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən edildi ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə müvafiq əşyanı almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə müqavilələrə əsasən ümumilikdə 665 manat ödənilməmiş hissə, 65 manat cərimə, cəmi 730 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla pul hesablanmışdır. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 05 (beş) manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 05 (beş) manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etməyərək aldığı əşyaların əvəzini tam ödəmədiyindən iddiaçının pul tələbinə dair iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqavilə 136 manat ödənilməmiş hissə, 13 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 529 manat ödənilməmiş hissə, 05 manat cərimə, ümumilikdə 683 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 713 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Digərtərəfdən, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqavilə 136 (yüz otuz altı) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, cəmi 149 (yüz qırx doqquz) manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 529 (beş yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 05 (beş) manat cərimə, cəmi 534 (beş yüz otuz dörd) manat pul, ümumilikdə 683 (altı yüz səksən üç ) manat məbləğində pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 713 (yeddi yüz on üç ) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar