Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1387/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimƏhmədova Gülnar İnqilab qızınınsədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********30502 Samsung Galaxy A6 markalı telefon üçün 663 (altı yüz altmış üç) manat ödənilməmiş hissə, 213 (iki yüz on üç) manat dəbbə, cəmi 876 manat; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********14893 Samsung Galaxy A6 markalı telefon üçün 590 (beş yüz doxsan) manat ödənilməmiş lıissə, 177 (yüz yetmiş yeddi) manat dəbbə pulu, cəmi 767 manat, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********40231 Samsung Galaxy A7 markalı telefon üçün 1096 (min doxsan altı) manat ödənilməmiş hissə, 191 (yüz doxsan bir) manat dəbbə pulu. Cəmi 1287 manat olmaqla, ümumilikdə 2930 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2960 manat Cavabdeh alınaraq xxxxxxxxxxx MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh,“xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********30502 Samsung Galaxy A6 markalı telefon, İMEİ Kodu **********14893 Samsung Galaxy A6 markalı telefon və İMEİ Kodu **********40231 Samsung Galaxy A7 markalı telefon almış və nəticədə 2930 (iki min doqquz yüz otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 948 (doqquzyiiz qırx səkkiz) manat (12 ay x 79 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********30502 Samsung Galaxy A6 markalı telefon üçün 876 (səkkiz yüz yetmiş altı) manat olmaqla ondan, 663 (altı yüz altmış üç) manat ödənilməmiş hissə, 213 (iki yüz on üç) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 708 (yeddi yiiz səkkiz) manat (12 ay x 59 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********14893 Samsung Galaxy A6 markalı telefon üçün 161 (yeddi yüz altmış yeddi) manat olmaqla ondan, 590 (beş yüz doxsan) manat ödənilməmiş hissə, 177(yüz yetmiş yeddi) manat dəbbə pulu; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1225 (min iki yüz iyirmi beş) manat (24 ay x 49 manat + 49 manat ilkin ödəniş) olan İMEİ Kodu **********40231 Samsung Galaxy A7 markalı telefon tiçün 1287 (min iki yiiz səksən yeddi) manat olmaqla ondan, 1096 (min doxsan altı) manat ödənilməmiş hissə, 191 ('yüz doxsan bir) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 532 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlaıııbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 00305120 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxxxxxxxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ Kodu **********30502 Samsung Galaxy A6 markalı telefonu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 00324071 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxxxxxxxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ Kodu **********14893 Samsung Galaxy A6 markalı telefonu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 00428569 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxxxxxxxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ Kodu **********40231 Samsung Galaxy A7 markalı telefonu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 79 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 59 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 24 ay müddətinə, aylıq 49 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh İMEİ Kodu **********30502 Samsung Galaxy A6 markalı telefonu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh İMEİ Kodu **********14893 Samsung Galaxy A6 markalı telefonu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh İMEİ Kodu **********40231 Samsung Galaxy A7 markalı telefonu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx xxx 2020-ci il üçün maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-yə xx.xx.2018-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 663 manat və 213 manat cərimə olmaqla, cəmi 876 manat məbləğində ödənilməmiş borcu mövcuddur. xx.xx.2018-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 590 manat və 177 manat cərimə olmaqla, cəmi 767 manat məbləğində ödənilməmiş borcu mövcuddur. xx.xx.2018-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 1096 manat və 191 manat cərimə olmaqla, cəmi 1287 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələrindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 00305120 nömrəli, xx.xx.2018-ci il tarixli 00324071 nömrəli, xx.xx.2018-ci il tarixli 00428569 nömrəlialğısatqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin predmeti qismində İMEİ Kodu **********30502 Samsung Galaxy A6 markalı telefonu, İMEİ Kodu **********14893 Samsung Galaxy A6 markalı telefonu və İMEİ Kodu **********40231 Samsung Galaxy A7 markalı telefonu çıxış etmişdir. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığa cavabdehə təhvil verməyi, cavabdeh isə xx.xx.2018-ci il tarixli müqavilə üzrə alıcı 12 ay müddətinə, aylıq 79 manat məbləğində ödənişlər etməklə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə alıcı 12 ay müddətinə, aylıq 59 manat məbləğində ödənişlər etməklə, xx.xx.2018-ci il tarixli müqavilə üzrə alıcı 24 ay müddətinə, aylıq 49 manat məbləğində ödənişlər etməklə, avadanlıqların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, alqı-satqı müqavilələrinin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilələr üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissəhissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin iddiaçı qarşısında müvafiq müqavilələr üzrə borc öhdəliyi və buna görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən müqavilələr üzrə hesablanmış əsas borclarını və dəbbə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli 00305120 nömrəli müqavilə üzrə yaranmış 663 manat ödənilməmiş hissə, 213 manat cərimə olmaqla, cəmi 876 manat məbləğində borc, xx.xx.2018-ci il tarixli 00324071 nömrəli müqavilə üzrə yaranmış 590 manat ödənilməmiş hissə, 177 manat cərimə olmaqla, cəmi 767 manat məbləğində borc, xx.xx.2018-ci il tarixli 00428569 nömrəli müqavilə üzrə yaranmış 1096 manat ödənilməmiş hissə, 181 manat cərimə olmaqla, cəmi 1287 manat borc olmaqla ümumilikdə 2930 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 00305120 nömrəli müqavilə üzrə yaranmış 663 manat ödənilməmiş hissə, 213 manat cərimə olmaqla, cəmi 876 manat məbləğində borc, xx.xx.2018-ci il tarixli 00324071 nömrəli müqavilə üzrə yaranmış 590 manat ödənilməmiş hissə, 177 manat cərimə olmaqla, cəmi 767 manat məbləğində borc, xx.xx.2018-ci il tarixli 00428569 nömrəli müqavilə üzrə yaranmış 1096 manat ödənilməmiş hissə, 181 manat cərimə olmaqla, cəmi 1287 manat borc olmaqla ümumilikdə 2930 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1387/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1387/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver