Məhkəmə qərarları › İş №2(002)-1393/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1393/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1393/2021 02.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair sadaələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********70367 olan Samsung galaxy А10- markalı telefon üçün 317 (üç yüz on yeddi) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə. 01.10.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********69403 olan Huawei Y5 Lite markalı telefon üçün 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə. 10.01.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********13472 olan Xiaomi Redmi 8A markalı telefon üçün 347.2 (üç yüz qırx yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 34.8 (otuz dörd manat səksən qəpik) manat cərimə. Ümumilikdə 888 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 918 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair sadaələşdirilmiş icraat iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, “xxxx” MMC ilə 26.08.2019-cu il, 01.10.2019-cu il və 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********70367 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********69403 olan Huawei Y5 Lite markalı telefon, İMEİ kodu **********13472 olan Xiaomi Redmi 8A markalı telefon almış və nəticədə 888 (səkkiz yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 442 (dörd yüz qırx iki) manat (20 ay x 22 manat + 2 manat ilkin ödəniş İMEİ kodu **********70367 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 348 (üç yüz qırx səkkiz) manat olmaqla ondan, 317 (üç yüz on yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31 (otuz bir) manat cərimə miqdarında borc yaranmışdır. 01.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 216 (iki yüz on altı) manat (12 ay x 18 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********69403 olan Huawei Y5 Lite markalı telefon üçün ümumilikdə, 158 (yüz əlli səkkiz) manat olmaqla ondan, 144 (yüz qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə; 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 367.2 (üç yüz altmış yeddi manat iyirmi qəpik) manat (18 ay x 20.4 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********13472 olan Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə, 382 (üç yüz səksən iki) manat olmaqla ondan, 347.2 (üç yüz qırx yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.8 (otuz dörd manat səksən qəpik) manat cərimə , cavabdehin cəmi ödədiyi məbləğ 217 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 01.10.2019-cu il tarixli, 00950922 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ kodu **********69403 olan Huawei Y5 Lite markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 01.10.2019-cu il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 18 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 01.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********69403 olan Huawei Y5 Lite markalı avadanlığı təhvil almışdır. iş materiallarına əlavə olunmuş 26.08.2019-cu il tarixli, 00870845 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ kodu **********70367 olan Samsung galaxy А10- markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 26.08.2019-cu il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 20 ay müddətinə, aylıq 22 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 26.08.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********70367 olan Samsung galaxy А10- markalı avadanlığı təhvil almışdır. iş materiallarına əlavə olunmuş 10.01.2020-ci il tarixli, 20027145 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ kodu **********13472 olan Xiaomi Redmi 8A markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş 10.01.2020-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 20.4 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş 10.01.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********13472 olan Xiaomi Redmi 8A markalı avadanlığı təhvil almışdır. İş materiallarına əlavə olunmuş 25.07.2020-ci il tarixli xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir İş materiallarına əlavə olunmuş 01.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh “xxxx” MMC-yə 01.10.2019-cu il tarixli, 00950922 nömrəli müqavilə üzrə əsas borca ödənilməmiş 144 manat və 14 manat cərimə olmaqla, ümumilikdə 158 manat, 26.08.2019-cu il tarixli, 00870845 nömrəli müqavilə üzrə 317 manat və 31 manat cərimə olmaqla, ümumilikdə 348 manat, 10.01.2020-ci il tarixli, 20027145 nömrəli müqavilə üzrə 347.2 manat və 34.8 manat cərimə olmaqla, ümumilikdə 382 manat məbləğində, cəmi 888 manat ödənilməmiş borcu mövcuddur. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01.10.2019-cu il, 26.08.2019-cu il və 10.01.2020-ci il tarixli alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin predmeti qismində İMEİ kodu **********70367 olan Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********69403 olan Huawei Y5 Lite markalı telefon, İMEİ kodu **********13472 olan Xiaomi Redmi 8A markalı məhsul çıxış etmişdir. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 01.10.2019-cu il muqaviləsi üzrə 12 ay müddətinə, aylıq 18 AZN məbləğində, 26.08.2019-cu il muqaviləsi üzrə 20 ay müddətinə, aylıq 22 AZN məbləğində, 10.01.2020-ci il muqaviləsi üzrə 18 ay müddətinə, aylıq 20.4 AZN məbləğində ödənişlər etməklə avadanlıqların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilələr üzrə öz öhdəliklərini icra edərək, alqı-satqı müqavilələrinin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilələr üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin iddiaçı qarşısında müvafiq müqavilələr üzrə borc öhdəliyi və buna görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsində münasibətdə hesab edir ki, iddia tələbinin borca görə hesablanmış cərimə borcunun tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilənin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən müqavilə üzrə hesablanmış əsas borc və cərimə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 01.10.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilməmiş 144 manat və 14 manat cərimə borcu olmaqla, ümumilikdə 158 manat, 26.08.2019-cu il tarixli müqavilə üzrə 317 manat əsas borc və 31 manat cərimə borcu olmaqla, cəmi 348 manat, 10.01.2020-ci il tarixli müqavilə üzrə 347,2 manat əsas borc və 34,8 manat cərimə borcu olmaqla, cəmi 382 manat məbləğində borc, ümumilikdə cəmi 888 manat ödənilməmiş borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 01.10.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilməmiş 144 manat və 14 manat cərimə borcu olmaqla, ümumilikdə 158 manat, 26.08.2019-cu il tarixli müqavilə üzrə 317 manat əsas borc və 31 manat cərimə borcu olmaqla, cəmi 348 manat, 10.01.2020-ci il tarixli müqavilə üzrə 347,2 manat əsas borc və 34,8 manat cərimə borcu olmaqla, cəmi 382 manat məbləğində borc, ümumilikdə cəmi 888 manat məbləğində ödənilməmiş borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar