Məhkəmə qərarları › İş №2(002)-14/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-14/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-14/2022 03.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, İddiaçı «X3 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh və X1 qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində 11 iyul 2019-cu il tarixdə açıq məhkəmə baxış iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «X3 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh və X1 qarşı borcun ödənilməsi tələbinə dair iddia qaldıraraq müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı «X3 Azərbaycan» QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək tərəflərlə aralarında razılıq əldə edildiyini, bununla əlaqədar iddiadan imtina edildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 262, 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı «X3 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh və X1 qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar