Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1405/2020 15.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Firuddin oğlunun, Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 Firuddin oğluna, Cavabdeh2 qarşıkredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 Firuddin oğluna, Cavabdeh2 qarşıkredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Firuddin oğlundan, Cavabdeh2 müştərək qaydada İddiaçı X1 xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 1964,31 manat məbləğində kredit borcu, 618,58 manat məbləğində faiz borcu, 770,45 manat məbləğində cərimə olmaqla, cəmi 3353,34 manat məbləğində borcun; 003R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 2172,69 ABŞ dolları məbləğində kredit borcu, 1053,63 ABŞ dolları məbləğində faiz borcu, 973,24 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 4196,56 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı izahat verərək bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 03L000005597 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixli 5597 saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 170 ay müddətinə 200000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşmasıyla müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X3 ilə bağladığı xx.xx.2015-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 manat məbləğində kredit götürmüşdür. Lakin Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2535,69 manat ödəmiş, onun 1964,31 manat məbləğində əsas borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə faiz borcu 618,58 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə hesablanmış cərimə 770,45 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı X3 ilə bağladığı xx.xx.2015-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333% olmaqla ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 4500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 003R**********S saylı, xx.xx.2016-cı il tarixli 003R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2327,31 ABŞ dolları ödəmiş, onun 2172,69 ABŞ dolları məbləğində əsas borcu qalmışdır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə faiz borcu 1050,63 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə cərimə 973,24 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Firuddin oğlu zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Bundan əlavə, Cavabdeh1 İddiaçı QSC-yə olan borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil deyildir. Belə ki, onun xx.xx.2019-cu il tarixinə bütün banklara olan əsas kredit borcu 17 min manatdan artıq olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, iddia ərizəsində göstərilən kredit razılaşmaları üzrə borc məbləğlərini devalvasiya nəticəsində işsiz qalması, habelə ürək və şəkər xəstəlikləri ilə əlaqədar ödəyə bilməmişdir. Hazırda tələb olunan əsas borc və faiz borcu məbləğlərini maddi imkanı olmadığı üçün birdəfəyə ödəmək imkanı yoxdur, aylıq yalnız 50-60 manat olmaqla hissəhissə ödəyə bilər, cərimə məbləğləri isə həddən artıq şişirdilmişdir. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı Cavabdeh3 Firuddin oğlu izahat verərək bildirdi ki, Cavabdeh1 onun qardaşıdır. Kredit razılaşmaları qardaşı ilə bağlanmış, özü və Cavabdeh2 zamin olmuşlar. Əsas borclu tərəfindən bir müddət ödəniş edilmişdir, lakin sonradan maddi vəziyyəti ağır olduğundan ödəniş edə bilməmişdir. Borcun yaranmasında onun hər hansı təqsiri yoxdur, pulun ondan tələb edilməsinə etiraz edir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, Cavabdeh1 xahişi ilə zamin olmuşdur, borcun yaranmasında onun hər hansı təqsiri yoxdur, pulun ondan tələb edilməsinə etiraz edir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli 03L000005597 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı X3 ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 5597 saylı kedit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, xx.xx.2010-cu il tarixli 03L000005597 saylı kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 170 ay müddətinə 200000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 003R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı X3 ilə Cavabdeh1 qızı arasında bağlanmış həmin kredit razılaşmasına əsasən Cavabdeh1 18 ay müddətinə aylıq 1.8333% ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 003R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı X3 ilə Cavabdeh1 qızı arasında bağlanmış həmin kredit razılaşmasına əsasən Cavabdeh1 18 ay müddətinə aylıq 1.8333% ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 003R**********S saylı, xx.xx.2016-cı il tarixli 003R**********SA sazişlərin surətlərindən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 03S000013092 saylı zaminlik müqaviləsindən və ona əlavə sazişdən görünür ki, İddiaçı X3 ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi və həmin müqaviləyə əsasən kredit razılaşmaları üzrə Cavabdeh1 İddiaçı X2rşısında öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı X3 ilə Cavabdeh3 Firuddin oğlu arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 03S000021606 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı X3 ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi və həmin müqaviləyə əsasən kredit razılaşmaları üzrə Cavabdeh1 İddiaçı X2rşısında öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı X3 ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə 1964,31 manat məbləğində əsas borc, 618,58 manat məbləğində faiz borcu, 770,45 manat məbləğində cərimə olmaqla, cəmi 3353,34 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə 2172,69 ABŞ dolları məbləğində əsas borc, 1053,63 ABŞ dolları məbləğində faiz borcu, 973,24 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 4196,56 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və restrukturizasiya olunması təklif edilən kreditlər barədə çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı QSCyə olan borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil deyildir. Belə ki, onun xx.xx.2019-cu il tarixinə bütün banklara olan əsas kredit borcu 17 min manatdan artıq (18171,57 manat) olmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, yazılı müqavilələrə əsasən cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kreditlər üzrə əsas borcu və faizləri iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçı bank əsas borc və faiz borcunun tutulması barədə iddia tələbi irəli sürməkdə haqlıdır. Beləliklə, məhkəmə müəyyən edir ki, iddia tələbi kredit razılaşmaları üzrə əsas borc və faiz borcu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilələrdə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və borclunun maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə tərəflərin əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, kredit razılaşmaları üzrə cərimə tələbinin azaldılmasını və 003R********** saylı kredit razılaşması üzrə 100 manat, 003R********** saylı kredit razılaşması üzrə 50 ABŞ dolları həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminlərə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehlərdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Firuddin oğlundan, Cavabdeh2 müştərək qaydada İddiaçı X1 xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 1964,31 manat məbləğində əsas borc, 618,58 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 2682,89 manat məbləğində borc pul vəsaiti, habelə 003R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 2172,69 ABŞ dolları məbləğində əsas borc, 1050,63 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 3273,32 ABŞ dolları məbləğində borc pul vəsaiti (Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1405/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1405/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver