Məhkəmə qərarları › İş №2(002)-1417/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1417/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1417/2021 13.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 2289,83 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı uzun illərdir ki, pedoqoji fəaliyyətlə məşğuldur və Azərbaycan Dövlət Pedoqoji Universitetində müəllim işləyir. 2017-ci ilin may ayında iş yoldaşım məndən xahiş etdi ki, kredit götürmək istəyən bir tanışı üçün banda zamin durum. Həmin vaxt məlum oldu ki, kredit götürmək istəyən Cavabdeh (bundan sonra cavabdeh) anası işlədiyimiz Pedoqoji Universitetdə xadimə işləyir və zaminliklə bağlı həmin qadın xahiş etmişdir. Cavadeh ona söz verdi ki, zaminlik sadəcə rəsmi olaraq lazımdır, krediti vaxtlı-vaxtmda ödəyəcək və sizə heç bir maddi öhdəlik düşməyəcək. O, də insanlıq naminə razılaşdı. Bundan sonra onun zaminliyi ilə cavabdeh “xxxx” ASC-nin Xətai rayon filialından 24.05.2017-ci il tarixli 107GTKR171440004 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür . Cavabdeh 5 ay kredit məbləğini ödəsə də sonradan heç bir ödəniş etməmişdir. Buna görə də məcbur qalıb ödənişləri o, etməyə başladı. Ödənişlərin bir hissəsini ödəmə terminalları vasitəsilə ödəmişdir. (qəbzlərin surətləri əlavə olunur). Bundan başqa o, əməkhaqqını “xxxx” ASC vasitəsilə aldığından aylıq kredit məbləğləri əməkhaqqı kartından birbaşa tutulmuşdur. Cavabdehlə əlaqə saxlayaraq oun yaxşılığının qarşılığında ona qarşı bu hərəkətin düzgün olmadığını, ödənişləri özünün etməsini tələb etdikdə isə həm aylıq ödənişləri özünün edəcəyini, həm də ondan tutulan vəsaiti tezliklə ona ödəyəcəyini desə də heç bir nəticəsi olmamışdır. Bundan sonra cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onun pulu qaytarmağı yubatmış və bundan yayınmışdır O, cavabdehin onun pulunu qaytarmaq niyyətinin olmadığını və mənə yalan vədlər verərək onu aldatdığını hiss etdiyi üçün məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət etdi. Bundan sonra cavabdeh polis idarəsində verdiyi izahatında yuxarıda qeyd etdiklərini etiraf etmiş, ona pulunu qaytaracağı ilə bağlı söz verdiyini, lakin sözünə əməl etmədiyini etiraf etmiş cavabdeh ona olan borcundan 1800 manat ödəniş etmiş, qalan məbləği isə qısa müddət ərzində ödəyəcəyinə söz vermişdir. Cavabdehin pulun bir hissəsini ödəməsi və s. amillər nəzərə alınaraq Xətai rayon Polis idarəsinin 01 sentyabr 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir Lakin cavabdeh polis idarəsində də verdiyi izahatında qalan məbləği qısa müddət ərzində ödəyəcəyinə söz versə də bu günə qədər qalan məbləğdən heç bir ödəniş etməmişdir. Buna görə də mən hazırki iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edi ki, hazırda sözügedən kredit müqaviləsi üzrə borc tərəfindən tamamilə ödənilmişdir. Həmin kreditin müqaviləsinə əsasən 3000 manat əsas və 1868,44 manat faiz borcu cəmi üzrə cəmi 4868,44 manat pul ödənilmişdir. Həmin məbləğdən cəmi ilk beş ayı ödənişini yəni cəmi 778,61 manatını cavabdeh ödəmiş, qalan 4089,83 manatı isə o, ödəmişdir. (xxxx ASC-nin 06.04.2021-ci il tarixli arayışı əlavə olunur) Cavabdeh tərəfindən polis idarəsində həmin məbləğdən 1800 manat ödəniş edilmişdir. Hazırda cavabdehin ona qalan borcu 2289,83 manat (4089,83-1800=2289,83 manat) borc qalmışdır.(Müqavilə üzrə çıxarış əlavə olunur) cavabdehin ona qarşı etdiyi bu cür hərəkətlər nəticəsində ona əlavə maddi zərər dəyməklə yanaşı psixi sarsıntılar keçirməsinə də səbəb olmuşdur. Belə ki,onun özü də xxxxdan kredit götürmüşdü. Cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində məcbur qalıb onun əvəzinə ödənişləri o, etmişdir, nəticədə öz kreditinin ödənişlərini ödəyə bilməmişdir. Buna görə öz krediti üzrə müqavilə müddəti uzadıldı, buna uyğun olaraq da ödəniləcək faiz borcu da xeyli məbləğdə artdı. Bütün bunlar isə ona həm maddi həm də mənəvi cəhətdən böyük zərbə vurdu o, zamin olaraq cavabdehin bank qarşısında öhdəliklərini icra etdiyi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həmin öhdəlik üzrə tələb hüququ ona keçmişdir və cavabdehdən ödənilmiş məbləğin geri qaytarılmasını tələb etməkdə haqlıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq, təsdiqlədi ki cavabdeh tərəfindən ona polis idarəsində 1900 manat pul verilib. Cavabdeh təxminən 8-9 ay borcunu özü ödmişdir. Müqavilə üzrə tutulmalar onun əmək haqqı kartından tutulduğundan konkret hansı məbləğdə ödədiyini bilmədiyini dedi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, ərizə təqdim etməklə, iddiaçıya 1200 manat borcun qaldığını bildirərək yalnız o hissədə təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, təxminin 1 il müddətdə borcunu özü ödəmişdir, lakin sonradan ödəyə bilmədiyindən bank borcu iddiaçının əmək haqqına yönəltmişdir, polis idarəsində iddiaçıya 1900 manat pul ödəmişdir, cəmi 1200 manat borcu qalmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 01 sentyabr 2020-ci il tarixli Xətai rayon Polis idarəsinin qərarından görünür ki, araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya 1900 manat pul verilmiş, 1100 manat pulun da qısa müddət ərzində ödəyəcəyinə dair söz verdi. Material üzrə araşdırma zamanı cavabdeh ilə iddiaçı arasında kredit və zaminlik müqavilələrindən irəli gələn mülki mübahisənin yarandığı müəyyən edilmiş, həmin mübahisə qismən həllini tapmış, cavabdehin əməlində özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirilməsi faktı aşkar edilməmişdir. Belə olan halda tərəflər arasındakı məsələnin mübahisənin mülki xarakterlı olması müəyyən edildiyindən cavabdehin əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmış, İddiaçı mülki qaydada məhkəməyə müraciət edilməsi izah olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş qəbzlərdən də görünür ki, Cavabdeh İddiaçı 1900 manat məbləğində borcunu qaytarmış, qalan 1100 manat borcunun qısa müddətdə qaytaracağına dair söz vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xxxx ASC-nin 06.04.2021-ci il tarixli arayışından görünür ki, cavabdeh Salamov X2 Bank ASC-nin Xətai Filialı tərəfindən 24.05.2017-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə 36 ay müddətinə 3000 azn məbləğində kredit götürmüşdür.Hal-hazırda İddiaçı müvafiq kredit müqaviləsi üzrə heç bir öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.3-ci maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən, cavabdeh tərəfindən imzalanmış iddianın etirafı barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında mübahisəsiz hallar bunlardır: 24.05.2017-ci il tarixli kredit müqaviləsinə əsasən xxxx ASC-nin tərəfindən Cavabdeh 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. 24.05.2017-ci il tarixli Zaminlik müqaviləsinə əsasən İddiaçı Cavabdeh kredit müqaviləsi üzrə “əsasən xxxx ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüş, borcun bir qismi cavabdeh tərəfindən ödənilmiş, iddiaçı tərəfindən cavabdehin banka olan borcunun qalan hissəsi (əmək haqqından tutulmaqla) tam ödənilmişdir. Cavabdeh iddianı qismən qəbul edərək 1900 manat borcunu qaytarmış, qalan 1200 manat borcunun qaytarmasına razıdır, iddianı yalnız həmin hissədə qəbul edir. İddiaçı borcu hansı məbləğdə onun əmək haqqısından tutulması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında hansı məbləğdə əmək haqqından pul tutulması barədə dəqiq bilmədiyini bildirmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, cavabdeh iddianın qismən etiraf edilməsi barədə ərizəsini, tərəflərin izahatını və digər sübutları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1200 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən cəmi nə qədər məbləğ pulun ödənilməsinə dair sübutlar təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi yalnız cavabdehin etirafı hissəsində təmin edilməlidir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə bununla əlaqədar onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliyə görə mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1200 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1200(min iki yüz) manat borc və 30(otuz) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar