Məhkəmə qərarları › İş №2(002)-1420/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1420/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1420/2021 24.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatının X1 Cavabdeh qarşı borcun alınması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT Cavabdeh qarşı borcun alınması tələbinə dair üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abdi oğlundan **********0481 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1210.69 AZN əsas, faiz borcu üzrə 37.50 AZN, cəmi 1248.19 (min iki yüz qırx səkkiz manat, on doqquz qəpik) AZN; **********1132 saylı kredit müqaviləsi üzrə **********0471saylı kredit müqaviləsi üzrə borcun məbləği 1918.31 AZN əsas, faiz borcu üzrə 59.44AZN cəmi 1977.75 (min doqquz yüz etmiş yeddi manat,yetmiş beş qəpik)AZN həmçinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “FİNCA Azerbaijan” MM QBKT-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh Abdi oğlu arasında bağlanmış 20.09.2019-cu il tarixli, **********0481 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1 -ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1210.69 AZN (min iki yüz on manat, altmış doqquz qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir.Həmçinin eyni tarixli, **********0471 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1,1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1918.31 AZN (min doqquz yüz on səkkiz manat, otuz bir qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0481 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 1.01 AZN, dörd il müddətində isə hər ay 25.75 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. **********0471 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclunun bir il güzəşt müddətində hər ay 1.60 AZN, dörd il müddətində isə hər ay 40.80 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Beləliklə, 13.12.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən 20.09.2019-cu il tarixli, **********0481 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1210.69 AZN əsas, faiz borcu üzrə 37.50 AZN, cəmi 1248.19 (min iki yüz qırx səkkiz manat, on doqquz qəpik) AZN təşkil edir.13.12.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən 20.09.2019-cu il tarixli, **********0471 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1918.31 AZN əsas, faiz borcu üzrə 59.44 AZN, cəmi 1977.75 (min doqquz yüz yetmiş yeddi manat, yetmiş beş qəpik) AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 26.04.21-ci il tarixli hazırlıq iclasında məhkəmə iclasında iddianın etirafı barədə ərizə təqdim edərək, iddianı tam qəbul etdiyini qeyd edərək, iddia tələbinin təmin olunmasına heç bir etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın etirafı barədə ərizəni nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan və həmçinin, cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 20.09.2019-cu il tarixli, **********0481 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinə əsasən Cavabdeh 1210.69 manat kredit borcunu illik 1% faiz dərəcəsi ilə 5 il müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 20.09.2019-cu il tarixli, **********0471 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinə əsasən Cavabdeh 1918.31 manat kredit borcunu illik 1% faiz dərəcəsi ilə 5 il müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 13.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20.09.2019-cu il tarixli, **********0481 saylı kredit müqaviləsi üzrə 13.12.2020-ci il tarixinə olan borcun məbləği 1210.69 AZN əsas, faiz borcu üzrə 37.50 manat olmaqla,cəmi 1248.19 manat borcu təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 13.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20.09.2019-cu il tarixli, **********0471 saylı kredit müqaviləsi üzrə 13.12.2020-ci il tarixinə olan borcun məbləği 1918.31 manat əsas, faiz borcu üzrə 59.44 manat olmaqla cəmi 1977.75 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş **********0471 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclu Cavabdeh 1918.31 manat borcu 5 il müddətində hər ay 40.80 manat (bir il güzəştlı olaraq hər ay 1.60 manat) olmaqla ödəniş etməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş **********0481 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclu Cavabdeh 1210.69 manat borcu 5 il müddətində hər ay 25,75 manat (bir il güzəştlı olaraq hər ay 1,01 manat) olmaqla ödəniş etməsini öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında 20.09.2019-cu il tarixli, **********0481 saylı və **********0471saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqavilələri bağlanmış və Cavabdeh müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyindən, 13.12.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən 20.09.2019-cu il tarixli, **********0481 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1210.69 manat əsas, 37.50 manat faiz, cəmi 1248.19 manat və 13.12.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən 20.09.2019-cu il tarixli, **********0471 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1918.31 manat əsas, 59.44 manat faiz, cəmi 1977.75 manat olmaqla, ümumilikdə 3225,94 manat məbləğində borcu mövcuddur.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Eyni Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 20.09.2019-cu il tarixli, **********0481 saylı kredit müqaviləsi üzrə 1210(bir min iki yüz on)manat, 69(altmış doqquz) qəpik əsas, 37(otuz yeddi) manat 50(əlli) qəpik faiz borcu və 20.09.2019-cu il tarixli, **********0471 saylı kredit müqaviləsi üzrə 1918(min doqquz yüz on səkkiz) manat 31(otuz bir) qəpik əsas, 59(əlli doqquz) manat 44(qırx dörd) qəpik faiz borcu,ümumilikdə 3225 (üç min iki yüz iyirmi beş) manat 94(doxsan dörd) qəpik pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 20.09.2019-cu il tarixli, **********0481 saylı kredit müqaviləsi üzrə 1210(bir min iki yüz on) manat, 69(altmış doqquz) qəpik əsas, 37(otuz yeddi) manat 50(əlli) qəpik faiz borcu və 20.09.2019-cu il tarixli, **********0471 saylı kredit müqaviləsi üzrə 1918(min doqquz yüz on səkkiz) manat 31(otuz bir) qəpik əsas, 59(əlli doqquz) manat 44(qırx dörd) qəpik faiz borcu,ümumilikdə 3225 (üç min iki yüz iyirmi beş) manat 94(doxsan dörd) qəpik pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar