Məhkəmə qərarları › İş №2(002)-1450/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1450/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1450/2023 14.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 3000 manat borcun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə birlikdə Azərsun holdingdə iş yoldaşı olmuşlar.Cavabdehə onun borcunun ödənilməsi üçün dostu olduğuna görə 2022-ci il sentyabr ayından başalayaraq müxtəlif vaxtlarda ümumikkdə 3000 manat olmaqla borc pul vermişdir. Cavabdeh ona olan borcunun 2023-cü ilin yanvar ayına kimi qaytaracağına söz versə də, hələ ə qaytarmamamışdır. Polis idarəsində cavabdeh 3000 manat borcu olduğunu və 2023-cü ilin mart ayına kimi ödəyəcəyini bildirmişdir. Beləliklə,cavabdehin ona cəmi 3000 manat borcları yaranmışdır. Ondan dəfələrlə pulunun qaytarılmasını bildirsə də, lakin o pulu ödəməkdən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh fasiləsiz audio yazısının aparıldığı məhkəmə iclasında iddia tələblərini qəbul etdiyini bildirərək, iddianın təmin edilməsinə etiraz etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş İddiaçı Cavabdeh qarşı borc tələbi ilə polis idarəsinə müraciət etmişdir.Vətəndaşın şikayət ərizəsi əsasında Cavabdeh bölməyə çağırılmış və izahatlar alınmışdır. İddiaçı polis idarəsində verdiyi izahatlarından da görünür, İddiaçı Qaradağ RPİ-nin 10-cu PB-nə verdiyi məlumat əsasında tərəfindən CPM-in 207-ci maddəsinə əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yaşayan xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə və izahat ilə müraciət edərək, Cavabdeh adlı şəxs ilə birlikdə Azersun Holdingdə birlikdə işlədiklerini, uzun müddət dostluq münasibətləri olduğunu, təxminən 4-5 ay bundan əvvəl müəyyən müddət ərzində ona ayrı-ayrı vaxtlarda təxminən 3000 manata yaxın borc pul verdiyini, həmin pulu Cavabdeh verməkdə məqsədi onun başqa şəxslərə pul borcu olması olduğunu, Cavabdeh 3000 manat borc pul verdikdən sonra onun öz adına Baku Electronicdən kredit sərti ilə Samsung A32 markalı mobil telefon aldığını və həmin krediti Cavabdeh aylığını ödəməklə ona verdiyini, hal-hazırda ayrılıqda təxminən 3000 manata yaxın borc pul verdiyini, Cavabdeh aylığını ödəməklə ona verdiyini, sonuncunun ona 3000 manat pul borcu olduğunu bildirmişdir. Cavabdeh da izahatında deyilənləri təsdiqləyərək etiraf etmişdir ki, onun İddiaçı 3000 manat borcu mövcuddur. Həmin borcu 2023-cü ilin mart ayından sonra hissə-hissə geri ödəyəcəyini bildirmişdir. Göründüyü kimi, toplanmış materialda cinayət tərkibi yoxdur,İddiaçı müraciətində qeyd etdiyi xüsusatlar mülkü xarakter daşıyır. Belə olan halda toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.3-cı maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından, fasiləsiz audio yazısının aparıldığı məhkəmə iclaslarında cavabdehin etirafından göründüyü kimi, iddiaçı cavabdehə müxtəlif vaxtlarda cəmi 3000 manat pul vermiş, cavabdeh isə razılaşdırılmış müddət ərzində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin öhdəliyi tam və vaxtında icra etməmişdir Bu səbəbdən iddia əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, cavabdeh etirafını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 16227 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödəmiş və hal-hazırda həmin məbləği cavabdehdən tələb etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə Cavabdeh 50 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müəyyənləşdirilmiş müddət ərzində üzərinə götürmüş öhdəliklərini icra etmədiyindən iddiaçının borcun qaytarılması tələbinə dair iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat məbləğində borc pul və 50 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Nəticə hissəi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000(üç min) manat məbləğində borc pul və 50(əlli) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar