Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-146/2022 08.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçının nümayəndəsi(oğlu) X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu ziyana görə 2500 manat və 30 manat dövlət rüsumu, cəmi 2530 (iki min beş yüz otuz) manat alınaraq ona ödənilməsi, cavabdehin üzərinə yaşadığı mənzilə suyun axıdılmasmın qarşısının alınması vəzifəsinin qoyulması-barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bildirirəm ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.Məhəmmədov küçəsi 5 saylı evin 32 saylı mənzili ona məxsus olmaqla o, həmin mənzildə yaşayır. Həmin ünvanda yuxarı mərtəbədə olan 34 saylı mənzil isə cavabdehə məxsusdur. Cavabdehə məxsus mənzildən hal-hazıra kimi onun evinə su axıdılması nəticəsində ona məxsus mənzilin mətbəx və sanitar qovşağının tavanı yarasız hala düşmüşdür. Mətbəxin divarları və döşəməsi yarasız haldadır, hamamda kafel,metlax tamamilə tökülmüş, dəhliz yarasız hala düşmüşdür. Tavandan su axma nəticəsində suvarlar tökülmüş, mətbəxin, dəhlizin, hamamın divarları yararsız hala düşməklə tamamilə sıradan çıxarılmışdır. Həmçinin suyun axması nəticəsində lampalara, elektrik naqillərinə də ciddi ziyan dəymişdir. Mətbəxdə olan mebelə də ciddi ziyan dəymişdir. Mənzilin təmirə ehtiyacı vardır. Bu barədə MKİS-yə də şikayət etmiş, onlar da gəlib vəziyyətlə tanış olub bu barədə akt tərtib etmişlər. Cavabdehlərin evindən onun evinə su axması nəticəsində bərbad olan hissələrin təmiri üçün 2500 manat məbləğində pul lazımdır.Cavabdehə bu barədə bildirsə də o, buna laqeydlik etməklə düzəltmək fikrində deyildir. İddiaçı nümayəndəsi(oğlu) X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq,bildirdi ki, evinə dəfələrlə su axıdılıb. Həmçinin iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, Cavabdeh ona vurduğu ziyana görə 2500 manat və 30 manat dövlət rüsumu, cəmi 2530 (iki min beş yüz otuz) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərəl, onun mənzilindən iddiaçının mənzilinə su axıdılması halını təsdiqləmiş, həmçinin ekspert rəyi ilə də razı olmadığını qeyd edərək, vurulmuş zərərin məbləğinin həddindən çox müəyyən edildiyini bildirıərək, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ÖM seriyalı 232180 nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, Ə.Məhəmmədov küçəsi 5 saylı evin 32 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 1382 nömrəli reyestr kitabının 207555 nömrəli vərəqində 30/207555 nömrə ilə 01.04.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 125 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 1422 nömrəli 23.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Ə.Məhəmmədov küçəsi 5 saylı evin 34 saylı mənzilində qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə olunmuş və tədqiq olunmuş Qaradağ rayon 125 saylı MKİS-in 16.09.2021-ci il tarixli aktından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, Ə.Məhəmmədov küçəsi 5 saylı evin 32 saylı mənzilinə baxış zamanı məlum olmuşdur ki, mənzilin mətbəxi və sanitar qovşağının tavanı yararsız hala düşmüşdür. Baxış zamanı məlum olmuşdur ki, üst qonşu Cavabdeh mənzilindən axan su sızıntısından yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2022-ci il tarixli 10/6176 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin plan yerləşməsini, yəni iddiaçıya məxsus 32 saylı mənzilin binanın 1-ci mərtəbəsində cavabdehə məxsus 34 saylı mənzilin isə binanın 2-ci mərtəbəsində yerləşdiyini, 32 say mənzilin mətbəx, hamam və ayaqyolu tikililərində qüsurlar əmələ gəldiyini, həmir qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatların nəzərə alaraq, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.Məmmədov küçəs ev 5 ünvanında yerləşən 32 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşər 34 saylı mənzildən su axıdıldığı və nəticədə 32 saylı mənzilin mətbəx, hamam və ayaqyolu tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur (qərardadın 1 və 3 sualları üzrə) Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, Ə.Məhəmmədov küçəsi 5 saylı evin 32 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1758 manat məbləğində müəyyən olunmuşdur.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilinə həmin evin Qaradağ rayonu, Lökbatan qəsəbəsi Ə.Məhəmmədov küçəsi 5 saylı evin 34 saylı mənzilindən su axıdılması nəticəsində maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisəli hal dəymiş maddi ziyanın məbləğidir. İddiaçının vəsatəti ilə təyin edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2022-ci il tarixli 10/6176 nömrəli ekspert rəyindən göründüyü kimi, ekspert rəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.Məmmədov küçəs ev 5 ünvanında yerləşən 32 saylı mənzilinə 1758 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən dəymiş maddi ziyanın məbləği ilə bağlı digər heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ekspertiza rəyi mötəbər sübut kimi qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, maddi ziyan kimi 1758 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1758 manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1788 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, 50 manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1758 (bir min yeddi yüz əlli səkkiz) manat məbləğində maddi ziyan və ödənilmiş 30(otuz) manat dövlət rüsumu, cəmi 1788(bir min yeddi yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. 50(əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-146/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-146/2022
08.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver