Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1464/2019 19.06.2019 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirkazımlı Mirmətin Miryusif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirən vət. Cavabdeh onlara vurmuş olduğu ziyanı 2800 manat pulu, 30 manat dövlət rüsumunun, cəmi 2830 manat məbləğində pul vəsaitinin onların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxs Cavabdeh özgənin yəni onların pulunu ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəstlə Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivində 13, 14, 15 saylı bağ ümumi 1500.0 kv.metr torpaq sahəsinin özəlləşdirilməsinə görə aldadaraq 31 dekabr 2014-cü il tarixində Qobustan gəsəbəsi, SOCAR Tədris mərkəzinin qabağında dövlət rüsumu adı ilə 2800AZN ((iki min səkkiz yüz)) manat və torpağın sənədlərinin əslini, ələ keçirmişdi və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. xx.xx.2018-ci il tarixində Cavabdeh AR 178.2.2, 178.2.4, 320.1,320.2 maddəlilərinə əsasən təqsirli bilirənərək, ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2(iki) il 9(doqquz) ay müddətinə azadlıqdan məhkum edilməsinə dair hökm çıxarılmışdı. xx.xx.2019-cu il tarixində AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciətinə baxaraq, xx.xx.2019-cu il tarixində gəlmiş cavabına əsasən cavabden Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Btünü bunların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsinin nəzərə alınmasını və bu səbəbdən də mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsini qəbul edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, cavabdehin iddia tələbinin etiraf edilməsinə dair ərizəsini qəbul edərək, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Qaradağ rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 1(002)-331/2018 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CMnin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən, ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2 il 9 ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və mülki iddiaçılar X2 və X1 mülki iddia ərizələri baxılmamış saxlanılması hökm edilmişdir. Həmçinin, müvafiq məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəs Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı1 aldadaraq 1400 manat məbləğində pulunu və İddiaçı2 aldadaraq1400 manat məbləğində pulunu ələ keçirmişdir. Göründüyü kimi, tərəflər arasındacinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə əlaqədar öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci mçaddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-cü maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müvafiq məhkəmə hökmü ilə təqsirli bilinərək, müvafiq cazaya məhkum edilmişdir. Həmçinin, həmin hökmlə cavabdehin iddiaçıları aldadadaraq, hər birindən 1400 manat olmaqla, cəmi 2800 manat məbləğində pul vəsaitini ələ keçirməsi müəyyən edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçılara maddi ziyan vurulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehi təqsirli hərəkətinin nəticəsində iddiaçılara maddi ziyan vurulması, habelə vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, onunla səbəbli əlaqənin olması müvafiq məhkəmə hökmü əsasında müəyyən olunduğundan, həmin halların yenidən mübahisələndirilməsinə yol verilmir. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh müəyyən hərəkətin yerinə yetirilməsi üçün iddiaçıları aldadaraq müvafiq məbləğdə pul vəsaitini ələ keçirməklə, həmin hərəkətləri isə yerinə yetirməməklə, iddiaçıları həmin pul vəsaitindən məhrum etmişdir. bununla da, iddiaçılara maddi zərər vurulmuş və buna görə də cavabdehin vurulmuş maddi ziyana görə iddiaçıların qarşısında mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar belə bir tələb irəli sürməkdə haqlı olmuşlar. Həmçinin, məhkəmə iddiaçılara vurulmuş maddi ziyanın məbləğinin müəyyən ediıməsi ilə bağlı hesab edir ki, bununla bağlı cavabdehin iddia tələbinin etiraf olunmasına dair ərizəsi əsas götürülməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırki iş üzrə cavabdeh iddia tələbinin etiraf olunması barədə ərizə təqdim edərək, iddiaçılardan 2800 manat məbləğində pul vəsaiti aldığını, hazırda da həmin məbləğdə pul vəsaitini onlara ödəməli olduğunu bildirərək, iddia tələbini etiraf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılara vurulmuş maddi ziyanın məbləği məhz cavabdehin iddianın etirafına dair ərizəsi əsas götürülməklə müəyyən edilməlidir. Bütün bu hallara əsaslanaarq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, cavabdehin iddia tələbinin etiraf edilməsinə dair ərizəsini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2800 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2800 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1464/2019
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1464/2019
19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver