Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1465/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(002)-1601/22 saylı qətnaməsi ilə Cavabdeh birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər hər ay sabit pul məbləğində 193 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hesab edir ki, hazırkı vəziyyətdə məhkəmənin təmin etdiyi aliment məbləği uşağın sağlam və qayğısız böyüməsi üçün kifayət deyil. Belə ki, uşağn atası olan cavabdeh normal maddi imkanlara malik olan şəxsdir və normal şəraitə uyğun səviyyədə yaşayır. Cavabdehin sabit iş yeri var və normal əmək haqqı alır. Lakin buna baxmayaraq qətnamə qəbul edilən iş üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həcmində, 193 manat aliment ödəyir. Qət edilmiş aliment miqdarından artıq ona heç bir məbləğ və ya başqa cür köməklik etmir. Cavabdeh həmişə yaxşı maaşı olan işdə işləyib və bu gün də işləməklə davam edir. Lakin bu vaxtadək işlədiyini ondan gizlədib. Aliment məbləğinin artırılması ilə əlaqədar cavabdehlə olan danışıqları uğursuz nəticələnib. Hazırda cavabdeh "xxxx" şirkətində mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqı 1355.43 manat təşkil edir. Cavabdehlə Bakı 2 saylı Mediasiya Təşkilatında başladılmış və sona çatdırılmamış mediasiya iclasında cavabdeh qanunuvericiliyə uyğun olaraq onun əmək haqqı və digər gəlirlərindən ¼ həcmdə aliment tutulmasına razı olmamışdır. Cavabdeh yalnız sabit pul məbləğində aliment ödəməkdə israrlıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddianı qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/2-02456 nömrəli “Mediasiya prosesinə xitam verilməsi” haqqında protokoldan görünür ki, İddiaçı məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 54/23 saylı məktubdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən "xxxx" MMC-də mühəndis vəzifəsində çalışır. İşçiyə ödənilən əmək haqqı gross məbləğ olaraq 1355.43 manata bərabərdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1601/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddiası təmin edilmiş, Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçı Cavabdeh ilə İddiaçı arasında 14 aprel 2007-ci il tarixli akt qeydi ilə icra edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin bir övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmalarına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmədə müəyyən edildi ki, cavabdehin qazancından alimentin tutulmasını mümkün edə biləcək iş yeri və qazancı olduğuna görə alimentin ondan sabit pul məbləğində tutulması tərəflərin yetkinlik yaşına çatmayan uşağının inkişafı, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi baxımından ağlabatan deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (alimentin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (alimentin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimentin artırılması tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Ailə Məcəlləsinin 76.1 maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görəqazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1601/2022 saylı qətnaməsi ilə alimentin tutulma qaydası dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay Cavabdeh qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində alimentin məbləğinin artırılmasının əvvəlinin 01 yanvar 2023-cü il tarixdən hesablanmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən isə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin artırılması, alimentin tutulma qaydasının dəyişdirilməsi ilə bağlı iddialarda isə aliment məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanır. Odur ki, qeyd olunan iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulmasının 01 yanvar 2023-cü il tarixdən hesablanması ilə bağlı dəlilləri məhkəmə əsaslı hesab etmir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 50 manat məbləğində mediasiya dair xərc Cavabdeh aid edilməli, həmin məbləğ ondan tutularaq İddiaçı, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 60,56 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1601/2022 saylı qətnaməsi ilə tutulan alimentin tutulma qaydası dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulsun. Ödənilmiş 50 manat məbləğində mediasiya dair xərc Cavabdeh aid edilsin, həmin məbləğ ondan tutularaq İddiaçı, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 60,56 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1465/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1465/2023
31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver